ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Aprel > 9

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 9 aprel hansı fakt və olaylarla yadda qalıb?

 

9 aprel

 

1126 - Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əfzələddin Xaqani Şirvani (1126-1199) Şamaxıda anadan olub.

Xaqani 17 min beytlik divanın, Azərbaycan ədəbiyyatında ilk poemanın («Töhfətül-İraqeyn»), «Mədain xərabələri» qəsidəsinin, bədii nəsr nümunələrinin müəllifidir.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Xaqani_%C5%9Eirvani

http://az.apa.az/news.php?id=171404

* * *  

1920 - Erməni silahlı dəstələri daşnak Dronun komandanlığı altında Qazax bölgəsində (Əskipara, Fərəhli, Bağanıs Ayrım və digər kəndlərdə) azərbaycanlı əhaliyə qarşı qırğınlar törədiblər.

Əlavə bax:

http://az.apa.az/news.php?id=181700

* * *

1994 - Ermənistan silahlı qüvvələri Goranboy, Ağdam və Ağdərə istiqamətində növbəti hücuma başlayıblar.

Qanlı döyüşlərdə Azərbaycan Ordusu çoxlu itkilər versə də, düşmənin hücumunun qarşısı alınıb. Cəbhə bölgəsinə gedən prezident Heydər Əliyev hərbi əməliyyatların gedişinə nəzarət edib.

* * *


2001 - Amerikanın Ki Vest (Florida) Qarabağ üzrə danışıqlar başa çatdıqdan sonra Vaşinqtona gələn Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan ABŞ prezidenti Corc Buşla ayrı-ayrılıqda görüşüblər.

ABŞ rəhbəri Qarabağ münaqişəsində sülhə nail olmaq üçün vasitəçiliyin davam etdiriləcəyini bəyan edib.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2001/new_apr/263/

* * *

 

Bax:

►8 aprel

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009