ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Aprel > 16

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 16 aprel  hansı fakt və olaylarla yadda qalıb?

 

16 aprel

 

1906 - "Dəbistan" maarifçi jurnalı Bakıda nəşrə başlayıb. 1908-ci ilin martınadək nəşr olunan jurnalda pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi.

Jurnalın fəaliyyətində N.Nərimanov, H.B.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq, dövrün digər tanınmış ziyalıları iştirak ediblər.

Əlavə bax:

http://www.rasulzade.org/articles/1_36.html

http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_m%C9%99tbuat%C4%B1

* * *

1992 - Azərbaycanla Monqolustan (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 20-də tanımışdı) arasında diplomatik münasibətlər qurulub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=121&Itemid=43

* * *

1993 - Kəlbəcər rayonunun erməni qüvvələri tərəfindən işğalı ilə bağlı respublikada hərbi və ictimai-siyasi vəziyyət gərginləşib.

Hakimiyyətdaxili ixtilaf zəminində İsgəndər Həmidov daxili işlər naziri vəzifəsindən istefa verib, bu posta Abdulla Allahverdiyev təyin olunub.

Əlavə bax:

http://www.lent.az/news.php?id=21336

http://www.mediaforum.az/articles.php?article_id=20090218034432641&page=09&lang=az

* * *

2003 - İstanbuldakı yunan-pravoslav kilsəsinin (Bizans dövründə dünya pravoslavlığının mərkəzi) rəhbəri, patriarx I Varfolomey Azərbaycana səfərə gəlib.

Patriarx prezident Heydər Əliyevlə görüşdə Azərbaycanda dini tolerantlıqla bağlı şəraitə heyran olduğunu bildirib.

Dini lider Ermənistanın işğalı nəticəsində yurd-yuvasından didərgin duşmuş məcburi köçkünlərə də baş çəkib.

Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2003/aprel/84/olke.html#1

* * *

2004 - Praqada (Çexiya) ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.

Bunun ardınca iki ölkə XİN başçılarının Praqada daha bir neçə görüşü oldu.

Bu görüşlərdən sonra Qarabağ danışıqlarında yeni mərhələ sayılan “Praqa prosesi” start götürdü.

Əlavə bax:

http://azerbaycanli.org/az/page110.html

 

* * *

Bax:

15 aprel

* * *

⇒Bizim təqvim   

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009