ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Aprel > 17

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 17 aprel hansı fakt və olaylarla yadda qalıb?

 

17 aprel

 

1884 –  Bəstəkar Zülfüqar Hacıbəyov (1884-1950) anadan olub.

Zülfüqar Hacıbəyov Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun böyük qardaşıdır.

"Aşıq Qərib" operasının, "Əlli yaşında cavan" musiqili komediyasının, digər əsərlərin müəllifidir.

1950-ci il sentyabrın 30-da vəfat edib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Z%C3%BClf%C3%BCqar_Hac%C4%B1b%C9%99yov

http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=392

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2009&Pid=2910

http://www.anl.az/down/meqale/medeniyyet/medeniyyet_may2009/80494.htm

* * *

1899 – Məşhur türkoloq, şərqşünas alim Əhməd Cəfəroğlu (1899-1976) Gəncədə anadan olub.

Azərbaycanın sovetləşməsindən sonra Bakı Universitetində təhsilini yarımçıq qoyaraq Türkiyəyə mühacirət edib, İstanbul Universitetini bitirib.

Uzun illər Türkiyədə çalışıb, bu ölkədə azərbaycanlı diasporunun tanınmış simalarından olub, "Azərbaycan yurd bilgisi" dərgisini nəşr etdirib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/%C6%8Fhm%C9%99d_C%C9%99f%C9%99ro%C4%9Flu

http://www.adam.az/az.php?subaction=showfull&id=1255163033&archive=&start_from=&ucat=8,28,43&go=headlines&category=43

http://www.dak.az/view.php?lang=az&menu=16&id=3859

* * *

1928 – SSRİ xalq artisti Lütfiyar İmanov (1928-2008) anadan olub.

1959-cu ildən Azərbaycan Opera və Balet Teatrının solisti kimi bir çox operalarda baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/L%C3%BCtfiyar_%C4%B0manov

http://www.anl.az/down/meqale/azerbaycan/2010/fevral/109120.htm

* * *

1938 – Dövlət xadimi, fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyev Bakıda anadan olub.

Azərbaycan KP MK-nın katibi (1982-1988), Ali Sovetinin (1980-1990), Milli Məclisin (1995-2000) deputatı olub.

1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəridir.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Ramiz_Mehdiyev

http://www.elibrary.az/docs/2CILD.pdf

* * *

1994 – Erməmistan-Azərbaycan cəbhəsində yaranmış kritik vəziyyətlə bağlı prezident Heydər Əliyevin sədrliyi fövqəladə ümumrespublika müşavirəsi keçirilib.

Prezident MDB-nin Moskva sammitində (14-15 aprel) Ermənistan rəhbəri L.Ter-Petrosyanla görüş barədə məlumat verib, atəşkəsin əldə olunması üçün danışıqların davam etdiyini bildirib.

* * *

1999 – Bakı-Supsa (Gürcüstan, Qara dəniz) neft kəməri istismara verilib.

827 kmr uzunluğunda olan və sutkalıq nəql həcmi 105 min barrel (ildə 5 milyon ton) olan kəmər Azərbaycanın "Əsrin müqaviləsi" çərçivəsində istehsal olunan "ilkin neftin" dünya bazarına çıxarılması üçün nəzərdə tutulmuşdu.

Kəmərin tikintisi 590 milyon dollara başa gəlmişdi.
Əlavə bax:

http://library.aliyev-heritage.org/az/1999520.html

http://az.apa.az/news.php?id=137588

http://www.azerbaijan.az/_Economy/_OilStrategy/oilStrategy_05_a.html

* * *

Bax:

16 aprel



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009