ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Elektron xronoqraf > 2009-cu il

Qarabağ tarixinin salnaməsi

(2009-cu il)

28 yanvar 2009 - Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan İsveçrədə (Sürix), Davos İqtisadi Forumu çərçivəsində görüşərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

Prezidentlər sülh prosesini davam etdirmək barədə razılığa gəliblər.

* * *

17 aprel 2009 - Moskvada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedevlə görüşüb.

Prezidentlər Qarabağ məsələsini müzakirə edərək problemin beynəlxalq hüquq çərçivəsində həllinin zəruriliyi barədə ortaq fikir ifadə ediblər.

Əlavə bax:

http://azerbaycanli.org/az/page174.html

* * *

7 may 2009 - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş Çexiyanın paytaxtı Praqada keçirilib. ABŞ-ın Çexiyadakı səfirliyində gerçəkləşən görüş üç saata yaxın davam edib.

Görüş başa çatdıqdan sonra Minsk Qrupunun həmsədrləri media nümayəndələrinə nikbin ruhda açıqlamalar veriblər. Vasitəçilər danışıqların konstruktiv şəraitdə keçdiyini və tərəflər münaqişənin həllinə dair baza prinsiplərini razılaşdırmaq ərəfəsində olduqlarını bildiriblər.

Əlavə bax:

http://azerbaycanli.org/az/page188.html

* * *

4 iyun 2009 - Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş iyunun 4-də Sankt-Peterburqda keçirildi.

Bu görüş ötən bir il ərzində prezidentlər Əliyev və Sarkisyan arasında keçirilən sayca 5-ci danışıqlar raundu idi.

Həmin 5 görüşdən son 3-nün Rusiyanın evsahibliyi ilə baş tutması bu ölkənin Qarabağ nizalanmasında təşəbbüsü ələ almaq niyyətinin göstərirdi.

Əlavə bax:

http://azerbaycanli.org/az/page209.html

* * *

17 iyul 2009 - Moskvadakı “President-Hotel”də Azərbaycan və Ermənistan dövlət başçıları İlham Əliyev və Serj Sarkisyanın Qarabağ nizamlanması üzrə növbəti görüşü gerçəkləşib.

İyulun 18-də Azərbaycan və Ermənistan rəhbərləri Rusiya prezidenti Dmitri Medvedevlə qeyri-rəsmi formatda (nahar yeməyində) bir araya gələrək Qarabağ məsələsinə dair fikir mübadiləsini davam etdiriblər.

Əlavə bax:

http://azerbaycanli.org/az/news-277.html

* * *

8 oktyabr 2009 - Moldovanın paytaxtı Kişinyovda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Qarabağ danışıqlarının növbəti raundu keçirilib.

Bu, prezidentlər Əliyev və Sarkisyan arasında ötən ildən bəri keçirilən sayca 7-ci görüş, 2009-cu ildə isə artıq üst-üstə 5-ci danışıqlar raundu idi.

Əlavə bax:

http://azerbaycanli.org/az/news-387.html

* * *

22 noyabr 2009 - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş Almaniyanın Münxen şəhərində keçirilib.

Bu, prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən sayca 8-ci, 2009-cu ildə isə üst-üstə 6-cı görüş idi.

Əlavə bax:

http://azerbaycanli.org/az/page483.html

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009