ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Aprel > 3

Tarixdə bu gün: Azərbaycan

 

"Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 3 aprel  hansı fakt və olaylarla yadda qalıb

 

3 aprel

 

628 - Şimali Azərbaycan torpaqları (Albaniya) uğrunda uzun müharibə aparan Sasani və Bizans imperatorluqları arasında sülh bağlanıb.

Sülhün şərtlərinə görə, Albaniya yenidən Sasanilərin hakimiyyəti altına qayıdıb.

III əsrin əvvəlində yaranan Sasani (fars) dövləti əvvəlcə Cənubi Azərbaycanı - Atropatenanı, sonra isə Albaniyanı özünə tabe etdirmişdi.

Sasanilərlə Bizansın Azərbaycan torpaqları uğrunda mübarizəsi həm də burada atəşpərəstliklə xristianlığı yaymaq uğrunda mübarizə idi.

Əlavə bax:

http://azerbaycanli.org/az/page46.html#Albaniya

http://az.wikipedia.org/wiki/Qafqaz_Albaniyas%C4%B1

* * *

1908 - Tanınmış alim, Azərbaycanın ilk akademik-filosofu Heydər Hüseynov (1908-1950) anadan olub.

Azərbaycan fəlsəfi və ədəbi fikir tarixinə həsr olunmuş əsərləri iki dəfə Stalin mükafatına (1949-1950) layiq görülsə də, əleyhdarları onu millətçilikdə ittiham edərək əleyhinə kampaniya başladıblar. 1950-ci ilin yayında intihar edib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Heyd%C9%99r_H%C3%BCseynov

http://mansur.azeriblog.com/2008/05/31/heyder-huseynov-kimdir

http://epistolyar.musigi-dunya.az/elm_xadimleri/huseynov_heydar.html

* * *

2001 - ABŞ-ın Florida ştatının Ki Vest şəhərində Azərbaycan-Ermənistan danışıqları öncəsi Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı rəsmi bəyanat yayıb.

Sənəddə ilk dəfə olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı qeyd olunurdu.

Ki Vest sammiti ABŞ dövlət katibi Kolin Pauellin təşəbbüsü ilə keçirilirdi.

Əlavə bax:

http://azerbaycanli.org/az/page235.html

http://azerbaycanli.org/az/page110.html

* * *

Bax:

2 aprel



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009