ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Elektron xronoqraf > 2006-cı il

Qarabağ tarixinin salnaməsi

(2006-cı il) 

10-11 fevral 2006 - Paris yaxınlığındakı Rambuye qəsrində Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti danışıqlar keçirilib.

Fransa prezidenti Jak Şirakın vasitəçiliyi ilə iki gün sürən danışıqlar erməni tərəfin qeyri-konstruktivliyi üzündən müsbət nəticə vermədi.

* * *

2006-cı ilin mayında ATƏT-in Minsk qrupunun hazırkı həmsədrlik institutu yaradılan vaxtdan etibarən ilk dəfə olaraq, həmsədr ölkələrin xarici işlər nazirlərinin müavinlərindən ibarət birgə missiya bölgəyə səfər edib.

Səfərin məqsədi Dağlıq Qarabağa dair razılıq əldə edilməsi üçün 2006-cı ilin mühüm “imkan pəncərəsi” yaratdığını hər iki ölkə prezidentlərinin diqqətinə çatdırmaqdan ibarət idi.

* * *

4-5 iyun 2006 - Buxarestdə (Rumıniya) keçirilən "Qara dəniz dialoq və tərəfdaşlıq forumu" sammitində Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ nizamalanmasına dair növbəti danışıqlar olub.

İki gün sürən danışıqlarda tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olmayıb.

* * *

ATƏT-in Minsk qrupu həmsədrləri 22 iyun 2006-cı il tarixində ATƏT-in Daimi Şurasına məruzə təqdim etdilər. Onlar məsələyə bəyan etdilər ki, yanaşmalarının məqsədi münaqişənin bütün aspektlərinin bir mərhələdə həlli deyildi.

Həmsədrlərin sözlərinə görə, qeyd olunan prinsiplərlə mümkün ən yüksək tərəqqiyə nail olmaq, lakin bəzi ən çətin məsələləri sonraya saxlayaraq danışıqlar aparmaq nəzərdə tutulurdu. Həmsədrlər hazırkı mərhələdə intensiv “məkik diplomatiyası”nın davam etdirilməsinə və prezidentlərin yeni görüşlərinə heç bir zərurət görmədiklərini diqqətə çatdırdılar.

* * *

17 iyul 2006 - "Böyük 8-lik" ölkələri (ABŞ, Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada, Yaponiya, Rusiya) başçılarının Sankt-Peterburqda keçirilən sammitinin yekun bəyannaməsində Qarabağ sülh prosesinə də yer ayrılıb.

Dünya liderləri Azərbaycan və Ermənistan rəhbərlərini sülh danışıqlarını sürətləndirməyə çağırıblar.

* * *

7 sentyabr 2006 - BMT Baş Assambleyasının 60-cı sessiyasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin fəsadlarından bəhs edən yeni sənəd qəbul olunub.

"Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" adlı qətnamədə ermənilərin işğal edilmiş torpaqlarda yanğınlar törətməsinə diqqət çəkilirdi.

Qətnamədə münaqişə zonasında monitorinqin həyata keçirilməsi əksini tapsa da, bu, gerşəkləşmədi.

* * *

28 noyabr 2006 - MDB dövlət başçılarının Minskdə keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdən sonra prezident İlham Əliyev sülh prosesinin "həlledici mərhələyə" daxil olduğunu bildirib.

Lakin çox keçmədən Ermənistan rəhbərliyi parlament seçkilərini (may 2007) bəhanə edərək danışıqlarda növbəti fasilə götürdü.

* * *

10 dekabr 2006 - Dağlıq Qarabağdakı separatçı rejimdə "konstitusiya" qəbulu üzrə referedum keçirilib.

Referendumun nəticəsini dünyanın heç bir dövləti (işğalçı Ermənistan istisna olmaqla) tanımayıb.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009