ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Elektron xronoqraf > Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920)

Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə

(1918-1920)

 

31 mart 1918 - Erməni silahlı dəstələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı başladığı qırğınlar dəhşətli həddə çatıb. Şaumyanın ("Bakı Soveti") tabeçiliyindəki daşnak-bolşevik hərbi qüvvələri (10 min silahlı, Bakı buxtasındakı hərbi gəmilər) şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədiblər.

Təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürülüb, ümumilikdə martın 30-31-iaprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilmişdi. Erməni dəstələri bir çox tikililərə, "İsmailiyyə" binasına, Təzəpir məscidinə od vurmuşdular.

Kütləvi qırğınlar Qarabağın azərbaycanlı kəndlərində, Şuşada, eləcə də aprel-may aylarında Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam edib, 30 mindən çox müsəlman-türk, habelə digər qeyri-erməni millətindən olanlar - ləzgilər, talışlar, yəhudilər (Quba), almanlar (Gəncəbasar bölgəsi) qətlə yetiriliblər.

* * *

22 may 1918 - SSRİ xalq artisti, görkəmli aktyor, rejissor, pedaqoq Mehdi Məmmədov (1918-1984) Şuşada anadan olub. Milli Dram Teatrında 1946-cı ildən rejissor və aktyor kimi fəaliyyət göstərib. Quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur.

* * *

26 sentyabr 1918 - Azərbaycanın bütün ərazisində Xalq Cümhuriyyəti hakimiyyətinin bərqərar olunması üçün hərbi əməliyyatları davam etdirən Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu Qarabağda erməni-daşnak hərbi birləşmələrinə güclü zərbə endirərək Şuşa şəhərinə daxil olub.

Əhali xilaskar ordunu böyük təntənə ilə qarşılayıb. Lakin tezliklə Osmanlının I Dünya müharibəsindəki məğlubiyyəti səbəbilə türk hərbi kontingenti Azərbaycanı tərk etməli oldu və bu zəfər yürüşü də yarımçıq qaldı.

* * *

11 dekabr 1918 -Xalq yazıçısı, ictimai xadim Bayram Bayramov (1918-1994) Ağdamın Şivənd kəndində anadan olub. 1988-1991-ci illərdə Qarabağa Xalq Yardımı Komitəsinə rəhbərlik edib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Bayram_Bayramov

 * * *

28 dekabr 1918 - Bakıda ingilis hərbi qüvvələrinin komandanı general V.Tomson F.Xoyskinin rəhbərlik etdiyi hökuməti Azərbaycan ərazisində yeganə qanuni hakimiyyət kimi tanıdığını bəyan edib.

Bu bəyanatdan sonra Cümhuriyyət parlamentini boykot edən rus və erməni deputatlar parlametin işində iştirak etmək qərarına gəldilər. 1919-cu ilin aprelində qurulan 4-cü koalisiya hökumətində erməni ("Daşnaksütyun") nazir də yer aldı.

 

8 may 1919 - Tanınmış bəstəkar və pedaqoq Soltan Hacıbəyov (1919-1974) Şuşada anadan olub.

Vətənpərvərlik mövzusunda simfonik əsərlərin müəllifidir, Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.

 

11 iyun 1919 - Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin sədrliyi ilə Dövlət Müdafiə Komitəsi yaradılıb.

Həmin dövrdə ölkənin müxtəlif bölgələrində baş qaldıran qiyamlar (Muğan-Lənkəran bölgəsində bolşeviklər tərəfindən təşviq edilən rusların (molokanların) qiyamı, Qarabağ, Naxçıvan və Zəngəzurda ermənilərin Xalq Cümhuriyyəti əleyhinə silahlı çıxışları) hökuməti bu addıma məcbur etmişdi.

X.Sultanovun gördüyü ciddi tədbirlərdən sonra Dağlıq Qarabağın erməni əhalisi Azərbaycan dövlətinin hakimiyyətini tanımağı qərara aldı.

1919-cu il 27 iyulda Qarabağın general-qubernatorunun yanında Şuşa qəzasının və Şuşa şəhərinin Azərbaycanlı və erməni əhalisinin nümayəndələrinin iştirakı ilə müşavirə keçirilmişdir.

Müşavirədə Şuşa şəhərində və onun ətrafında baş vermiş münaqişəni aradan qaldırmaq üçün Azərbaycanlılarla ermənilər arasında barışıq yaratmaq məqsədi ilə iki komissiya yaradılmış və tapşırılmışdır ki, yerlərdə vəziyyətlə tanış olub müşavirəyə məruzə təqdim etsinlər.

Müşavirə bu iki komissiyanın məruzəsinə baxıb onlardan məqsədəuyğun olanı qəbul edəcəkdir (51, v.4).

1919-cu il 29-30 iyulda Qarabağın həyatında xoş hadisə baş verdi. "Azərbaycan" qəzeti yazırdı: "Bu günlərdə Qarabağ öz torpağında özünün ən əziz və sevimli qonaqlarını Gəncənin qubernatoru Rəfibəyovun müşayiəti ilə Azərbaycan Respublikasının baş naziri N.Yusifbəylini və hərbi nazir Mehmandarovu qarşılayırdı. 29 iyulda qonaqlar Xankəndinə gəldi.

30 iyulda hörmətli qonaqlar Şuşaya gəldilər. Şəhər əhalisi qonaqları duz-çörəklə qarşıladı. Bundan sonra hörmətli qonaqlar məsciddə Azərbaycanlılar qarşısında çıxış etdilər. Sonra isə onlar erməni kilsəsinə getdilər. Erməni ruhaniləri onları duz-çörəklə qarşıladılar. Yepiskop Azərbaycan dilində çıxış edərək iki millətin dinj yanaşı yaşamasının zəruriliyini göstərdi" (87, N164, 1919).

Bütün bunlardan sonra Qarabağ erməniləri 1919-cu ilin avqustunda fövqəladə qurultay çağıraraq Azərbaycan hökumətinə tabe olmaq haqqında qərar qəbul etmişlər. Qarabağ ermənilərinin 7-ci qurultayının xüsusi nümayəndələri Qarabağ general-qubernatoru X.B.Sultanovun hüzuruna gələrək Qarabağın dağlıq hissəsinin Azərbaycanın hakimiyyətini tanımaq haqqında məsələni dinj yolla həll etmək arzusunda olduqlarını bildirmişlər.

Qubernatorun hüzuruna qurultayın nümayəndələri ilə birlikdə erməni ruhaniləri də gəlmişlər. Danışıqlar iki gün davam etmiş və nəhayət müqavilə layihəsi işlənib hazırlanmışdır.

Qarabağın dağlıq hissəsinin taleyi haqqında məsələnin Sülh konfransında ermənilərlə Azərbaycanlıların birgə yaşamasından asılı olaraq həll ediləjəyini nəzərə alaraq Qarabağ ermənilərinin 7-ci qurultayı 1919-cu il avqustun 15-də özünün səhər ijlasında Azərbaycan Respublikasının hökuməti ilə müvəqqəti müqavilə bağlamağı qərara almışdır.

Aşağıda biz həmin qərarın Qarabağ probleminə aid bəndlərini təqdim edirik:

"Maddə 1. İndiki müvəqqəti müqavilə tərəflər tərəfindən bu məsələ Sülh konfransında həll edilənə qədər qəbul edilir. Onun qərarları hər iki tərəf üçün məcburidir.

Maddə 2. Qarabağın dağlıq hissəsində Şuşada, Cavanşir və Cəbrayıl qəzalarında yaşayan ermənilər özlərini müvəqqəti olaraq Azərbaycan Respublikasının sərhədləri daxilində hesab edirlər.

Maddə 5. Qarabağ general qubernatorluğun yanında 6 nəfərdən: 3 erməni və 3 Azərbaycanlıdan ibarət şura yaradılır.

Maddə 7. Millətlərarası xarakter daşıyan bütün prinsipial məsələlər şurada əvvəlcədən müzakirə edilmədən həyata keçirilə bilməz.

Maddə 12. Qarabağ erməniləri mədəni muxtariyyət hüququndan istifadə hüququna malikdirlər.

Maddə 14. Azərbaycan hökuməti erməni nümayəndələri vasitəsilə erməni milli şurasının fəaliyyətinə nəzarət edirlər.

Maddə 17. Siyasi əqidələrinə görə heç kəs nə məhkəmə, nə də inzibati qaydada təqiblərə məruz qala bilməzlər.

Maddə 20. Azərbaycan Respublikasının hökuməti dağıdılmış Azərbaycanlı və erməni

kəndlərinin təcili bərpa edilməsi işində Qarabağın əhalisinə maddi və mənəvi yardım

göstərir.

Maddə 24. İndiyə qədər baş vermiş millətlərarası münaqişələrdə iştirak etdiyinə

görə heç kəs təqiblərə məruz qala bilməz.

Maddə 25. Hazırki müqavilə Qarabağ ermənilərinin 7-ci qurultayı onu qəbul etdiyi

andan qüvvəyə minir.

Maddə 26. Hazırki müqavilə hər cür vəziyyətdə: mühasirə, hərbi və digər hallarda

qüvvədə qalır.

1919-cu il 19 avqustda Şuşikənddən xəbər gəldi ki, müqavilənin şərtləri yekdilliklə qəbul edilmişdir. Bu vaxtdan etibarən şəhərin erməni və Azərbaycan hissələri təntənəli hazırlığa başladılar" (87, N 185, 1919).

1919-cu il avqustun 28-də Qarabağın erməni əhalisinin nümayəndə heyəti Bakıya gələrək N.B.Yusifbəylinin qəbulunda olmuşlar. Nümayəndə heyəti Qarabağ məsələsinin dinj yolla nizama salınmasına görə ona Qarabağın erməni əhalisi adından öz minnətdarlığını bildirmişdir (86, s.228).

http://history.az/pdf.php?item_id=20100105090005633

* * *

14 iyun 1919 - Xalq Cümhuriyyətinin parlamenti ölkədə vəziyyətin elan olunması barədə qərar qəbul edib. Baş nazir Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi DövlətMüdafiə Komitəsinə fövqəladə səlahiyyətlər verilib. Muğandakı bolşevik təmayüllü qiyamın, ermənilərin Qarabağ və Zəngəzurdakı silahlı çıxışlarının yatırılması üçün bu bölgələrə ordu hissələri göndərilib.

* * *

24 oktyabr 1919 - ABŞ-ın Cənubi Qafqazdakı hərbi nümayəndəsi polkovnik Qaskel Ermənistanla Azərbaycanın Naxçıvan üstündə mübahisəsini çözmək üçün bölgənin neytral zona elan edilməsi və ABŞ general-qubernatorluğunun idarəçiliyinə verilməsi təşəbbüsü ilə çıxış edib. ABŞ rəsmisi bunun müqabilində Qarabağ və Zəngəzurun Azərbaycan ərazisi kimi tanınacağını vəd edib. Xalq Cümhuriyyətinin rəhbərliyi bu təşəbbüsü rədd edib.

* * *

23 noyabr 1919 - Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrinin sahmanlanması ilə bağlı müvəqqəti saziş imzalanıb.

ABŞ diplomatlarının vasitəçiliyi ilə Tiflisdə imzalanan sənədə görə, tərəflər arasında mübahisəli məsələlər Ermənistan-Azərbaycan konfransında (dekabr 1919) həllini tapmalı idi.

1918-ci ilin 28 mayında AzərbaycanMilli Şurası İrəvan və Eçmiədzin qəzalarını Ermənistan Respublikasına güzəştə gedəndən sonra ermənilər Zəngəzur, Qarabağ və Naxçıvana da ərazi iddiası irəli sürməyə başlamışdılar.

Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəyli 1919-cu ilin oktyabrında Ermənistanın Bakıdakı diplomatik nümayəndəsi Q.Bekzadyanla görüşdə bu bölgələrlə bağlı heç bir güzəştin olmayacağını bəyan etmişdi.

* * *

14 dekabr 1919 - Bakıda Azərbaycan-Ermənistan konfransı işə başlayıb. Noyabrın 23-də tərəflər arasında bağlanmış sazişə uyğun olaraq keçirilən konfrans ərazi mübahisələrinə həsr olunmuşdu.

Lakin bir həftə (dekabrın 21-dək) sürən konfrans nəticəsiz bitdi. Azərbaycan heyəti (XİN başçısı F.Xoyski, daxili işlər naziri M.Hacinski) sərhəd mübahisələrinin həllində israr etsə də, erməni tərəf müxtəlif bəhanələrlə bundan yayınıb, Zəngəzur daxil olmaqla heç bir məsələdə razılıq əldə olunmayıb.

Bundan bir qədər sonra (yanvar 1920) erməni qüvvələri Zəngəzurda 50-dək azərbaycanlı kəndini talan etdilər.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009