ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 29

Tarixdə bu gün: Azərbaycan 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 29 mart hansı fakt və olaylarla yadda qalıb?

 

29 mart

 

1803 – Gürcü çarlıqlarını ələ keçirən Rusiya qoşunları Azərbaycanın şimal-qərbinə - Car-Bəlakənə hücum ediblər.

Bir ay sonra Car-Balakən Rusiyanın tabeçiliyinə keçməyə məcbur edildi.

Bu, çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarının işğalının başlanğıcı idi.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page62.html

http://az.wikipedia.org/wiki/Balak%C9%99n 

1935 - Xalq artisti Muxtar Maniyev Bakıda doğulub. 50-dən çox filmdə (“İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim”, ”Nəsimi” və s.) maraqlı obrazlar yaradıb.

 * * *

1939 - Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov (1875-1939) vafat edib.

anadan olub.

Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu.

Yazıçının «Qorxulu nağıllar» adı altından toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.

Əlavə bax:

http://azerbaycanli.org/az/page379.html

http://az.wikipedia.org/wiki/S%C3%BCleyman_Sani_Axundov

http://wapfaiz20.tarix.az/v2/shexsler/S%C3%BCleyman-Sani-Axundov-98

 * * *

1959 – Azərbaycanın Milli Qəhrəmanı İlqar İsmayılov Bakıda anadan olub (1959-1992).

Paytaxtın Nərimanov rayonunda 45 saylı orta məktəbdə təhsil alıb, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnsitiutunu bitirib. Milis (polis) orqanlarında çalışıb.

Qarabağ müharibəsi başlayandan sonra Şuşa və Ağdam rayonu ərazilərində gedən döyüşlərdə fəal iştirak edib.

1992-ci il oktyabrın 1-də Laçın rayonunun Mazutlu kəndi yaxınlığında Qızartı yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə kapitan İsmayılov İlqar Sədi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Əlavə bax:

http://milliqahraman.az/index/open_full_h.php?lng=3&id=201

http://www.zengilan.com/axtar.php?misc=search&subaction=showfull&id=1199272758&archive=&cnshow=news&ucat=10&start_from=&

 * * *

1976 – Görkəmli ədəbiyyatşünas alim, akademik Feyzulla Qasımzadə (1898-1976) vəfat edib.

Feyzulla Qasımzadə 1898-ci il oktyabrın 19-da Bakının Mərdəkan kəndində anadan olmuşdu.

Uzun müddət Bakı Dövlət Univürsitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page417.html

http://www.525.az/view.php?lang=az&menu=7&id=1227

http://www.adalet-az.com/new/2009/07/04/read=35821

 * * *

1994 – Milli Məclisdə 1990-cı il 20 Yanvar hadisələri bağlı iki aya yaxın sürən müzakirələr yekunlaşıb.

Müzakirələr prezident Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdı.

Parlament 20 Yanvara geniş hüquqi-siyasi qiymət verən qərar qəbul edib.

Əlavə bax:

http://www.525.az/print_preview.php?id=8226

http://library.aliyev-heritage.org/print.php?lang=az&page=6359168

* * *


2001 – Prezident Heydər Əliyev Azərbaycan Respublikasında II Özəlləşdirmə Proqramına əsasən, rabitə, nəqliyyat, balıqçılıq, nəşriyyat-poliqrafiya və digər sahələr üzrə dövlət müəssisələrinin özəlləşdirməsinə dair sənədlər paketini imzalayıb.

Paketə 10-dək sərəncam daxil idi.

Əlavə bax:

http://www.stateproperty.gov.az/?/az/content/143/

http://www.transparency.az/transpfiles/62az.pdf


* * *
 

Bax:

28 mart

 * * *

► Bizim təqvim



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009