ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 20

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 20 mart hansı fakt və olaylarla yadda qalıb?

 

20 mart

 

20 mart Novruzun ilk günüdür. Qədim dövrlərdən bəri xalqımız Novruzu bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirmiş və onun gəlişini bayram etmişdir. Sovet dövründə Novruz bayramının üzərinə qoyulmuş qadağalar Azərbaycan müstəqillik əldə edəndən sonra aradan qaldırlıb. 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanunla Novruz dövlət bayramı kimi təsbit edilib.

* * *

1828 - Çar I Nikolay Türkmənçay müqaviləsini (10 fevral 1828) təsdiq edib və Rusiyaya birləşdirilmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti”nin yaradılması barədə fərman verib.

Bundan sonra Rusiyanın Qafqaz hakimi qraf Paskeviçin tapşırığı ilə “Erməni vilayəti”ndə aparılan siyahıyaalmada 1828-ci ilin sonunda ərazidə 81749 müsəlman və 25131 erməni qeydə alınmışdı.

Bu arada İrandan və Türkiyədən bölgəyə erməni əhalisinin köçürülməsi başlanmışdı. “Erməni vilayəti” 1840-cı ildə İrəvan qəzası adlandırılaraq Tiflis -İmereti quberniyasının tərkibinə daxil edildi. 1849-cu ildə isə İrəvan quberniyası (1917-ci ilədək) təşkil edildi.

* * *

1879 - Xalq artisti, görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev) (1879 - 16.2.1945) anadan olub. İlk milli operamız olan “Leyli və Məcnun”da Məcnun rolunun ilk və uzun illər (30 ildən artıq) əvəzsiz ifaçısı olub.

* * *

1899 - Böyük yazıçı-dramaturq Cəfər Qafar oğlu Cabbarlı (1899 - 31.12.1934) Xızı kəndində doğulub. Azərbaycan dramaturgiyasında realizmin əsasını qoyub, milli kinomuzda ilk ssenarilərin (“Hacı Qara”, “Sevil, “Almaz” filmləri), şeir və hekayələrin müəllifidir.

* * *

1920 - Azərbaycan Xalq Cümhuriyyəti ilə İran arasında «Sülh və dostluq haqqında» müqavilə imzalanıb. Müqaviləyə əsasən, İran Azərbaycanın istiqlalını və Xalq Cümhuriyyətini rəsmən tanımış oldu.

* * *

1930 - Ədəbiyyatşünas alim Məmməd Mahmud oğlu Məmmədov anadan olub.

* * *

1930 – Akademik, riyaziyyatçı alim Fərəməz Qəzənfər oğlu Maqsudov (1930 - 30.7.2000) anadan olub. 1997-2000-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti olub.

* * *

1933 - Şair, publisist Kələntər Şıxkərim oğlu Kələntərli Qusar rayonunun Sudur kəndində doğulub.

* * *

Bax:

►19 mart

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

20 mart 1741 - Görkəmli fransız heykəltəraşı Jan Antuan Hudon (Jean-Antoine Houdon, 1741-1828) anadan olub. Psixoloji portretlər ustası kimi tanınıb, Volter, Russo və s. məşhur simaların büstlərini yaradıb.

20 mart 1770 - Məşhur alman şairi Fridrix Hölderlin (Johann Christian Friedrich Hölderlin, 1770-1841) anadan olub.

20 mart 1828 - Görkəmli Norveç şairi, dramaturq Henrik İbsen (Henrik Johan Ibsen, 1828-1906) anadan olub. “Yeni Avropa dramı”nın yaradıcısı sayılır.

20 mart 1915 - Məşhur rus-sovet pianoçusu, XX əsrin görkəmli musiqişilərindən biri Svyatoslav Teofiloviç Rixter (1915-1997) anadan olub.

20 mart 1950 - Amerika aktyoru, iki dəfə “Oskar” laureatı Uilyam Hert (William Hurt) anadan olub.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009