ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Azərbaycançılıq > Böyük azərbaycanlı > Birinci katib (1969-1982)

Azərbaycanın güclü inkişafının təməlinin qoyulduğu dövr

(1969-1982)

1969-cu ilin yayında Azərbaycanın rəhbərliyinə siyasət aləmi üçün hələ cavan, işgüzar, məqsədyönlü bir insan gəldi. Onun iradəli xarakterində, iş üslubunda hər cür ətalətə, fəaliyyətsizliyə, köhnəliyə, mühafizəkarlığa qarşı nadir hallarda təsadüf edilən dözümsüzlüklə köhnəlmiş forma və strukturların yeniləşdirilməsində, müasirləşdirilməsində işgüzar tutarlılıq, dəqiq qənaətkarlıq keyfiyyətləri harmonik şəkildə uyuşurdu.

Bu adam Heydər Əliyev idi. Bu çağacan o, Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsində başçılıq edən böyük, ciddi idarəçilik məktəbi keçmişdi.

Heydər Əliyevin qarşısında, hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəqəl onu qüdrətli dövlətin xammal istehlakçılarından qabaqçıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək.

Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi müddət ərzində respublikamızın hərtərəfli inkişafına nail olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Respublikada aparılan geniş miqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi və ölkənin sabahı üçün peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlılın keçmiş ittifaqın ən nüfuzlu ali məktəllərində təhsil almaları üçün şərait yaradıldı.

Onun 14 illik fəaliyyəti ərzində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələi inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Heydər Əliyev bu fəaliyyəti ilə tək həmin dövrün Azərbaycanı və vətəndaşları üçün yox, həm də gələcək Müstəqil Azərbaycanının möhkəm təməlini, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının təməlini qoymuşdur.

Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bütün bunlar və xeyli digər məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Heydər Əliyevin nəhəng fəaliyyəti nəticəsində Azərbaycanın sənaye profili kökündən dəyişdi, bütün infrastrukturu izah edildi, kənd təsərrüfatı modernləşdirildi, respublikanın qədim paytaxtı intibah dövrü keçirdi.

Azərbaycan neft-maşınqayırma, məişət kondisionerləri, elektrik mühərrikləri, elektrotermik avadanlıq, soyuducular, sintetik kauçuk, elektrik kabelləri, boru prokatı və başqa məhsullar buraxılışı sahəsində sabiq SSRİ-də qabaqcıl mövqelərə çıxdı. Respublikada sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəldi: kompüterlər, elektronika cihazları istehsal edən zavodlar. Azərbaycan ən böyük üzüm, tezyetişən tərəvəz, çay, tütün istehsalçısı oldu. Xəzərin nadir balıq sərvətləri nəzərə çarpacaq dərəcədə artdı, vaxtilə istifadəsiz qalmış Abşeron təpələrinin yamaclarında təzə parklar və meşələr salındı.

Bütün bunlarla yanaşı ictimai mühit sosialist itkili təfəkkür tərzindən təmizləməyə, milli ruhu əsarətdən qurtarmağa, xalqın həyatının mahiyyətini təşkil edən bütün elementlərin sağlamlaşdırılmasına yönəldilmiş digər işlər də aparılırdı.

Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəb fəaliyyətə başladı. Həmin illərdə respublikada dünya mədəniyyətinin Qara Qarayev və Fikrət Əmirov, Niyazi və Səttar Bəhlulzadə, Rəsul Rza və Lətif Kərimov kimi korifeyləri səmərəli fəaliyyət göstərirdilər. Heydər Əliyevin sayəsində Stalin istibdadının qurbanları olan Mikayıl Müşviq, Hüseyn Cavid kimi gökəmli şairlər və digər yaradıcı adamlar unutqanlıq əsarətindən qurtuldu.

Minlərlə gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə - Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə, Voronejə göndərilirdi. Bu nəslin üzərinə Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problem və məsələlərini həll etmək vəzifəsi düşürdü. Heydər Əliyevin bəyan etdiyi "Qoy ədalət zəfər çalsın" şüarı həmin günlərin mənəvi-psixoloji mühitini müəyyənləşdirirdi. SSRİ-də ilk dəfə məhz Azərbaycanda korrupsiyaya, mafiyaya, tayfabazlığa qarşı genişmiqyaslı müharibə elan edilmişdi.

Bütün bunlar həyat tərzini, standart əxlaq, davranış qaydalarını, ünsiyyət, qarşılıqlı münasibətlərin keyfiyyətini son dərəcə dəyişdirdi. 70-80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq, düzlük, doğruluq, xalqın ideallarına sədaqət kimi keyfiyyətlərin formalaşma dövrüdür. Liderin taleyi və xarakteri sanki millətin taleyi və xarakterinə də sirayət etmişdi.

Azərbaycanın müstəqillik əldə etməsindən sonra respublikamız dünya birliyinə inteqrasiya yolunda inamla addımlayaraq beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən birinə çevrilmişdir. Bu gün Azərbaycan Respublikası dünya dövlətləri tərəfindən ardıcıl olaraq mülki cəmiyyət və hüquqi dövlət prinsiplərini həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi qəbul edilir. Bu nailiyyətlərin əldə edilməsi Heydər Əliyevin adı ilə bağlıdır.

Məhz Heydər Əliyevin zəhməti və gərgin səyi nəticəsində, onun hələ Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada güclü iqtisadiyyatın təməlinin qoyulması sayəsində bugünkü müstəqil Azərbaycan qısa müddət ərzində yüksək iqtisadi inkişafa nail olmuşdur.

Bu, Heydər Əliyevin görkəmli dövlət xadimi, peşəkar siyasətçi olmaqla yanaşı həm də respublikanın xalq təsərrüfatına dərindən bələd olan ölkə başçısı olduğu barədə fikirləri təsdiqləyir. Çünki, 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə yeridilən iqtisadi və sosial siyasət, və bunun sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsi, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi olmaqla müvəffəq olmaq mümkün idi. Qədirbilən Azərbaycan xalqı bunu bilir və Heydər Əliyevin tarixi xidmətlərini daima yüksək dəyərləndirir.

 * * *

Vətəndaşların sosail rifahının yüksəldilməsi

Yol mədəniyyət və inkişaf deməkdir. Buna görə də 1969 -cu ildə Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev yeni yolların çəkilməsinə, köhnələrinin bərpa edilməsinə xüsusi diqqət yetirirdi. Onun respublikaya rəhbərlik etməyə başladığı dövrdə asfalt yolların ümumi uzunluğu 12,7 min kilometr idisə, 14 il ərzində Azərbaycanda yolların salınması sahəsində aparılan işlərin nəticəsində bu rəqəm 20,4 min kilometrə çatdırıldı.

"Heydər Əliyev çəkdiyi yollarla Azərbaycanı öz müstəqilliyinə çatdırdı" - deyənlər tamamilə haqlıdırlar. Yol irəliləyiş, mədəniyyət, daha mütərəqqi intellektual səviyyə deməkdir. Eyni zamanda nəqliyyat-kommunikasiya xətlərinin bütün növlərinin inkişafı, genişləndirilməsi və yeniləşdirilməsi üzrə böyük işlər aparılırdı. 1982-ci ildə bütövlükdə nəqliyyatın yük dövriyyəsi 57,5 milyard ton-kilometr təşkil etmiş və 1969-cu illə müqayisədə 42 faiz artmışdı. Bu dövrdə rabitə müəssisələrinin sayı 1,2 dəfə, şəhər telefon stansiyalarının gücü 2,4 dəfə artmışdı.

Vətəndaşların sosial rifah halının yüksəldilməsini özünün mühüm fəaliyyət istiqamətlərindən biri sayan Heydər Əliyevin daha bir nailiyyəti respublika əhalisinin mənzil şəraitinin yaxşılaşdırılması oldu. 1969-1982-ci illərdə Azərbaycan əhalisinə 376,1 min yeni tikilmiş mənzil paylanmışdı. Bu, respublikanın hər üç sakinindən birinin məhz həmin illərdə təzə mənzilə köçməsi deməkdir. Respublikanın istər sənaye, istərsə də kənd təsərrüfatı sahəsində əldə etdiyi nailiyyətlər nəinki yeni mənzillərin tikilib istifadəyə verilməsinə, hətta yeni yaşayış qəsəbələrinin salınmasına şərait yaratmışdı.

Məhz həmin inkişafın nəticəsi idi ki, Bakı şəhərində mənzil fondunun artırılması baxımından müstəsna əhəmiyyət daşıyan Əhmədli, Günəşli, Yeni Əhmədli, Yeni Günəşli qəsəbələrinin salınması işinə başlandı. Görülən işlərin nəticəsində respublikanın yaşayış fondu 1969-cu ildəki 43,3 milyon kvadratmetrdən 65 milyon kvadratmetrə çatdırıldı. Lakin mənzillərin tikilməsi ilə iş bitmirdi. Bu müddətdə mənzil fondunun qazlaşdırılması üzrə böyük işlər aparıldı. Təqribən bir milyon mənzil qazla təmin olunmuş, 2,6 min kəndə qaz kəməri çəkilmişdi.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə əldə olunan ən mühüm nailiyyətlərdən biri də respublikanın elektrik enerjisi ilə təminatı probleminin həll edilməsi oldu. Məhz həmin illərdə Azərbaycanda hər kəndə, hər evə elektrik xətti çəkildi, Heydər Əliyev ölkəmizi və xalqımızı sözün həqiqi və məcazi mənasında işıqlığa çıxardı. İnsanı işığa çıxarmaq, onu zülmətdən azad etmək qədər şərəfli isə heç nə ola bilməz.

Müqayisə üçün bir fakt: əgər 1969-cu ildə Azərbaycan elektrik enerjisi alan ölkə idisə, 1982-ci ildə artıq o, elektrik enerjisi satan respublikaya çevrilmişdi. Həmin illər ərzində elektrik stansiyalarının sayı xeyli çoxalmışdı (1969-cu ildə 28 stansiya vardısa, 1982-ci ildə onların sayı 39 olmuşdu). Elektrik stansiyalarının gücü də on dörd il ərzində bir milyon kilovatt saata qədər artmışdı.

Bəs ölkəmizdə həyatverici nemət olan su təminatı necə idi? Bir fakta diqqət yetirək: əgər 1969-cu ildə respublikamızda su təchizatı 346 milyard kubmetr həcmində olmuşdusa, 1982-ci ildə artıq bu rəqəm 698 milyard kubmetrə çatmışdı, yəni 14 ildə iki dəfədən çox artmışdı. Bu nailiyyət isə həmin illər ərzində Azərbaycanda 2304 kilometr uzunluğunda su kəmərinin çəkilib istifadəyə verilməsi nəticəsində qazanılmışdı.

“Çoxəsrlik tariximizin 34 ili” kitabının materailları əsasında hazırlanmışdır.

* * *  


Ədəbiyyat və incəsənətə qayğı

Azərbaycanın inkişafı yolunda Heydər Əliyevi xüsusi qayğılandıran məsələlərdən biri milli ədəbiyyatın, dramaturgiyanın və incəsənətin dünyada tanıdılması idi. Bu məqsədlə 1972-ci ildə 50 illiyi təntənə ilə qeyd olunmuş S.Vurğun adına Rus Dram Teatrından səmərəli şəkildə istifadə edilirdi.

Əgər fikrən o illərə qayıtmağa çalışsaq, əhəmiyyəti və mənası bütün dolğunluğu ilə yalnız indi dərk edilən nailiyyətlərin heyrətamiz mənzərəsi gözlərimiz qarşısında canlanar. Bu salnamənin bəzi hadisələrini yada salaq. 1972-ci ilin aprelində Heydər Əliyev görkəmli humanist şair İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə hazırlıqla bağlı qərar qəbul edilməsinə nail olur, bir il sonra isə şairimizin şanlı yubileyi müttəfiq respublikaların çoxsaylı nümayəndələrinin iştirakı ilə Bakıda və Moskvada qeyd edilir.

1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının yarıməsrlik yubileyi keçirilir. Həm dahi Üzeyir bəyin adını daşıyan Konservatoriya, həm də professor və müəllimlər təltif olunurlar. Bir sözlə, yubiley bütün mədəniyyətimizin bayramına çevrilir. Üç il sonra Üzeyir Hacıbəyovun 90 illik yubileyi Bakıda və Moskvada böyük təntənə ilə qeyd olunur. Elə həmin il "Koroğlu" operası yeni quruluşda tamaşaya qoyulur. İctimaiyyətin diqqəti Üzeyir bəyin irsinə, bəstəkarın bənzərsiz musiqi yaradıcılığına, ədəbi fəaliyyətinə bir daha cəlb edilir. Hacıbəyovun publisistikası araşdırılarkən, XX əsrin əvvəllərində onu düşündürən milli oyanış problemləri - Heydər Əliyevin fəlsəfi konsepsiyasının həyata keçirilməsinə bu və ya digər formada təkan verən problemlər xüsusilə vurğulanırdı.

Milli özgürlüyün atributu olan xalçaçılıq tarixən mədəniyyətimizdə son dərəcə mühüm yer tutmuşdur. Lakin o dövrdə xalq sənətinin bu növünə ögey münasibət bəsləndiyindən, Azərbaycanda bir dənə də xalça muzeyi yox idi. Bu hal Heydər Əliyevin vəzifə səlahiyyətləri çərçivəsindən kənarda olsa da, onu çox narahat edirdi. Bu narahatlığa tezliklə son qoyuldu, 1972-ci il aprelin 25-də Bakıda tənətənəli şəraitdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi açıldı.

Bundan bir ay sonra Moskvada, İttifaqlar Evinin Sütunlu salonunda Aşıq Ələsgərin anadan olmasının 150 illiyi münasibətilə təntənəli yığıncaq keçirildi. Bu, həmin dövrdə görünməmiş hadisə idi. Vətəni Göyçə mahalı sovet dövründə Ermənistan SSR-in tərkibinə daxil edilən Aşıq Ələsgərin belə bir yubileyinin keçirilməsində məqsəd böyük el sənətkarını Azərbaycan xalqına qaytarmaqla yanaşı, həm də tarixən Azərbaycanın real sərhədlərinin necə oduğu, ulu ata-babalarımızın bu yerlərdə əzəldən yaşadıqları fikrini yeni nəslə çatdırmaq idi.

1974-cü il. Azərbaycan teatrının 100 illik yubileyi qeyd edilir. Heydər Əliyev yubiley məraismində çıxış edərək, Şərqdə ilk professional teatrın inkişaf yollarından, ictimai fikrin formalaşmasına onun göstərdiyi təsirdən danışır. Azərbaycan teatrının görkəmli nümayəndələrinə yüksək dövlət mükafatları verilir. Tanınmış səhnə ustaları Mehdi Məmmədov, İsmayıl Dağıstanlı və İsmayıl Osmanlı SSRİ xalq artisti fəxri adına layiq görülürlər. Moskvada Azərbaycan Akademik Dövlət Dram Teatrının yubiley qastrolları böyük uğurla keçir.

Azərbaycan dilinin tədqiqi sahəsində araşdırmalara görə həmin il respublikanın bir qrup dilçi alimi də Dövlət mükafatına layiq görürlür. Həmin dövrdə respublikamızda ilk dəfə olaraq müstəqil Dilçilik İnstitutu yaradılır ki, bu da Ana dilinin ictimai-siyasi nüfuzunun möhkəmlənməsinə kömək edir və dilin tarixinə, dialektologiyaya və bir çox digər problemlərə dair fundamental tədqiqatlar aparılmasına imkan verir.

1975-ci il. Bakıda xalqımızın görkəmli şari Səməd Vurğunun ev muzeyi açılır. Dekabrda isə Səməd Vurğunun anadan olmasının 70 illiyi münasibətilə yaradılmış Ümummittifaq yubiley komissiyasının Moskvada birinci iclası keçirilir.

1976-cı ildə Moskvanın Böyük Teatrında Səməd Vurğunun yubileyi qeyd edilir. Elə həmin il İttifaqlar Evinin Sütunlu salonunda Müslüm Maqomayevin 90 illik yubileyi keçirilir. Dekabrın 12-də isə Azərbaycan memarı Əcəmi Naxçıvaninin anadan olmasının 850 illiyi münasibətilə, onun yaratdığı Mömünə xatın türbəsinin qarşısında bu dahi sənətkarın abidəsinin təməli qoyulur.

1977-ci il iyunun 20-də Azərbaycanda görkəmli opera müğənnisi Şövkət Məmmədovanın 80 illik yubileyi qeyd edilir. Həmin ilin oktyabrında Yaponiyada Azərbaycanın tarixi, elmi, milli-mədəni dəyərlərinə həsr olunmuş sərgi açılır, İtaliyanın Neapol şəhərində isə Azərbaycan mədəniyyəti günləri keçirilir.

1978-ci il. Fevralın 3-də Qara Qarayevin anadan olmasının 60 illiyi münasibətilə təntənəli yığıncaq keçirilir. Elə həmin gün böyük bəstəkara Sosialist Əməyi Qəhrəmanı adı verilir. Fevralın 15-də isə Moskva Konservatoiyasının Böyük salonunda ustadın yubileyi qeyd olunur.

Həmin ilin ən böyük hadisəsi isə, çoxlarının müqavimətinə baxmayaraq, Azərbaycan dilinə dövlət statusu verilməsi oldu. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründəki fəaliyyətinin nəticəsi olaraq, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit edildi. Dövr baxımından, sözün əsl mənasında, qəhrəmanlığa bərabər olan bu addım gələcəyin müstəqil, yeni Azərbaycanı naminə atılmışdı.

1979-cu ilin yanvarında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi, nəşri və təbliği ilə bağlı xüsusi qərar qəbul edilir və geniş tədbirlər planı təsdiq olunur. Rəşid Behbudov başda olmaqla Azərbaycan incəsənət ustalarının İsveçdə konsertləri böyük uğurla keçir.

1980-ci ilin noyabrında bir qrup Azərbaycan alimi və mədəniyyət xadimi SSRİ Dövlət mükafatına layiq görülür, bir çox elm, ədəbiyyat və incəsənət xadimlərinin təntənəli yubiley mərasimi keçirilir. O illərdə Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında ən misisiz xidmətlərindən olan filosof şair Hüseyn Cavidin cənazəsinin qalıqlarının 1982-ci ildə Bakıya gətirilməsi və Naxçıvanda doğma torpağa tapşırılması olmuşdur.

Görülən bu işlər Azərbaycan xalqına öz ədəbiyyatı və mədəniyyətinin klassiklərini, böyük tarixi şəxsiyyətlərini daha yaxşı tanımağa, mədəni sərvətlərini və dəyərlərini qoruyub saxlamağa imkan vermişdir. XX yüzilliyin 1969-1982-ci illərində Azərbaycan müəyyən mənada milli hisslərin əsl intibah dövrünü yaşamışdır. Bu illərdə görülmüş bütün işlər Heydər Əliyevin siyasətinin əməli nəticələridir. Böyük Vətəndaş bu fəaliyyəti son dərəcədə yüksək siyasi məharət və peşəkarlıq səviyyəsində həyata keçirirdi.

"Dünyanı heyran qoyan insan" kitabından istifadə edilmişdir. İdeyanın müəllifi və buraxılışa məsul: fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyev.

  * * *  

Müstəqil Azərbaycanın inkişaf təməlinin qoyulması

"Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə
yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam
müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır"
Heydər Əliyev

Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi yeni Azərbaycanı - bugünkü Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı!

Dahi dövlət xadimi Heydər Əliyev kommunist rejiminin ağalığı dövründə doğma xalqına qarşı baş vermiş haqsızlıqlar əleyhinə özündən başqa heç kəsin apara bilməyəcəyi mübarizəni apardı, Kreml rejiminin ağır təqibləri şəraitində xalqının çəkdiyi əzablara cavab olaraq, Azərbaycanın gələcəyi naminə olduqca uzaqgörən və çox cəsarətli addımlar atdı. Vətənin bütün güşələrində Azərbaycanın haqqı tapdalanmış böyük şəxsiyyətlərinin heykəllərini ucaltdırdı, repressiya qurbanı olmuş böyük Cavidi ölümündən illər keçdikdən sonra Vətənə qaytardı, Kerçdə, Krımda həlak olmuş minlərlə azərbaycanlının şərəfinə Sapun Qora yaxınlığında abidə ucaltdırdı...

Məhs bu dövrdə - Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, ilk dəfə olaraq, Azərbaycanın görkəmli sənət adamlarının böyük bir dəstəsinə - şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza ilk dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi də təkzibolunmaz tarixi faktdır.

Doğma xalq, el-obası üçün canını qoyan, elə buna görə də Moskvaya "irəli çəkilib" muəmmalı şəkildə həyat çırağı söndürülən, sonra da "millətçi" damğası yapışdırılan və adının çəkilməsi belə yasaq olunan Nəriman Nərimanovun əzəmətli heykəlini ucaltdırmaq Heydər Əliyev şəxsiyyətinin Vətən qarşısında böyük xidməti idi. Sonralar Nərimanova Ulyanovsk şəhərində də abidə ucaltdırmağa nail olan Heydər Əliyev bir daha sübut etdi ki, onu Vətən - xalq təəssübkeşliyindən döndərmək heç kəsin hünəri deyil, o cümlədən hakim sovet rejiminin də!

H.Əliyevin rəhbərliyi dövründə, XX əsrin 60-cı illərinin sonu - 70-ci illərində, Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixi keçmişinə də maraq artdı, bu sahədə də oyanış başlandı. Xalqımızın milli-mənəvi həyatında da dirçəliş başlandı. O zaman ölkəmizdə milli oyanış əsas mərkəzlərindən biri böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Ensiklopediyası idi. Ensiklopediyanın Baş redaksiyası, redaksiya ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar edirdilər.

Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırırdılar. Rəsul Rzanın həlledici köməyi ilə bu sətirlərin müəllifi Kiyevin xəritə fabrikində ilk dəfə olaraq Azərbaycan tarixi xəritələrinin hazırlanması və çapına nail oldu.

1972-ci ildə Ensiklopediyanın Baş redaksiyası Rəsul Rzanın redaktorluğu ilə "Azərbaycan SSR xəritələri" (Azərbaycan və rus dillərində) adlı atlas nəşr etdi. Göstərilən tarix xəritələri həmin atlasa daxil edildi. Lakin "sapı özümüzdən olan baltalar" bütün bu məsələləri Moskvaya çuğulladılar, Ermənistandakı tarixçi "dostlarını" köməyə çağırdılar. Bizə "millətçi", "burjua məfkurəçiləri", "sovet hökumətinin və Rusiyanın düşmənləri" damğasını vurmaq məqsədilə xalqımıza qarşı 1918-ci ilin Mart soyqırımını törətmiş S.Şaumyanın oğlu L.S.Şaumyanı Bakıya gətirdilər. O zaman "Böyük Sovet Ensiklopediyası" baş redaktorunun birinci müavini, həm də sovet ideoloqiyasının başında duranlardan biri olan oğul - Şaumyan əlinə düşən fürsətdən istifadə edərək Azərbaycan ziyalılarına zərbə vurmaq üçün özünü oda-közə vurdu.

Lakin məqsədinə çata bilmədi. Çünki Azərbaycana doğma yurdunun təəssübkeşi olan qüdrətli bir şəxsiyyət başçılıq edirdi. Məhz Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi nəinki KQB-nin təqiblərinə düçar olmadı, hətta partiya cəzasından da yaxa qurtara bildilər!!!

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli-azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi.

Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir. Bütün bunlardan sonra, fikrimizcə, prezident Heydər Əliyevin bugünkü fəaliyyəti ilə əvvəlki rəhbərlik dövründəki fəaliyyəti arasındakı sıx məntiqi əlaqəni, dialektik vəhdəti isbat etməyə ehtiyac qalmır. Faktlar özü hər şeyi daha yaxşı sübut edir!

Həmin faktların ən böyüyü isə bu idi ki, dünya sosializm sisteminin və böyük Sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan SSR artıq öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin muttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ola biləcək ikinci respublika idi.

1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunarkən Şimali Azərbaycan artıq mustəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi.

"Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti" kitabından istifadə olunmuşdur. Müəllif: Yaqub Mahmudov. Elmi redaktoru: Ə.Həsənov, tarix elmləri doktoru.

  

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009