ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Aprel > 7

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 7 aprel  hansı fakt və olaylarla yadda qalıb?

 

7 aprel

 

1906 – Azərbaycanın ilk satirik nəşri olan "Molla Nəsrəddin" jurnalınlın birinci sayı çapdan çıxıb.

Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib.

"Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Molla_N%C9%99sr%C9%99ddin_(jurnal)

http://bizimasr.media-az.com/arxiv_2004/14/serbest.html

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2006&Pid=522

* * *

1920 – Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbrizdə üsyan başlanıb.

Bu, 1905-1911-ci illər inqilabından sonra İranda yaşayan azərbaycanlıların ikinci milli azadlıq hərəkatı idi.

Təbrizdə kütləvi çıxışlar 1919-cu ilin avqustunda Britaniya-İran sazişinə etiraz olaraq başlamışdı. Sazişə əsasən, Cənubi Azərbaycandakı ingilis hərbi qüvvələrinə geniş hökmranlıq verilmişdi.

Təbriz üsyanı qan tökülmədən qalib gəldi, Tehrandan göndərilmiş silahlı qüvvələr hədisələrə müdaxilə etməyə cəsarət göstərmədilər.

Həmin ilin iyununda Təbrizdə milli hökumət quruldu. Lakin milli hökumətin onun ömrü az oldu və sentyabrda Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.

Əlavə bax:

http://azerbaycanli.org/az/page222.html

http://az.wikipedia.org/wiki/%C5%9Eeyx_M%C9%99h%C9%99mm%C9%99d_Xiyabani

http://www.salaminfo.az/tarix/111.html

* * *

1930 –  Tanınmış jurnalist Azad Şərif (1930-2009) anadan olub.

“Azərinform”a (indiki AzərTAc) rəhbərlik edib, “Molodyoj Azerbaydjana” qəzetinin ilk redaktoru olub.

2009-cu il dekabrın 24-də vafat edib.

Əlavə bax:

http://az.trend.az/news/society/media/1607132.html

http://www.anl.az/down/medeniyyet2007/sentyabr/medeniyyet2007_sentyabr_4.htm

http://modern.az/articles/2119/1/

* * *

1959 –  Xalq yazıçısı Çingiz Abdullayev anadan olub.

Detektiv janrında əsərləri dünyada məşhurluq qazanıb, milyonlarla nüsxə tirajla çap olunub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/%C3%87ingiz_Abdullayev

http://www.azadliq.org/content/article/1605759.html

http://www.lent.az/news.php?id=22001

* * *

1992 – Azərbaycanla İsrail dövləti arasında diplomatik əlaqalər qurulub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=112&Itemid=43

* * *

2001 – Ki Vestdə (ABŞ) Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında dörd gün sürən danışıqlar nəticəsiz başa çatıb.

Vasitəçilər danışıqların növbəti raundunun iyunda Cenevrədə keçiriləcəyini bayan etsələr də, bu təşəbbüs reallaşmadı.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2001/new_apr/261/

http://bizimasr.media-az.com/arxiv_2001/new_apr/263/

* * *

Əlavə bax:

► Bizim təqvim

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009