ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Elektron xronoqraf > 1998-ci il

Qarabağ tarixinin salnaməsi

(1998-ci il)  

Yanvar ayında Qarabağ nizamlanması üzrə ciddi irəliləyiş gözləntiləri var idi. Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan Fransada görüşərək  "Mərhələli həll" planını imzalamalı idilər.

Lakin Ermənistandakı daxili vəziyyətin kəskinləşməsi, Ter-Petrosyana qarşı hakimiyyətdaxili təzyiqlərin artması bu gözləntiləri heçə endirdi.

Fevralın 3-də Ter-Petrosyan Ermənistan prezidenti postundan isrefa verməyə məcbur oldu.

Mart ayında ölkədə növbədənkənar seçkilər keçirildi və Robert Koçaryan (həmin vaxtadək baş nazir idi) iknci turda (30 mart 1998) Ermənistanın yeni prezidenti seçildi.

* * *

26 mart 1998 - Prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb.

Fərmanda XIX əsrin əvvəlindən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinə tarixi-siyasi qiymət verilib, 1905-1907, 1918-ci illərdə baş vermiş qətliamlar, 1948-1953-cü illərin deportasiyası, 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması, bu prosesin Qarabağda və Ermənistanın işğal etdiyi digər ərazilərdə davam etməsi təhlil olunub.

Fərmana əsasən, 1918-ci il mart qırğınlarının tarixi - 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib.

Əlavə bax:

http://azerbaycanli.org/az/page470.html

http://azerbaycanli.org/az/page49.html

* * *

7 noyabr 1998 - ATƏT-in Minsk Qrupunun həmsədrləri “Dağlıq Qarabağ silahlı münaqişəsinin nizamlanması üzrə hərtərəfli sazişin prinsipləri haqqında” yeni layihəni - "Ümumi dövlət" planını - tərəflərə təqdim ediblər.

Bundan öncəki planlardan ("paket həll", "mərhələli həll", 1997-ci il) fərqli olaraq, yeni layihə beynəlxalq hüquq normalarına, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd idi, Dağlıq Qarabağın faktiki müstəqil dövlətə çevrilməsini ön görürdü.

Ermənistan layihəni qəbul edib. Azərbaycan tərəfi isə bu layihəni heç müzakirə masasına yaxın buraxmayıb.

Noyabrın 9-da Minsk Qrupu həmsədrləri ilə görüşdə prezident Heydər Əliyev yeni təkliflərin Azərbaycanın suverenliyinə zidd olduğunu və Dağlıq Qarabağın faktiki müstəqilliyinə əsas verdiyini bildirərək layihəni rədd edib.

Əlavə bax:

http://azerbaycanli.org/az/page472.html

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009