ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Elektron xronoqraf > 1991-ci il

Qarabağ tarixinin salnaməsi

(1991-ci il)

9 yanvar 1991 - Erməni terroru Azərbaycan ərazisində növbəti aksiya həyata keçirib.

Laçın-Yevlax yolunda Sovet Ordusuna məxsus "UAZ-469" markalı hərbi maşının gülləbaran edilməsi nəticəsində 4 nəfər, o cümlədən "Molodyoj Azerbaydjana" qəzetinin xüsusi müxbiri Salatın Əsgərova və bölgədəki hərbi komendantlığın 3 rus zabiti qətlə yetirilib.

Əlavə bax:

http://www.mns.gov.az/terroractspart7_az.html

http://az.wikipedia.org/wiki/Salat%C4%B1n_%C6%8Fsg%C9%99rova

 * * *

7 fevral 1991 - Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Şaumyan (kənd) rayonu ləğv edilib, rayonun ərazisi Goranboy rayonu ilə birləşdirilib. Mirbəşir rayonu Tərtər, Şamxor isə Şəmkir adlandırılıb.

Əlavə bax:

http://e-qanun.az/res_data/framework/data/10/f_10264.htm

http://www.azerbaycanli.org/az/page397.html

* * *  

24 fevral 1991 - Qarabağ münaqişəsi gedişində ermənilər növbəti terror aksiyası həyata keçiriblər.

Laçın-Yevlax yolunda sərnişin avtobusunun partladılması nəticəsində 7 azərbaycanlı həlak olub.

 * * *

13 mart 1991 - Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə "Stepanakert" aeroportunun Xocalı rayonu ərazisində yerləşdiyi nəzərə alınaraq onun adı dəyişdirilib və "Xocalı" aeroportu adlandırılıb.

Dağlıq Qarabağdakı yeganə hava limanı bir il sonra, Xocalının işğalı nəticəsində ermənilərin nəzarətinə keçdi.

Əlavə bax:

http://e-qanun.az/files/framework/data/7/f_7045.htm

 * * *

30 aprel 1991 - Dağlıq Qarabağda və ətraf rayonlarda qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi ilə bağlı əməliyyat başlanıb.

SSRİ Daxili Qoşunlarının iştirakı ilə keçirilən əməliyyatın məqsədi Azərbaycanı SSRİ-nin tərkibində saxlamaq, ittifaq referendumunu (17 mart 1991) boykot etmiş Ermənistana isə gözdağı vermək idi.

Əməliyyat nəticəsində Xanlar (Göygöl) rayonunun Çaykənd qəsəbəsi, Hadrut (Xocavənd) rayonunun kəndləri erməni silahlı qüvvələrindən təmizlənib.

Lakin Moskvanın Azərbaycana "üzgörənliyi" çox çəkmədi və 1991-ci ilin payızında Dağlıq Qarabağda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə başlandı.

 * * *

6 may 1991 - Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti Ermənistan parlamentinin Dağlıq Qarabağ münaqişəsini SSRİ xalq deputatlarının növbədənkənar qurultayının müzakirəsinə çıxarmaq cəhdinə etiraz olaraq Moskvaya, SSRİ Ali Sovetinə müraciət qəbul edib.

Müraciətdə nəzərə çatdırılırdı ki, Ermənistanın hərəkəti Azərbaycanın müttəfiq respublika kimi suverenliyinə kobud müdaxilədir.

Mayın 7-də SSRİ Ali Soveti Ermənistanın təşəbbüsünü rədd etdi.

 * * *

14 may 1991 - Azərbaycan Respublikasının Prezidenti yanında Milli Təhlükəsizlik Şurası təsis edilib.

Şuraya baş nazir, Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsinin sədri (V.Polyaniçko), güc strukturlarının rəhbərləri daxil idi.

Həmin ilin sentyabrında qurum ləğv edildi, onun əvəzində müxalifət təmsilçilərinin də iştirakı ilə Müdafiə Şurası yaradıldı. Lakin bir neçə ay sonra o da fəaliyyətinin dayandırdı.

 * * *

30 may 1991 - Erməni təxribatçılarının Azərbaycana qarşı növbəti terror aktı baş verib.

Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarının partladılması nəticəsində 11 nəfər həlak olub, 22 nəfər yaralanıb.

 * * *

11 iyun 1991 - Azərbaycan hökuməti Ermənistandan qovulmuş azərbaycanlı əhalinin bir qisminin Xanlar (Göygöl) rayonunun Çaykənd və Qarabulaq (1991-ci ilədək ermənilər yaşayan ərazilər) kəndlərində yerləşdirilməsi barədə gecikmiş qərar qəbul edib.

Ermənistandan deportasiya edilmiş azərbaycanlı əhali hələ 1988-ci ildə Dağlıq Qarabağda və ermənilər yaşayan digər ərazilərdə yerləşmək istəsə də, o vaxtkı respublika rəhbərliyi buna imkan verməmişdi.

 * *  *

27 iyun 1991 - Erməni silahlı birləşmələri Dağlıq Qarabağın Martuni (indiki Xocavənd) rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edərək 6 sakini qətlə yetiriblər.

Bu, Qarabağ münaqişəsi başlayandan sonra ermənilərin azərbaycanlı yaşayış məntəqəsinə ilk böyük hücumu idi.

 * * *

11 iyul 1991 - Erməni silahlı dəstələrinin Ermənistanda azərbaycanlıların sonuncu yaşayış məntəqəsinə - Mehri rayonunun Nüvədi kəndinə basqınları başlayıb.

Ermənistan hüquq-mühafizə orqanları basqınların qarşısını almaq əvəzinə kənd sakinlərindən Azərbaycanla bütün əlaqələri kəsməyi tələb ediblər. Bu şantajdan bir qədər sonra (avqust) Nüvədi əhalisi deportasiya olundu.

 * * *

31 iyul 1991 - Erməni terrorizmi Azərbaycana qarşı növbəti aksiyanı həyata keçirib.

Moskva-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında partladılması nəticəsində 16 nəfər həlak olmuş, 20 nəfər yaralanıb.

 * * *

2 avqust 1991 - Erməni təxribatçıları Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı daha bir terror aktı həyta keçiriblər.

Hadrut (Xocavənd) rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşının partladılması nəticəsində 4 nəfər həlak olub 8 nəfər yaralanıb.

 * * *

8 avqust 1991 - Ermənistan ərazisindəki sonuncu azərbaycanlı yaşayış məntəqəsi - Mehri rayonunun Nüvədi kəndi erməni silahlı qüvvələrinin hücumu nəticəsində talan edilib.

Erməni qüvvələri kəndin bütün əhalisini zorla deportasiya ediblər. 1988-ci ildə Ermənistanda azərbaycanlı əhaliyə qarşı başlanan etnik təmizləmə sona çatıb.

 * * *

21 avqust 1991 - Erməni təxribatçı dəstələrinin Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı terror hücumları davam edib.

Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında sərnişin avtobusunun partladılması nəticəsində 2 nəfər həlak olub, 10 nəfər ağır yaralanıb.

 * * *

2 sentyabr 1991 - Ermənilərin Qarabağ avantürası yeni mərhələyə keçib, qondarma dövlətin - "Dağlıq Qarabağ Respublikası"nın yaradıldığı elan olunub.

Qərar "Dağlıq Qarağbağ Muxtar Vilayəti Xalq Deputatları Soveti"nin (səlahiyyət müddəti hələ 1988-ci ilin yanvarında başa çatmışdı) erməni deputatlarının adından qəbul edilmişdi.

Qərara əsasən, inzibati baxımdan heç vaxt Dağlıq Qarabağ muxtariyyətinə aid olmamış keçmiş Şaumyan rayonu (1991-ci ildə Goranboy rayonuna birləşdirilib) da qondarma "respublika"nın ərazisi elan edilmişdi.

 * * *

3 sentyabr 1991 - Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti erməni separatçılarının "Dağlıq Qarabağ Respublikası"nın yaradılması barədə qərarı antikonstitusion elan edib.

 * * *

5 sentyabr 1991 - Azərbaycan RespublikasınınMüdafiə Nazirliyinin yaradılması barədə prezident fərmanı verilib. C.Naxçıvanski adına hərbi məktəbin rəisi, general-leytenant Valeh Bərşadlı ölkənin ilk müdafiə naziri təyin edilib.

Lakin müdafiə naziri təyin edilsə də, o vaxtkı hakimiyyətin (prezident A.Mütəllibov) astagəl siyasəti üzündən Azərbaycanda Milli Ordu hələ yaradılmamışdı.

Yalnız bir ay sonra (9 oktyabr) Ali Sovet Silahlı Qüvvələrinin yaradılması haqqında qanun qəbul etdi.

 * * *

7 sentyabr 1991 - Erməni təxribatçı dəstələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı növbəti terror aktları həyata keçiriblər.

Hadrut (Xocavənd) rayonunun Tuğ kəndinə silahlı basqın nəticəsində kəndin 2 sakini öldürülüb. Xankəndi yaxınlığında sərnişin avtobusunun atəşə tutulması nəticəsində isə 3 azərbaycanlı öldürülüb, 4 nəfər yaralanıb.

 

9 sentyabr 1991 - Erməni silahlı dəstələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı yeni terror aktları həyata keçiriblər.

Ağdam-Xocavənd avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilib 34 nəfər yaralanıb.

Həmin gün Ağdam-Qaradağlı marşrutu üzrə avtobusun gülləbaran edilməsi nəticəsində 8 azərbaycanlı həlak olmuş, 42 nəfər xəsarət almışdı.

 * * *

21 sentyabr 1991 - Rusiya prezidenti Boris Yeltsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistan-Azərbaycan münaqişəsinin sahmanlanmasına vasitəçilik etmək təşəbbüsü ilə Bakıya gəliblər.

Rusiya və Qazaxıstan rəhbərləri Bakıdakı görüşlərdən sonra Dağlıq Qarabağa (Xankəndiyə), oradan isə Yerevana gedərək Jeleznovodskda (Rusiya) Azərbaycan-Ermənistan danışıqlarının təşkili barədə müzakirələr aparıblar.

 * * *

23 sentyabr 1991 – Rusiyanın Stavropol vilayətinin Jeleznovodsk şəhərində Rusiya prezidenti B.Yeltsin və Qazaxıstan prezidenti N.Nazarbayevin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərləri A.Mütəllibov və L.Ter-Petrosyan arasında görüş keçirilib.

Görüşdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələri də iştirak edib. Görüş münaqişənin sülh yolu ilə həllinə dair bəyannamə imzalanıb.

Lakin bu anlaşmaya rəğmən bir neçə gün sonra erməni silahlı qüvvələrinin Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı yeni hücumları başlayıb.

 * * *

26 sentyabr 1991 - Erməni təxribatçıları azərbaycanlı əhaliyə qarşı növbəti terror aktı törədiblər.

Yevlax-Laçın yolunda minik avtomaşınının partladılması nəticəsində 2 nəfər həlak olub, 4 nəfər yaralanıb.

 * * *

29 sentyabr 1991 – Prezident Ayaz Mütəllibov Azərbaycan Respublikasının Müdafiə Şurasının yaradılması barədə fərman verib. Müdafiə Şurasında müxalifət təmsilçilərinə də yer ayırılıb.

Ermənistanın hərbi təcavüzünün genişləndiyi bir vaxtda ordu quruculuğuna real şərait yarada bilməyən Mütəllibov iqtidarı bu addımla əslində siyasi məqsəd güdür və müxalifətin hakimiyyətə qarşı kəskin çıxışlarını qismən səngitmək istəyirdi.

Nəticədə ordu quruculuğuna heç bir töhfə verməyən və iqtidarla müxalifətin qarşılıqlı intriqa meydanına çevrilən qurum bir neçə aydan sonra ləğv edildi.

 * * *

4 oktyabr 1991 - Erməni silahlı dəstələri Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni və Hadrut rayonlarında azərbaycanlı yaşayış məntəqələrinə hücumlara başlayıblar.

Bu, iki həftə öncə Ermənistan və Azərbaycan rəhbərliyi arasında əldə olunmuş Jeleznovodsk (23 sentyabr) razılaşmasının pozulması idi.

İki ay sürən silahlı basqınlar nəticəsində 30-dan çox yaşayış məntəqəsində azərbaycanlı əhalinin etnik təmizlənməsi həyata keçirildi. SSRİ Daxili Qoşunlarının regiondakı bölmələri baş verənlərə seyrçi idi.

 * * *

9 oktyabr 1991 - Ali Sovetin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələri haqqında" qanun qəbul edilib.

Ermənistanda nizami ordu hələ 1991-ci ilin əvvəlində yaradılsa da, Azərbaycan rəhbərliyi ordu quruculuğuna başlamağa tələsmirdi və uzun çək-çevirdən sonra yalnız bu qanunun qəbulu mümkün olmuşdu.

9 oktyabr tarixi 1998-ci ilədək Azərbaycanda Milli Ordu günü kimi qeyd olunurdu. Həmin il prezident Heydər Əliyevin imzaladığı fərmanla Silahlı Qüvvələr günü kimi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun yarandığı tarix (26 iyun 1918-ci il) qeyd olunmağa başlandı.

 * * *

19 oktyabr 1991 - Erməni dəstələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı daha bir terror aktı törədiblər.

Ağdərə (Mardakert) rayonunun Sırxavənd kəndi yaxınlığında minik avtomaşınının partladılması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.

 * * *

25 oktyabr 1991 – Prezident Ayaz Mütəllibov Azərbaycan Respublikasının Dövlət Şurasının yaradılması və dövlət katibi postunun təsis edilməsi barədə fərmanlar verilib.

Yeni qurumun aqibəti ondan öncə təsis edilən Təhlükəsizlik Şurası və Müdafiə Şurasının aqibətindən fərqlənmədi. A.Mütəllibov müxalifəti bu məşvərətçi qurumlara cəlb etməklə öz hakimiyyətinin ömrünü uzatmaq məqsədi güdürdü.

Dövlət katibi postuna təyin edilən akademik Tofiq İsmayılov bir ay sonra Qarakənd faciəsində (20 noyabr) həlak oldu.

 * * *

10 noyabr 1991 - Azərbaycan Ali Soveti Dağlıq Qarabağ və Azərbaycan-Ermənistan sərhədində erməni silahlı qüvvələrinin hücumlarının genişlənməsi ilə bağlı xarici dövlətlərin parlamentlərinə müraciət qəbul edib.

 * * *

20 noyabr 1991 - Erməni silahlı qüvvələri Qarabağ münaqişəsi gedişində Azərbaycana qarşı ən böyük terror aktını həyata keçiriblər.

Martuni (Xocavənd) rayonunun Qarakənd kəndinin səmasında içərisində Azərbaycanın dövlət və hökumət rəhbərlərinin olduğu "Mi-8" vertolyotu raketlə vurulub.

Vertolyotda olan 22 nəfərin hamısı, o cümlədən dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, SSRİ xalq deputatları Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, DQMV prokuroru V.Plavski, Dağlıq Qarabağ münaqişəsi regionunda Rusiya və Qazaxıstanın müşahidəçilər qrupunun rəhbərləri, jurnalistlər və vertolyotun heyət üzvləri həlak olub.

Faciə ilə bağlı Azərbaycanda üçgünlük (21-23 noyabr) matəm elan edilib.

Qarakənd terroru Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair iki ay öncə Jeleznovodskda əldə edilmiş razılaşmanın sonu oldu və münaqişə tam hərbi müstəviyə qədəm qoydu.

 * * *

26 noyabr 1991 – Azərbaycan Ali Sovetinin sessiyasında Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi barədə qərar qəbul olunub.

Qərar ermənilərin qondarma dövlət - "Dağlıq Qarbağ Respublikası" yaratmaq qərarına (2 sentyabr 1991) cavab olaraq qəbul edilmişdi.

Ali Sovetin qərarına əsasən, keçmiş DQMV-nin inzibati mərkəzi olan Stepanakert şəhərinin adı dəyişdirilərək Xankəndi adının bərpa olunub, habelə Mardakert və Martuninin tarixi adlarının (Ağdərə və Xocavənd) bərpası barədə qanun qəbul edib.

Dağlıq Qarabağda Hadrut və Əsgəran rayonları ləğv edilib, Hadrutun ərazisi Xocavənd rayonunun tərkibinə, Əsgəranın ərazisi isə yeni yaradılan Xocalı rayonunun tərkibinə verilib.

 * * *

27 noyabr 1991 - Dağılmaqda olan imperiyanın sonuncu mərkəzi orqanı - SSRİ Dövlət Şurası Dağlıq Qarabağ münaqişəsinə dair növbəti deklarativ qərar qəbul edib.

Qərarın adı onun mahiyyətindən xəbər verirdi: "DQMV-də, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının sərhədyanı rayonlarında vəziyyəti sabitləşdirmək tədbirləri haqqında".

Sənəddə Dağlıq Qarabağ ayrıca ərazi subyekti kimi göstərilmiş və onun Azərbaycanın ərazisi olduğu heç bir yerdə qeyd olunmamışdı.

Bu, 1989-cu ilin yanvarından, yəni Dağlıq Qarabağ Muxtar Vilayəti xüsusi idaretmə forması ilə Moskvanın nəzarətinə veriləndən sonra ittifaq orqanları tərəfindən qəbul edilən qərarların davamı idi.

SSRİ Dövlət Şurası Ermənistandan Dağlıq Qarabağın ilhaqı haqqında qərarı (1 dekabr 1989) ləğv etməyi tələb etsə də, Yerevan bunu qulaqardına vurdu.

 * * *

10 dekabr 1991 - Dağlıq Qarabağ erməniləri "müstəqillik haqqında referendum" keçiriblər.

Bölgədə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmənin keçirildiyi bir vaxtda təşkil olunan aksiya heç bir hüquqi əsasa malik deyildi və Ermənistandan savayı kimsə tərəfindən tanınmadı.

 * * *

11 dekabr 1991 – Azərbaycan Xalq Cəbhəsi başda olmaqla müxalifət qüvvələrinin təzyiqi ilə general-leytenant Valeh Bərşadlı müdafiə naziri vəzifəsindən azad edilib, onun yerinə respublikanın hərbi komissarı Tacəddin Mehdiyev təyin edilib.

İki aya yaxın nazir olan T.Mehdiyev "Daşaltı faciəsi" (26 yanvar 1992) ilə yadda qaldı.

 * * *

19 dekabr 1991 - Azərbaycanla Ermənistan arasında dəmir yolu nəqliyyatı tamamilə dayandırılıb. Azərbaycan bu məcburi addımı Ermənistan tərəfin Mehri rayonu ərazisində qatarlara mütəmadi hücumların edilməsinə cavab olaraq atmışdı.

Bu ərazidə Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən qatarlara basqınlar hələ 1989-cu ildə başlamış və o vaxtdan dəmir yolunda hərəkət dəfələrlə kəsilmişdi. Əslində ermənilər bunda maraqlı idilər, çünki Azərbaycan-Ermənistan dəmir yolu əlaqəsinin dayandırılması nəticə etibarilə Naxçıvanı ağır iqtisadi blokadaya saldı.

Eyni zamanda, ermənilər bu faktdan sui-istifadə edərək 1992-ci ildə ABŞ Konqresində Azərbaycana qarşı 907 saylı qadağanın qəbuluna nail oldular.

 * * *

26 dekabr 1991 - Xankəndi (Stepanakert) şəhərindən sonuncu azərbaycanlı ailələr qovulub, 1989-cu ildən şəhərdə azərbaycanlalara (7 min nəfər) qarşı aparılan etnik təmizləmə başa çatıb.

26 dekabr Xankəndinin ermənilər tərəfindən işğalı günüdür.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009