ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Elektron xronoqraf > 2004-cü il

Qarabağ tarixinin salnaməsi

(2004-cü il) 

19 fevral 2004 - Azərbaycan Ordusunun baş leytenantı Ramil Səfərov Budapeştdə erməni zabitini öldürməkdə ittiham olunaraq həbs edilib.

NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təlimlərdə iştirak edən azərbaycanlı zabit erməni hərbçisinin təhqiramiz hərəkətlərinə dözməyərək bu qətli törətmişdi.

2006-cı ilin aprelində Budapeşt məhkəməsinin qərarı ilə R.Səfərov ömürlük həbs cəzasına  məhkum edildi.

* * *

16 aprel 2004 - Praqada (Çexiya) ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Bunun ardınca iki ölkə XİN başçılarının Praqada daha bir neçə görüşü oldu.

Bu görüşlərdən sonra Qarabağ danışıqlarında yeni mərhələ sayılan "Praqa prosesi" start götürdü.

* * *

28 aprel 2004 - Prezident İlham Əliyev Varşavada (Polşa) keçirilən Avropa iqtisadi sammitində iştirak edib. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olub.

* * *

1 iyul 2004 - Prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Proqram üzrə 2004-2007-ci illərdə ölkə ərazisində məcburi köçkünlərin çadır düşərgələri (5 rayonda 12 düşərgə) ləğv olunub, 17 minə yaxın köçkün ailəsi üçün 56 yeni qəsəbə tikilib.

2007-ci ilin oktyabrında prezidentin sərəncamı ilə Dövlət Proqramına edilən əlavələrdə (2008-2011-ci illər) "fin evləri", məktəb binaları, hərbi hissələrin ərazisində məskunlaşmış 12 min məcburi köçkün ailəsi üçün qəsəbələrin inşası nəzərdə tutulub.

* * *

14 oktyabr 2004 - Ölkəmizin BMT-dəki daimi nümayəndəliyi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələnin BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə daxil edilməsi barədə quruma rəsmən müraciət edib.

Qarabağ nizamlanmasına vasitəçilik edən ATƏT Minsk qrupunun həmsədr ölkələri (ABŞ, Rusiya, Fransa) Azərbaycanı bu təşəbbüsdən çəkindirməyə çalışsalar da, müsəlman ölkələri və GUAM ölkələrinin dəstəyi ilə məsələ Baş Assambleyanın gündəliyinə salındı.

* * *

29 oktyabr 2004 - BMT Baş Assambleyasının 59-cu sessiyasının iclasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələ səs çoxluğu ilə sessiyanın gündəliyinə daxil edilib.

Səsvermə zamanı 43 dövlət lehinə, 1 dövlət (Ermənistan) əleyhinə səs vermiş, 99 dövlət bitərəf qalmışdı. Məsələnin müzakirəsi noyabrın 23-də keçirildi.

* * *

23 noyabr 2004 - BMT Baş Assambleyasının 59-cu sessiyasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı məsələ müzakirə olunub.

İclasda Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Ermənistanın işğal etdiyi ərazilərdə həyata keçirdiyi məskunlaşdırma siyasəti barədə məlumat verib.

ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin (ABŞ, Rusiya, Fransa) BMT-dəki təmsilçiləri Azərbaycanın iradlarını qəbul etsələr də, məsələ ilə bağlı qətnamənin qəbulunda tələsməməyi tövsiyə ediblər.

Nəticədə kompromis variant kimi işğal olunmuş ərazilərdəki məskunlaşdırma faktlarını araşdırmaq üçün bölgəyə ATƏT-in xüsusi missiyasının göndərilməsi (fevral 2005) qərara alınıb.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009