ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Elektron xronoqraf > 1999-cu il

Qarabağ tarixinin salnaməsi

(1999-cu il)  

11 mart 1999 - Avropa Parlamenti "Qafqazda sülh prosesinə dəstək" adlı qətnamə qəbul edib.

Sənəddə ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 1998-ci ilin noyabrında tərəflərə təqdim etdiyi "ümumi dövlət" planına dəstək ifadə olunub, Azərbaycanın bu planı rədd etməsi tənqid edilib.

Milli Məclis qətnamənin qərəzli məqamlarına etiraz olaraq Avropa Parlamentinə müraciət (19 mart) göndərib.

* * *

24 aprel 1999 - Vaşinqtonda NATO-nun 50 illik yubileyi münasibətilə keçirilən sammitdə iştirak edən Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan ABŞ-ın dövlət katibi Madlen Olbraytın vasitəçiliyi ilə görüşüblər.

Bu görüşdən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağ nizamlanması ilə bağlı çoxsaylı görüşlər seriyası başlandı.

* * *

May ayında Ermənistanda keçirilən parlament seçkilərində Qarabağ məsələsi əsas siyasi spekulyasiya predmeti idi.

Seçkilərdə (30 may) Qarabağ müharibəsində Ermənistanın müdafiə naziri olmuş Vazgen Sarkisyanın Respublika Partiyası və Ermənistanın keçmiş sovet lideri Karen Demirçyanın Xalq Partiyasının siyasi ittifaqı - «Birlik» bloku qalib gəldi. Vazgen Sarkisyan Ermənistanın baş naziri, Karen Dəmirçyan isə parlamentin sədri oldu.

* * *

16 iyul 1999 - İsveçrənin Cenevrə şəhərindəki Jato qəsrində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib.

Bu görüşlə yüksək səviyyəli Qarabağ danışıqları intensiv mərhələyə qədəm qoydu.

Əlavə bax:

http://azerbaycanli.org/az/page235.html

* * *

22 avqust 1999 - Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ nizamlanmasına dair növbəti görüş keçirilib.

* * *

25 sentyabr 1999 - ABŞ dövlət katibi Madlen Olbrayt Azərbaycan prezidenti Heydər Əliyevə məktub göndərərək Qarabağ münaqişəsinin həlli üçün daha cəsarətli addımlar atmağı xahiş edib.

Madlen Olbrayt eyni məzmunlu məktubu Ermənistan prezidentinə də göndərmişdi.

* * *

11 oktyabr 1999 - Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu (Naxçıxan Muxtar Respublikası) ərazisində prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib.

Bu, Azərbaycan və Ermənistan prezidentlərinin ilk sərhəd görüşü idi.

Həmin gün Azərbaycan və Ermənistan müdafiə nazirlərinin də görüşü olub və tərəflər atəşkəs rejimini möhkəmləndirmək barədə razılığa gəliblər.

* * *

22 oktyabr 1999 - Avropa Birliyinin ali icra orqanı olan Avropa Komissiyası Cənubi Qafqazla bağlı qəbul etdiyi qərarda Azərbaycanı Ermənistanla iqtisadi əməkdaşlığa çağırıb.

Rəsmi Bakı bu tövsiyəni rədd edib.

* * *

26 oktyabr 1999 - ABŞ dövlət katibinin müavini Stroub Telbott Dağlıq Qarabağ danışıqlarındakı vəziyyəti müzakirə etmək üçün Yerevana, oradan Bakıya gəlib.

Bu, Qarabağ sülh danışıqlarının intensiv mərhələsi idi və noyabrda ATƏT-in İstanbul sammitində müəyyən razılaşmanın imzalanacağı gözlənilirdi.

Bu arada Azərbaycanda xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə, XİN başçısı Tofiq Zülfüqarov, prezidentin köməkçisi Eldar Namazov istefa vermişdilər və gözlənilən sülh anlaşması ilə bağlı ictimai rəydə geniş ajiotaj vardı.

Lakin oktyabrın 27-də Ermənistanda baş verən parlament terroru sülh imkanlarını tamamilə heçə endirdi.

Ermənistan parlamentindəki terror aktında Nairi Unanyanın başçılıq etdiyi silahlı dəstə baş nazir Vazgen Sarkisyanı, parlamentin sədri Karen Dəmirçyanı, hökumət üzvü və parlamentin deputatı olan daha 6 nəfəri qətlə yetirmişdi.

Ermənistanda daxili siyasi vəziyyət iflic oldu. Sifarişçiləri indiyədək naməlum qalan bu terror aktı Qarabağ sülh prosesini də faktiki dayandırdı.

* * *

18-19 noyabr 1999 - İstanbulda ATƏT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının sammiti keçirilib.

Sammitin yekunlarına dair "İstanbul bəyannaməsi", "Avropada adi silahlı qüvvələr haqqında" müqavilənin adaptasiya olunmuş variantı, Avropa Təhlükəsizliyi Xartiyası qəbul olunub.

Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya, Fransa) XİN başçılarının iştirakı ilə qısa görüşü olub.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009