ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Elektron xronoqraf > 1988-ci il (Qarabağ münaqişəsinin başlanması)

Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsinin başlanması

(1988-ci il)

25 yanvar 1988 - Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin kütləvi deportasiyası başlanıb.

Azərbaycanlı qaçqınların ilk dəstəsi respublikamıza pənah gətirib.

1988-1989-cu illərdə ümumilikdə 230 minə yaxın azərbaycanlı Ermənistan ərazisindəki tarixi ata-baba yurdlarından zorla qovuldu.

Əlavə bax:

http://azerbaycanli.org/az/page49.html

 * * *

12 fevral 1988 - Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) ermənilərin ilk separatçılıq çıxışları başlayıb. DQMV-nin mərkəzi Stepanakert (Xankəndi) şəhərində vilayət partiya komitəsinin binası qarşısında "miatsum" (Ermənistana "birləşmə") şüarı altında mitinq keçirilib.

Bu hadisələrə faktiki hazır olmayan Azərbaycanın o vaxtkı rəhbərliyi isə Bakıda yaşayan erməniləri teleefirə çıxararaq onların separatçılarla həmrəy olmadıqları barədə bəyanatlarını səsləndirirdi.

 * * *

17 fevral 1988 - Ermənistan ərazisindəki tarixi ata-baba yurdlarından didərgin salınan azərbaycanlı əhalinin növbəti dəstəsi - Qafan rayonundan deportasiya edilən 4 minə yaxın soydaşımız Azərbaycana pənah gətirib. Ermənistan SSR rəhbərliyinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti tam gücü ilə işə düşmüşdü.

 * * *

19 fevral 1988 - Azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, Dağlıq Qarabağda başlanan separatçılıq hərəkətlərinə etiraz olaraq Bakıda ilk mitinq - kütləvi çıxış olub.

 * * *

20 fevral 1988 - Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında" qərar qəbul ediblər. Bu barədə SSRİ Ali Sovetinə müraciət qəbul olunub.

DQMV-nin Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi.

Bu hadisə Qarabağ konfliktinin rəsmi tarixinin başlanğıcı hesab olunur.

Əlavə bax:

http://azerbaycanli.org/az/page385.html

 * * *

22 fevral 1988 - Dağlıq Qarabağ münaqişəsində ilk qanlı toqquşma olub. Erməni millətçiləri Əsgəran qəsəbəsi yaxınlığında Ağdam rayonundan olan iki azərbaycanlı gənci qətlə yetiriblər. Rəsmi orqanlar azərbaycanlı əhalinin erməni şovinistlərinə adekvat cavab verməsinə imkan vermədilər.

Həmin gün Bakıda ermənilərin Qarabağa iddialarına etiraz olaraq mitinq keçirilib. Bu arada Ermənistanın Qafan rayonundan azərbaycanlıların kütləvi deportasiyası başlanıb.

 * * *

25 fevral 1988 - Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlanan Dağlıq Qarabağ münaqişəsində yeni toqquşma baş verib. Erməni millətçiləri Əsgəranda daha iki azərbaycanlını qətlə yetiriblər.

 * * *

27-28 fevral 1988 - Sumqayıtda erməni ekstremistlərin təşkilatçılığı və bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat - erməni əhalinin evlərinə basqınlar törədilib. Eduard Qriqoryanın başçılıq etdiyi basqın və iğtişaşlarda, rəsmi məlumatlara görə, 32 nəfər öldürğlmüşdü. Onların bir neçəsini Qriqoryan üzü qətlə yetirmişdi.

Lakın məhkəmə ona 12 il iş verdi və o, SSRİ dağılandan sonra azadlığa çıxdı. Dəstənin azərbaycanlı üzvlərindən bir nəfərə (Əhməd Əhmədov) ölüm hökmü kəsildi. Moskvadan gələn istintaq qrupu hadisənin mahiyyətini ört-basdır etdi.

"Sumqayıt hadisəsi" SSRİ xüsusi xidmət orqanlarındakı ermənilər tərəfindən hazırlanmışdı və dünyaya azərbaycanlıların vandalizmi kimi tanıdıldı. Bu təxribatdan sonra ermənilər azərbaycanlılarla bir yerdə yaşamağın qeyri-mümkün olduğunu bəyan etməyə və Qarabağdakı separatçılığa haqq qazandırmağa başladılar.

Əlavə bax:

http://azerbaycanli.org/az/news-540.html

 * * *

24 mart 1988 - Sov.İKP MK və SSRİ Nazirlər Soveti "1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" qərar qəbul edib.

Qərara əsasən, Dağlıq Qarabağın sosial-iqtisadi məsələləri Azərbaycanın səlahiyyətindən alınaraq ittifaq hökumətinə verilib. O vaxtkı respublika rəhbərliyi isə buna nəinki etiraz etməmiş, əksinə, qərarı təqdirlə qarşılamışdı.

 * * *

18 may 1988 - Ermənistandan azərbaycanlı əhalinin zorla deportasiyasına və ermənilərin Qarabağ iddialarına etiraz olaraq Bakıda ilk izdihamlı mitinq keçirilib.

 * * *

21 may 1988 - SSRİ rəhbərliyi Azərbaycan və Ermənistan arasında münaqişəni sahmanlamaq üçün hər iki müttəfiq respublikanın rəhbərlərini dəyişdirib. Ermənistan KP MK-nın plenumunda 1-ci katib Karen Dəmirçyan (1974-1988-ci illərdə Ermənistan SSR-ə rəhbərlik edib), Azərbaycan KP MK-nın plenumunda isə 1-ci katib Kamran Bağırov (1983-cü ildən respublikaya rəhbərlik edirdi) vəzifələrindən kənarlaşdırılıb.

Azərbaycan KP MK-nın 1-ci katibi postuna Ədbürrəhman Vəzirov (1988-1990), Ermənistan KP MK-nın 1-ci katibi vəzifəsinə isə Suren Arutyunyan (1988-1990) seçilib.

 * * *

15 iyun 1988 - Ermənistanın Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə keçməsi haqqında" qərar qəbul edib.

İyunun 17-də Azərbaycan SSR Ali Soveti bu etiraz olaraq bəyanat qəbul edib və SSRİ Ali Sovetindən Ermənistanın hərəkətinə münasibət bildirməyi xahiş edib.

 * * *

18 iyul 1988 - SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş iclası keçirilib. M.Qorbaçovun sədrlik etdiyi iclasda Azərbaycan və Ermənistanın siyasi rəhbərliyi, hər iki respublikanın SSRİ Ali Sovetindəki deputatları iştirak ediblər.

Gərgin mübahisələrlə keçən iclasda "Dağlıq Qarabağ barəsində məsələyə dair" SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı qəbul olunub. Sənəddə Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağı ilhaq etmək barədə qərarının yolverilməz olduğu və onun ləğv edilməsinin zəruriliyi vurğulansa da, Yerevan bu çağırışı saya salmadı.

 * * *

17 sentyabr 1988 - Dağlıq Qarabağın inzibati mərkəzi olan Stepanakertdə (Xankəndi) erməni dəstələrinin azərbaycanlı əhalinin evlərinə kütləvi basqınları başlayıb. Şəhərin azərbaycanlı məhəlləsində onlarla ev yandırılıb. Moskvanın və Azərbaycanın o vaxtkı rəhbərliyi faktiki laqeydliyi fonunda azərbaycanlı əhaliyə qarşı aşkar etnik təmizləmə həyata keçirilirdi.

Sentyabrın 21-də SSRİ rəhbərliyi Xankəndidə xüsusi vəziyyət elan etdi, lakin bu müddətədək yüzlərlə azərbaycanlı ailə öz ev-eşiyindən didərgin düşmüşdü.

 * * *

13 noyabr 1988 - Ermənistanda azərbaycanlılara qarşı kütləvi qətliamların daha biri həyata keçirilib. Spitak rayonunun rəhbərliyinin (raykom katibi, milis rəisi, prokuror və s.) bilavasitə iştirakı ilə erməni silahlı dəstələri azərbaycanlı əhalinin evlərinə basqınlar ediblər.

Basqın nəticəsində 40-dan çox azərbaycanlı xüsusi vəhşiliklə qətlə yetirilib, yüzlərlə ailə ev-eşiyindən çölə atılaraq rayonu tərk etməyə məcbur edilib. Buna rəğmən bir ay sonra (7 dekabr) Spitakda dəhşətli zəlzələ baş verəndə Azərbaycan Ermənistana birincilər sırasında yardım əlini uzatdı.

 * * *

17 noyabr - 4 dekabr 1988 - Bakıdakı Lenin (indiki Azadlıq) meydanında ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq fasiləsiz mitinqlər keçirilib. Mitinqlərə 1 milyonadək insan toplaşırdı.

18 gün davam edən aksiya Ermənistandan azərbaycanlıların kütləvi deporatsiyasına, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına SSRİ-nin və o vaxtkı respublika rəhbərliyinin bəslədiyi laqeyd münasibətə kütləvi xalq etirazı idi.

Dekabrın 4-də Bakıda fövqəladə vəziyyət rejimi tətbiq edildi, dekabrın 5-nə keçən gecə meydana SSRİ DİN-in Daxili Qoşunları və hərbi texnika yeridildi, aksiya böyük zorakılıqla dağıdılmışdı. Yüzlərlə insan həbs olundu və yaralandı.

Bu, SSRİ-də ən böyük kütləvi çıxışlar idi və Azərbaycan tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. İlk dəfə həmin mitinqlərdə Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdı. 1992-ci ildə 17 noyabr «Milli dirçəliş günü» elan edildi.

 * * *

24 noyabr 1988 - Azərbaycanlıların Ermənistandan deportasiyası və ermənilərin Qarabağ iddialarına etiraz olaraq Bakıdan sonra bölgələrdə də aksiyalar başlanıb. Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti aksiyaların qarşısını almaq üçün Bakı, Gəncə və Naxçıvanda xüsusi vəziyyət və qadağan saatı tətbiq edib. Buna baxmayaraq Bakıda mitinqlər dekabrın əvvəlinədək davam etdi.

 * * *

27-29 noyabr 1988 - Ermənistan SSR-in Quqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlıların deportasiyası terror və qətllərlə müşayiət olunub. Üç gün ərzində erməni silahlı dəstələri tərəfindən 33 azərbaycanlı qətlə yetirilib.

Bu hadisədən sonra Ermənistandakı azərbaycanlı əhalinin kütləvi köçü son mərhələyə qədəm qoyub. Dekabrda Ermənistandan Azərbaycana 100 mindən çox (ümumilikdə 230 minədək) soydaşımız pənah gətirdi.

 * * *

11 dekabr 1988 - Ermənistandakı zəlzələdən (7 dekabr) sonra bu ölkəyə ilk yardım edənlərdən biri Azərbaycan olub. Lakin erməni tərəfi xislətinə sadiq qalaraq Azərbaycan təyyarəsini qəbul etməyib. Leninakan (Gümrü) hava limanında dispetçerlər tərəfindən yanlış istiqamətləndirilən "İl-76" təyyarəsi dağa dəyərək partlayıb, 63 nəfər xilasedici (ehtiyatda olan hərbçi) və 9 ekipaj üzvü həlak olub. Bir nəfər xilas olsa da, ömürlük şikəst qalıb.

Buna rəğmən Azərbaycandan Ermənistana qatarla humanitar yardım və 150 nəfər inşaatçı göndərildi. Dağıdıcı zəlzələ (25 minədək adam ölmüşdü) ilə dünyanın diqqətini özünə cəlb edən Ermənistan azərbaycanlıların deporatasiyasını başa çatdırdı, dünya isə bunu "görmədi".



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009