ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 15

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 15 mart hansı fakt və olaylarla yadda qalıb?

 

15 mart

 

1893 – Azərbaycan saz-söz sənətinin tanınmış nümayəndəsi Aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev, 1893-1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub.

* * *

1893 – Şair-aşıq İslam Qara oğlu Yusifov (Aşıq İslam, 1893- 7.12.1968) Göyçə mahalının Basarkeçər bölgəsinin (indiki Ermənistanın Vardenis rayonu) Nərimanlı kəndində doğulub.

* * *

1897 - Xalq artisti, məşhur aktyor Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897-1988) Şamaxıda anadan olub.

Bəxtiyar” (Ağabala Hüseynov), “O olmasın, bu olsun” (Rüstəm bəy), “Qızmar günəş altında” (Sərdarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

* * *

1899 - Xalq artisti, aktyor Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (1899 - 12.4.1969) Bakının Fatmayı kəndində anadan olub. “Görüş” filmində (Çayçı) çəkilib.

* * *

1941 - Tanınmış şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 - 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.

* * *

1941 – Şair, tərcüməçi, nasir Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Məmmədsalahlı) Quba rayonunun Cimi kəndində anadan olub.

* * *

1991 - SSRİ-də rəsmi səfərdə olan Türkiyə prezidenti Turqut Özal Bakıya gəlib. Bu, Türkiyənin dövlət başçısının Azərbaycana ilk səfəri idi.

* * *

1995 - Bakıda Xüsusi Təyiatlı Polis Dəstəsinin qiyamı başlanıb. XTPD qüvvələri Bakının 8-ci km qəsəbəsindəki qərargahda istehkam quraraq ölkə rəhbərliyinin istefasını tələb ediblər.

Qiyamçılara XTPD-nin rəhbəri, daxili işlər nazirinin müavini Rövşən Cavadov və qardaşı Mahir Cavadov (Xətai rayonunun keçmiş prokuroru) başçılıq ediblər.

Prezident Heydər Əliyev məsələni dinc yolla sahmanlamağa çalışsa da, əks tərəf dialoq təklifini rədd edib. Bundan sonra R.Cavadov daxili işlər nazirinin müavini vəzifəsindən azad edilib.

* * *

1997 - Milli Məclis Rusyianın Ermənistana gizli silah satması ilə bağlı bu ölkənin rəhbərliyinə etiraz bəyanatı göndərib.

Rusiyanın 1994-1997-ci illərdə Ermənistana 1 mlrd. dollar dəyərində silah satması barədə faktlar Rusiya Dövlət Dumasının deputatı Lev Roxlin tərəfindən açıqlanmışdı.

* * *

2001 - ABŞ dövlət katibi Kolin Pauell Azərbaycan və Ermənistan prezidentlərinin növbəti danışıqlar raundunu Florida ştatının Ki Vest şəhərində keçirmək təşəbbüsü ilə çıxış edib. Danışıqlar aprelin əvvəlində keçirildi.

* * *

2003 - Azərbaycanda Mətbuat Şurası yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Şuranın rəhbər heyəti seçilib.

* * *

Bax:

►14 mart

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

15 mart 1830 - Alman yazıçısı, ədəbiyyat üzrə “Nobel” mükafatı (1910) laureatı Paul Heyze (Paul Johann Ludwig von Heyse , 1830-1914) anadan olub.

15 mart 1924 - Rus yazıçısı, ssenarist (“Batalyonlar atəş istəyir”, “Qaynar qar” və s.) Yuri Vasilyeviç Bondarev anadan olub.

15 mart 1924 - SSRİ Xalq artisti, aktyor Vladimir Yakovleviç Samoylov (1924-1999) anadan olub. “Azərbaycanflim”in istehsalı olan “26 Bakı komissarı” (Şaumyan), “Ulduzlar sönmür” (Nərimanov) flimlərində çəkilib.

15 mart 1932 - Məşhur Polşa rejissoru və ssenaristi Yeji Hoffman (Jerzy Hoffman) anadan olub.

15 mart 1937 - Tanınmış rus yazıçısı Valentin Qriqoryeviç Rasputin anadan olub. “Yaşa və unutma”, “Yanğın” və s. romanların müəllifidir.

15 mart 1943 - Kanada-Amerika rejissoru, ssenarist, aktyor, müstəqil kinonun tanınmış simalarından biri Devid Kronenberqin (David Cronenberg) doğum günüdür.

15 mart 1968 - 80-ci illərin məşhur italyan estrada müğənnisi Sabrina (Norma Sabrina Salerno) anadan olub.

Hazırladı: Vüqar Orxan

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009