ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Elektron xronoqraf > 2008-ci il

Qarabağ tarixinin salnaməsi

(2008-ci il)

14 mart 2008 - BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" qətnamə qəbul olunub.

39 səs lehinə, 7 əleyhinə və 100 bitərəf olmaqla qəbul edilən qətnamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək verilir, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələb edilirdi.

* * *

6 iyun 2008 - Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın yeni prezidenti Serj Sarkisyanın Qarabağ nizamlanmasına dair ilk görüşü Sankt-Peterburqda, MDB-nin qeyri-formal sammiti çərçivəsində gerçəkləşib.

Prezidentlər sülh prosesini davam etdirmək barədə razılığa gəliblər.

* * *

26 iyun 2008 - Azərbaycan Milli Ordusunun 90 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında möhtəşəm hərbi parad keçirilib.

* * *

26 sentyabr 2008 - Nyu-Yorkda, BMT Baş Assambleyasının 63-cü sessiyası gedişində Azərbaycan, Türkiyə və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib.

Türkiyənin təşəbbüsü ilə gerçəkləşən görüşdə üçtərəfli formatda müzakirələrin davam etdirilməsi qərara alınıb.

* * *

2 noyabr 2008 - Moskvada, Rusiya dövlət başçısının "Mayn Dorf" iqamətgahında prezident Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü olub.

Görüşdən sonra prezidentlər İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedev Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair Bəyannamə imzalayıblar.

* * *

4 dekabr 2008 - ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən illik toplantısında Azərbaycan nümayəndə heyəti "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair prinsiplər" adlı sənəd yayıb.

Sənəddə Azərbaycanın münaqişənin siyasi vasitələrlə həllinə tərəfdar olduğu, lakin heç vaxt ərazi bütövlüyünü güzəştə getməyəcəyi vurğulanırdı.

Helsinkidə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Rusiya və Fransa xarici işlər nazirləri və ABŞ dövlət katibi yardımçısının iştirakı ilə görüşü keçirilib.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009