ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 17

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 17 mart hansı fakt və olaylarla yadda qalıb?

 

17 mart

 

1905 - Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 - 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.

* * *

1918 - Cənubi Azərbaycanın Urmiya şəhərində xarici ölkə diplomatlarının (Britaniya, ABŞ, Fransa, Rusiya konsulları) gözü qarşısında erməni quldur dəstələri azərbaycanlı əhaliyə divan tutublar, mindən çox müsəlman-türk qətlə yetirilib.

* * *

1920 - Bolşevik Rusiyasının rəhbəri Lenin Bakını işğal etmək barədə Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına teleqram göndərib.

İnqilab Şurasının üzvləri Smilqa və Orcenikidzeyə göndərilən teleqramda deyilirdi: “Bakını zəbt etmək bizə olduqca zəruridir, bütün səylərinizi buna verin”. Bir ay sonra (28 aprel) Bakı nefti bolşeviklərin əlinə keçdi.

* * *

1991 - SSRİ-də ittifaqın saxlanılması məsələsi ilə bağlı referendum keçirilib. Rəsmi məlumatlara əsasən, referendumda əhalinin 76 faizi SSRİ-nin saxlanılmasına səs vermişdi.

Altı respublikanda (Latviya, Estoniya, Litva, Ermənistan, Gürcüstan, Moldova), həmçinin Azərbaycanın Naxçıvan Muxtar Respublikasında referendum keçirilməmişdi. Azərbaycanda referendumun rəsmi nəticələrinə görə, əhalinin 75 faizinin SSRİ-nin saxlanılmasına tərəfdar olduğu elan edildi.

* * *

1995 - Bakıda Xüsusi Təyiatlı Polis Dəstəsinin qaldırdığı qiyam zəruri güc tətbiq edilməsi ilə yatırılıb. Qiyama başçılıq edən polkovnik Rövşən Cavadov öldürülüb.

Güc strukturlarının keçirdiyi əməliyyatdan sonra prezident Heydər Əliyevin yanında keçirilən müşavirədə dövlət çevrilişinə cəhdin təfərrüatı geniş müzakirə olunub.

* * *

2004 - Prezident İlham Əliyevin imzaladığı əfv fərmanına əsasən, 129 məhkum, o cümlədən dövləti cinayətlərə görə məhkum edilmiş 42 nəfər azadlığa çıxıb.

* * *

Bax:

►16 mart

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

17 mart 1856 - Polyak əsilli məşhur Rusiya rəssamı, dekorativ pannolar və freskalar müəllifi Mixail Aleksandroviç Vrubel (1856-1910) anadan olub.

17 mart 1901 - Görkəmli Amerika kino bəstəkarı, dirijor, aranjemançı Alfred Nyumanın (Alfred Newman, 1901-1970) doğum günüdür. 9 dəfə “Oskar” laureatı olub.

17 mart 1926 - Alman yazıçsı Ziqfriq Lens (Siegfried Lenz) anadan olub. Əsərləri 30-dan çox dilə tərcümə edilib.

17 mart 1938 - Tatar-başqırq əsilli dünya şöhrətli balet artisti Rudolf Hametoviç Nuriyev (1938-1993) anadan olub. 1961-ci ildə SSRİ-dən Britaniyaya mühacirət edib.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009