ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Tariximiz > Qərbi Azərbaycan

İtirdiyimiz tarixi yurdlar: Zəngəzur

(tarixi icmal)

 

Bu gün Ermənistan Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır.

Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeri olub. Zəngəzurdakı türk mənşəli toponimik adların çoxluğu da bu fikri təsdiqləyir.  

XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlığının tərkibində olub.  

Zəngəzur mahalı Çar Rusiyası dövründə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olub.  

XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 azərbaycanlı (türk) kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi.

Zəngəzur mahalının tarixi ərazisi qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları ilə əhatələnmiş geniş bölgə olub. 

Zəngəzur mahalı bir neçə bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın.  

* * *

1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub.

Həmin dövrdə Zəngəzur qəzası Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi.

Eyni zamanda, həmin dövrdə Ermənistan (daşnak) Respublikası Zəngəzurla bağlı torpaq iddiaları irəli sürüb. Bölgədə münaqişə, silahlı toqquşmalar olub. 

1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub.  

Bu vaxt Ermənistan (daşnak) Respublikası Zəngəzuru anneksiya etmək üçün silahlı mübarizəni davam etdirirdi.

Bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. 

Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi.

Bu arada bolşevik Rusiyası Azərbaycanın ardınca Ermənistanın da sovetləşməsi üçün erməni əhalisini müxtəlif şirnikləndirici addımlarla ələ almaq istəyirdi. Bu şirnikləndirici addımlar isə  Azərbaycan ərazisinin bir hissəsinin Ermənistana verilməsi ilə bağlı idi 

Mikoyan başda olmaqla erməni liderləri bolşevik Rusiyasının rəhbəri Lenini inandırmağa çalışırdılar ki, Zəngəzurun (eləcə də Naxcıvanın və Qarabağın) Ernənistana verilməsi erməni xalqının sovet hakimiyyətinə inamını artıra bilər.

Lenin tərəfindən Zaqafqaziya üzrə fövqəladə səlahiyyətli şəxs (faktiki Qafqaz canişini) təyin olunmuş Orconikidze də bu məsələdə ermənilərə dəstək verirdi.  

Rusiyanın xarici işlər naziri Çiçerin 1920-ci il iyunun 2-də Orconikidzeyə məktubunda bu məsələ ilə bağlı yazırdı: ”Daşnak (Ermənistan) ilə hökuməti ilə kompromisə nail olmaq bizə vacibdir”.

 * * *

1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu.  

Bolşevik Rusiyası Azərbaycan torpaqları hesabına Ermənistanı şirnikləndirmək və sovetləşdirmək siyasəti Azərbaycanın kommunistləri tərəfindən etiraz doğurdu.

Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nərimanov buna qarşı çıxaraq Leninə məktub yazdı.

Nərimanov yazırdı ki, Mərkəzin çıxardığı qərarlar Azərbaycan əhalisi arasında Rusiyaya və sovet hökumətinə inamı sarsıda bilər:

“Zəngəzur və Qarabağın neytrallaşdırılması, yaxud daşnaklara verilməsi… (Azərbaycan müsəlman əhalisi tərəfindən) xəyanət sayılacaqdır… Müsəlman kütlələr Sovet hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü qorumamasını satqınlıq, ermənipərəstlik yaxud sovet hakimiyyətinin zəifliyi hesab edəcəklər…“

(“К истории образования Карабахской автономной области Азербайджанской ССР. 1918-1925. Документы и материалы. Баку, Азернешр, 1989, с.56 ) . 

Lakin bu etirazların faktiki nəticəsi olmadı. Çünki Azərbaycanın sobet rəhbərliyində də ermənilər güclü qüvvəyə malik idilər.

* * *

Bu arada bolşevik Rusiyası Azərbaycanın sovet hökuməti ilə və tezliklə qurulması gözlənilən Ermənistan sovet hökuməti ilə ikitərfli sazişlər hazırlayırdı. Azərbaycan sovet hökuməti bu sazişdə ərazi bütövlüyü məsələsinin təmin olunmasına da ümid bəsləyidi. Erməni komministləri də Zəngəzur, Naxçıvan və Qarabağ məsələsinin öz xeyirlərinə həllini gözləyirdilər.

1920-ci il noyabrın 29-da Ermənistnda (Yerevanda) sovet hakimiyyətinin qurulduğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi.  

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. 

Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasında 3-cü məsələ kimi “Ermənistanda İnqilab Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan olunması haqqında teleqramı“ müzakirə edildi və qərar çıxarılmışdı. 

AK(b)P MK Siyasi və Təşkilat bürolarının bu birgə iclasının (30.XI.1920) qəbul etdiyi “tarixi” qərarlara aydınlıq gətirmək məqsədilə orada iştirak edənlərin tərkibinə də mütləq diqqət yetirilməlidir: Q.Orconikidze, Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov. 

İclasın qərarının “v“ bəndində yazılırdı: “… Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir. 

Qərarın başlıca məqsədi onun mərkəzi bəndində (“q“) öz əksini tapmışdı.

Orada deyilirdi ki, Zəngəzur və Naxcıvan sovet Ermənistanın tərkibinə keçirlər 

Digər bəndlərdə isə yazılırdı:  

d) Qarabağın Dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verilir;

e) Sovet Azərbaycanı sovet Ermənistanı ilə qırılmaz hərbi və təsərrüfat ittifaqı bağlayır (o cümlədən neft haqqında göstərilsin).

Qərarda həmçinin (“j“ və “i“ bəndləri) Nərimanova bütün bunlar barədə bəyanat hazırlamaq və onu Bakı Sovetinin plenumunda elan etmək tapşırılırdı.

S.Orconikidzenin təkidi ilə tarixin qara səhifəsinə düşəcək bu bəyanatı məhz N.Nərimanov elan etməli idi. 

Nərimanov qərarın əleyhinə idi, xüsusilə Naxcıvanla bağlı məsələyə qəti qarşı çıxırdı. Zəngəzurun isə bütünlüklə deyil, erməni əhalisinin çoxluq təşkil etdiyi qərb hissəsinin Ermənistana verilməsini mümkün sayırdı. Qeyq edək ki, ermınilərin 1918-ci ildə Zəngəzurda həyata keçirdiyi qırğınlar nəticəsində burada azərbaycanlı əhalisinin sayı kəskin azalmışdı.  

1920-ci l dekabrın 1-də Nərimanov Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasındın qərarı barədə bəyanat verdi. Nərimanov həmin bəyanatda yalnız Zəngəzurdan bəhs edirdi.

* * *

Nərimanovun Bakı Sovetinin iclasında verdiyi bəyanat (rusca): 

 «Советский Азербайджан, идя навстречу борьбе братского армянского трудового народа против власти дашнаков, проливающих и проливавших невинную кровь наших лучших товарищей-коммунистов в пределах Армении и Зангезура, объявляет, что отныне никакие территориальные вопросы не могут стать причиной взаимного кровопускания двух вековых соседних народов: армян и мусульман. Территория Зангезурского уезда предлагается Сов. Армении, и трудовому крестьянству нагорного Карабаха предоставляется полное право самоопределения; все военные действия в пределах Зангезура приостанавливаются, а войска Советского Азербайджана выводятся»

(Mənbə: газета «Коммунист», Баку, 2 декабря 1920 г.).

(Bəyanatın orjinal mətni: foto)

В тот же день в одноименной газете «Коммунист», выходившей в Ереване на армянском языке, был опубликован исковерканный перевод на армянский язык текста декларации, в котором рядом с Зангезуром упоминался Нахчыван, а фраза «предлагается Советской Армении» была переведена как «являются нераздельной частью Советской Армении». 

* * *

Zəngəzurun inzibati bölgüsü ilə bağlı Azərbaycan rəhbərliyində narazılıqlar isə özünü göstərməkdə idi.

Məhz buna görə, Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da qəzanın onun idarəçiliyinə keçməsi dərhal baş verməmişdi.

AK/b/P MK Siyasi və Təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli iclasında “Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili“ haqqında qərar çıxarıldı.  

Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi - əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. əsasən kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi.”

(Bax: İ.Musayev "Azərbaycanın Naxzıvan və Zənqəzur bölgələrində siyasi vəziyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər)" monoqrafiyası, Bakı, 1998, с.284 

Nəticədə Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən (Bax: Скибицкий А.М. Карабахский кризис // Союз, 1991, №7; Гейдаров Н.Г. В горах Зангезура. Баку, 1986, с.3) 3.105 kv.versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv.verstlik hissəsi isə Ermənistana verilmişdi.

Onu da qeyd edək ki, Azərbaycanın tarix ədəbiyyatında bu problem kifayət qədər həllini tapmamışdır.

* * *  

Naxçıvana gəldikdə, həmin dövrdə bu bölgə Türkiyə qüvvələrinin nəzarətində idi və burada sovet hakimiyyəti faktiki mövcud deyildi.

Məhz Türkiyənin qəti mövqeyi, eləcə də Nərimanovun Naxçıvanla bağlı prinsipial mövqeyini Mərkəzə (Leninə) bildirməsi Azərbaycanın bu tarixi torpağının Ermənistana verilməsinin qarşısını aldı.

1921-ci ilin oktyabrın 13-də imzalanan Qars müqaviləsində Naxçıvanın Azərbaycanın ərazisi kimi təsdiqlənməsi ilə Ermənistanın Naxçıvana yiyələnmək cəhdi boşa çıxdı. 

* * *  

Qarabağa gəldikdə isə, 1921-ci ilin iyulun 4-də RK/b/P MK Qafqaz Bürosunun Stalinin iştirakı ilə keçirilən iclasında “Qarabağ məsələsi“ müzakirə edilərək Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə daxil edilməsi barədə qərar çıxarılsa da, Nərimanov buna qəti etiraz etdi.

Qərarla razılaşmayan Azərbaycan kommunistləri ilə ermənipərəst qüvvələr (Kirov, Orconikidze, Myasnikov, Fiqatner) arasında ciddi ixtilaf yaranır.  

Nəticədə səhərisi günü, 1921-ci il iyulun 5-də Qarabağ məsələsinə N.Nərimanovun qəti tələbi ilə yenidən baxaraq Dağlıq Qarabağı Azərbaycan SSR hüdudlarında saxlanması, Dağlıq Qarabağa Şuşa şəhəri inzibati mərkəz olmaqla geniş muxtariyyət verilməsi qərara alınır.

Bu qərar iki il sonra, 1923-cü il iyulun 7-də Azərbaycan SSR hökumətinin dekreti ilə rəsmiləşdi. 

* * *

Zəngəzurun Ernımistan SSR-ə verilmiş hissəsində  Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı.

Nəticədə Naxçıvanın digər Azərbaycan torpaqlarından ayrı salındı. 

Zəngəzurun Azərbaycanda qalan hissəsində isə əvvəlcə Kürdüstan qəzası, sonra isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. 

* * *

Bax: 

Административно-территориальное деление Армянской Советской Социалистической Республики (Источник: Советская Энциклопедия)  

(1921-1928 гг) - 10 уездов: 

1.Даралагезский - с. Кешишкенд.

2.Делижанский – Делижан.

3.Зангезурский - г. Герюсы (Горис)

4.Ленинаканский - г. Ленинакан

5.Лори-Бамбакский - г. Караклис.

6.Мегринский – Мегры.

7.Ново-Баязетский - Нор-Баязет.

9.Эриванский - г. Эривань.

10.Эчмиадзинский – Вагаршапат. 

24.07.1929- 1.10.1930 (5 округов):  

1.Зангезурский

2.Ленинаканский -

3.Лорийский -

4.Севанский -

5.Эриванский – 

1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölünür və Zəngəzur adı xəritədən silinir.

 * * *  

Bax həmçinin: 

Административно-территориальное деление Азербайджанской Советской Социалистической Республики (Источник: Советская Энциклопедия)  

Май 1920 (20 уездов) 

1.Агдамский - г. Агдам

2.Агдашский - г. Агдаш

3.Арешский - г.

4.Бакинский - г. Баку

5.Ганджинский - г. Ганджа

6.Геокчайский - г. Геокчай

7.Джебраильский - г. Джебраил

8.Джеванширский - г. ?

9.Джеватский - г. Джеват

10.Закатальский - г. Закаталы

11.Зангезурский - г. Зангезур

12.Казахский - г. Казах

13.Карягинский - г. Карягино

14.Кубинский - г. Куба

15.Курдистанский - г. Абдалляр

16.Ленкоранский - г. Ленкорань

17.Нухинский - г. Нуха

18.Сальянский - г. Сальяны

19.Шемахинский - г. Шемаха

20.Шамхорский - г. Анненфельд    

1922 - Зангезурский уезд упразднен.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009