ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Elektron xronoqraf > Layihə haqqında

Qarabağ tarixinin salnaməsi:

elektron xronoqraf

"Qarabağ tarixinin salnaməsi - elektron xronoqraf" layihəsi Effektiv Təşəbbüslər Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı hesabına həyata keçirilir.

Layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 2008-ci ildən həyata keçirilən  "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti mərhələsidir.

1. Layihədə qoyulan problemin təsviri

Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinə dünyada obyektiv münasibətin təmin olunması münaqişənin ədalətli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mühüm şərtlərindəndir. Bu baxımdan münaqişə ilə bağlı həqiqətlərin, eləcə də Qarabağın tarixinin, bu bölgənin qədim zamandan Azərbaycan xalqının dövlətçilik salnaməsinin tərkib hissəsi kimi keçdiyi tarixi xronikanın dünyaya çatdırılması böyük önəm kəsb edir. Çünki Dağlıq Qarabağı Azərbaycandan qoparmağı qarşıya məqsəd qoyan ermənilərin əleyhimizə apardıqları təbliğat məhz tarixin saxtalaşdırılması üzərində qurulub.

Qarabağın guya erməni torpağı olması, bu bölgənin sovet hakimiyyəti tərəfindən Azərbaycanın tərkibinə verilməsi və s. iddialar, hər nə qədər bizə sərsəm görünsə də, erməni təbliğat maşını tərəfindən dünyada yayılmadadır. Qarabağ münaqişəsinin ilk illərində ermənilərin diaspora və lobbiçilik imkanlarından yararlanaraq apardıqları antiazərbaycan kampaniyası qarşısında, təəssüf ki, bizim təbliğat resurslarımız məhdud və zəif olub.

1990-cı illərin ortalarından başlayaraq Azərbaycan dövlətinin iqtisadi və intellektual resurslarının səfərbər edilməsi, ictimai qurumların, diaspora təşkilatlarının bu işə cəlb olunması Qarabağ məsələsində ermənilərin yalan kampaniyasını qismən önləməyə imkan verib. Bu gün beynəlxalq birlik Qarabağ probleminin mahiyyəti, Azərbaycanın bu məsələdə tutduğu ədalətli mövqe barəsində xəbərdardır.

Lakin görülən işlər yetərli deyil. Məhz bunə görə ölkə rəhbərliyi Qarabağla bağlı tarixi həqiqətlərin daha geniş miqyasda dünya çatdırılmasını həm dövlət, həm də qeyri-dövlət qurumlarının ümdə işi kimi daima vurğulayır.

Prezident İlham Əliyev 2005-ci il dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının 60 illiyinə həsr olunmuş yığıncaqda bu barədə demişdir:

“Tarixi faktlar sübut edir ki, ermənilərin Dağlıq Qarabağa keçmişdə və indi olan iddiaları tamamilə əsassızdır. Biz bunu bilirik, amma bu, kifayət deyildir. Gərək biz bu həqiqətləri dünya birliyinə çatdıraq. Bu sahədə daha da ciddi işlər görməliyik. Uzaq tarixin və yaxın tarixin həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu gün yeni imkanlar mövcuddur. Bu işləri internet vasitəsilə daha da fəal şəkildə görmək lazımdır. Biz gərək bu fəaliyyəti birgə aparaq”.

Ötən dövrdə prezidentin bəhs etdiyi məsələlərin həyata keçirilməsi üçün addımlar atılıb. O cümlədən 2008-ci ildən fəaliyyət göstərən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı sayəsində Qarabağ münaqişəsi ilə həqiqətlərinin dünyaya çatdırılması üçün nəşrlər, internet saytlar hazırlanıb. Bununla yanaşı, hələ çox işlər görülməlidir. Həmin işlərdən biri Qarabağın tarixinin elektron salnaməsinin hazırlanması və xarici dillərdə yayılmasıdır.

Qarabağla bağlı xeyli sayda internet saytlarımız, elektron resurslar mövcud olsa da, apardığımız monitorinq əsasında deyə bilərik ki, onların heç birində Qarabağın tarixinin əhatəli xronologiyasına rast gəlmək mümkün deyil. Həmin saytlarda Qarabağın tarixi əsasən ayrı-ayrı dövrlərə (Orta əsrlər, Qarabağ xanlığı, Qarabağ Rusiya imperiyası tərkibində və s.) dair məqalələr şəklində təqdim olunur.

Mövcud resurslarda yalnız Qarabağ münaqişəsinin xronikasına (1988-ci ildən sonra) rast gəlmək olar ki, o da əhatəli deyil, son yenilənmə tarixi isə ən yaxşı halda 2004 və ya 2005-ci illə məhdudlaşır. Halbuki Azərbaycan tarixçilərinin Qarabağ haqqında çoxlu tədqiqat əsərləri, kitablar, məqalələr, tarixi sənədlər və s. mövcuddur və onların əsasında Qarabağın tarixinin zəngin elektron xronoqrafını tərtib etmək mümkündür. Təqdim olunan layihə bu işin görülməsini nəzərdə tutur.

“Qarabağ tarixinin elektron salnaməsi” tarixi hadisə və faktların xronoloji təqdimatı ilə məhdudlaşmayacaq, hər mövzu müvafiq mənbələrə, sənədlərə, elektron resurslara istinad və keçidlərlə, zəruri illüstrasiyalarla müşayiət olunacaq.

Elektron xronoqraf Qarabağın tarixinin bütün mərhələlərini, Qarabağ münaqişəsinin və münaqişə ətrafında sülh prosesinin tam xronikasını əhatə edəcək. Belə bir elektron resursun yaradılması Azərbaycanın Qarabağ həqiqətlərinin dünyada yayılmasına, ölkəmizin Ermənistanla apardığı informasiya mübarizəsinə yararlı töhfə ola bilər.

Eyni zamanda, layihə təşkilatımızın 2008-ci ildən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti mərhələsi olaraq nəzərdə tutulur.

Azərbaycanın tarix və mədəniyyəti ilə bağlı informasiya resurslarının hazırlanmasını ehtiva edən layihə çərçivəsində 2008-ci ildə www.azerbaycanli.org veb-saytı (Azərbaycan versiyası) yaradılıb, “Azərbaycan tarixi günbəgün” kitab-təqvimi hazırlanıb və nəşr edilib, 2009-cu ildə www.azerbaycanli.org saytının rus və ingilis versiyaları işə salınıb, saytda “Bizim təqvim” elektron xronoqrafı hazırlanıb.

Təqdim olunan yeni layihə təşkilatımızın indiyədək gördüyü işlərə və bu sahədə qazandığı təcrübəyə müvafiq olaraq tərtib edilib.  

2. Layihənin məqsəd və vəzifələri                                       

Layihənin məqsədi:  

Azərbaycanın Qarabağ bölgəsinin ən qədim zamandan bugünədək olan tarixinin elektron salnaməsinin (xronoqraf) yaradılması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, Ermənistan Respublikasının Azərbaycana qarşı işğalçılıq müharibəsi və onun nəticələrinin dünya ictimaiyyətinə çatdırılması.

Bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:  

  • Qarabağın ən qədim zamandan azərbaycanlıların tarixi yurdu olduğunu, ermənilərin bu bölgəyə iddialarının heç bir tarixi əsası olmadığını, Qarabağ münaqişəsinin Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin nəticəsi olaraq meydana gəldiyini dünya ictimaiyyətinə çatdırmaq üçün yeni elektron informasiya resursunun yaradılması (www.azerbaycanli.org saytının bazasında ayrıca link və banneri olan bölmənin təşkili); 

  •  “Qarabağ tarixinin elektron salnaməsi” link və bannerinin internet məkanda yayılması, müxtəlif sayt, portal və elektron resurslarda yerləşdirilməsi;

  • “Qarabağ tarixinin elektron salnaməsinin (xronoqraf) yaradılması” layihəsi ilə elektron sorğuların keçirilməsi (www.azerbaycanli.org saytında), kütləvi informasiya vasitələrində xəbər və materialların dərc olunması.

 3. Layihədən faydalananlar  

Layihədən həm Azərbaycanda, həm də ölkəmizdən xaricdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qarabağ bölgəsinin tarixi, siyası, mədəni, sosial və iqtisadi həyatı, eləcə də Cənubi Qafqazda tarixi proseslər, qonşu dövlətlərin bu region üzərində tarixi çəkişmələri və c. maraqlanan, habelə Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünyada tanınması və təbliğinə töhfə vermək istəyən hər kəs faydalana bilər: 

  • kütləvi informasiya vasitələri, yazarlar, jurnalistlər; 

  • təhsil müəssisələri - müəllimlər, tələbələr, şagirdlər; 

  • qeyri-hökumət təşkilatları, ictimai birliklər, gənclər təşkilatları;  

  • ilgili dövlət qurumları, diplomatlar, millət vəkilləri; 

  • tarixçilər, sosioloqlar, politoloqlar; 

  • xaricdəki soydaşlarımız, diaspora təşkilatları; 

  • Qarabağın tarixi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni elektron resurslar, saytlar hazırlayan qurum və şəxslər;

  • Azərbaycanın, Qarabağın tarixini, Ermənistan-Azərbaycan münaqişəsini tədqiq edən əcnəbi mütəxəssislər, yazarlar və s.

4. Layihə üzrə görüləcək işlər 

Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:  

  • Qarabağ tarixinin elektron salnaməsinin (xronoqraf) hazırlanması üçün material (informasiya) bazasının toplanması. Bu iş iki istiqamətdə - çap nəşrləri (kitab, məcmuə, jurnal və s.) və elektron resurslar üzərində - həyata keçiriləcək. Ümumilikdə ilkin təxmin olaraq 1400-1600 mövzu başlığı (xronoloji tarix) toplanması nəzərdə tutulur.

  • Hər mövzu başlığı (xronoloji tarix) üzrə hadisə və faktlarla ilgili müvafiq mənbələrə (çap nəşrləri, elektron resurslar, sənədlər və s.) istinadların, elektron keçidlərin (biblioqrafiya), zəruri illüstrativ materialların (foto, rəsm, cədvəl və s.) toplanması;

  • “Qarabağ tarixinin elektron salnaməsi” üçün toplanmış materailların (informasiya bazasının) kompüter emalı, xronoloji qaydada bölmələrin, mövzu başlıqlarının sıralanması, mətnlərin işlənməsi və redaktə olunması (həcm etibarilə hər mövzu üçün orta hesabla 300 işarə - ümumilikdə təxminən 450 min işarə, yaxud 150 kompüter səhifəsi mətn);

  • Hazır materialların veb-səhifədə (www.azerbaycanli.org saytında ayrıca link və banneri olan “Qarabağ tarixinin elektron salnaməsi” bölməsi) yerləşdirilməsi, səhifələrin dizaynı və proqram təminatı. “Qarabağ tarixinin elektron salnaməsi (xronoqraf)” veb-səhifəsinin (Azərbaycan dilində) işə salınması;

  • “Qarabağ tarixinin elektron salnaməsi” (xronoqraf) link və bannerinin internet məkanda yayılması, müxtəlif sayt, portal və elektron resurslarda yerləşdirilməsi;

  • “Qarabağ tarixinin elektron salnaməsinin (xronoqraf) yaradılması” layihəsi ilə bağlı elektron sorğuların keçirilməsi (www.azerbaycanli.org saytında), kütləvi informasiya vasitələrində xəbər və materialların dərc olunması.

5. Layihənin icra müddəti 

Layihənin icra müddəti 4 (dörd) aydır. 2010-cu ilin aprel-iyul aylarında icra olunması nəzərdə tutulur.  

6. Gözlənilən nəticələr  

Layihənin icrasından əldə ediləcək nəticələri belə sıralamaq olar:  

  • İlk dəfə olaraq Azərbaycanın Qarabağ bölgəsinin ən qədim zamanlardan bugünədək olan tarixinin tam xronikasını əks edən zəngin elektron salnamə (xronoqraf) yaradılacaq;

  • Qarabağ tarixinin elektron xronoqrafı internet məkanda yayılacaq;

  • Elektron xronoqraf Qarabağın tarixi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, Ermənistan Respublikasının Azərbaycana qarşı işğalçılıq müharibəsi və onun nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edəcək;

  • Yaradılacaq yeni elektron məlumat resursu Azərbaycanın Ermənistanla apardığı informasiya mübarizəsinə praktik töhfə olacaq;

  • “Qarabağ tarixinin elektron xronoqrafı”nın link və banneri müxtəlif sayt, portal və elektron mənbələrdə yerləşdiriləcək və Azərbaycanın Qarabağ bölgəsinin tarixi, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı elektron və çap nəşrləri, saytlar və digər informasiya-təbliğat vasitələri hazırlamaq istəyən bütün qurum və şəxslər bu elektron resursdan təmənnasız yararlana biləcək;

  • “Qarabağ tarixinin elektron xronoqrafı” veb-səhifəsi Azərbaycan həqiqətlərinin dünyada təbliği məqsədilə yaradılmış (QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə) www.azerbaycanli.org saytının zənginləşməsinə, əhatə dairəsinin genişlənməsinə vəsilə olacaq və bu da öz növbəsində internet müstəvisində “Virtual Azərbaycan” elektron məkanının güclənməsinə xidmət edəcək;

  •  Layihə ilə bağlı elektron sorğuların (www.azerbaycanli.org saytında) keçirilməsi, layihənin KİV-də işıqlandırılması Qarabağ mövzusunda ictimai maarifləndirməyə əlavə töhfə olacaq.

Layihənin rəhbəri:  Vüqar Əliyev (vuqar@azerbaycanli.org)



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009