ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 19

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 19 mart hansı fakt və olaylarla yadda qalıb?

 

19 mart

 

1910 – Səttarxanın rəhbərliyi ilə İranda şah rejiminə qarşı başlanan inqilab (1905-1911) Cənubi Azərbaycanda qələbə çaldıqdan sonra Tehrana doğru yürüş başlanıb.

Səttarxan və Bağırxanın başçılıq etdiyi fədai dəstələri Təbrizdən Tehrana yola düşüblər.

Lakin şah rejiminin çar Rusiyasını köməyə çağırması ilə inqilab süqut (1911) etdi.

Təbrizə daxil olan Rusiya qoşunları inqilabçılara divan tutdular.

Əlavə bax:

http://www.trtazerbaycan.com/trtinternational/az/newsDetail.aspx?HaberKodu=646b2e57-503e-4fb4-ac24-e21d49c614ba&title=

http://www.rasulzade.org/articles/1_163.html

http://www.anl.az/down/meqale/xalqcebhesi/xalqcebhesi_yanvar2009/66822.htm

 * * *

1919 –  Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkədə fəhlələrin iş və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılan Fəhlə məsələsi üzrə Xüsusi Müşavirənin statusunu təsdiq edib.

Əmək Nazirliyinin nəzdində yaradılan yeni qurum (fəhlələrin və sahibkarların nümayəndələrindən (hər tərəfdən 10 nəfər) ibarət məşəvrətçi heyət) dərinləşən sosial-iqtisadi böhranda hökumətin fəhlələrlə bağlı siyasətini tənzimləməli idi.

 * * *

1994 – Erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı metropolitenin «20 Yanvar» stansiyasında terror aktı törədilib.

Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.

Terror aktının Ermənistan xüsusi xidmət orqanlarında təlimlər keçmiş separatçı «Sadval» ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyi müəyyən edilib, təxribatçı qrupun üzvləri cinayət məsuliyyətinə cəlb edilib.

Əlavə bax:

http://mns.gov.az/terroractspart5_az.html

http://azerbaycanli.org/az/page387.html

 

2004 – Prezident İlham Əliyev Bratislavada (Slovakiya) “Daha geniş Avropaya istiqamət: yeni gündəlik” adlı beynəlxalq konfransda iştirak edib.

Konfransda Avropa Birliyi üzvlüyünə namizəd və AB ilə tərəfdaş olan ölkələr iştirak edirdi.

Azərbaycan prezidenti konfransda «Avropanın Qara dəniz və Qafqaz qonşuluğu» mövzusunda müzakirələrdə çıxış edib.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2004/11/

 

2004 – Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında yeni ərazi-inzibati vahid – Kəngərli rayonu təşkil olunub.

Kəngərli rayonu muxtar respublikanın Babək və Şərur rayonlarından ayrılmış kəndlər əsasında yaradılıb.

Rayon cənub və cənub-qərbdə Iran, şimal və şimal-şərqdə Ermənistanla həmsərhəddir.

Ərazisi 682  kvadrat kilometr, əhalisi 27 min nəfərdir (2009-cu il).

Rayonun mərkəzi Qıvraq qəsəbəsidir. Rayonda 1 qəsəbə, 10 kənd var.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/K%C9%99ng%C9%99rli_(Nax%C3%A7%C4%B1van)

http://www.nakhchivan.az/portal-1/seh-ray.htm

 

 * * *

Bax:

►18 mart

 * * *

► Bizim təqvim

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009