ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 21

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 21 mart hansı fakt və olaylarla yadda qalıb?

 

21 mart

 

21 mart Azərbaycanda Novruz bayramının ikinci günüdür.

 * * *

21 mart - Dünya Poeziya Günüdür (World Poetry Day). 1999-cu ildə UNESCO tərəfindən təsis edilib. Bu günün bayram edilməsində məqsəd dünyadakı dil müxtəlifliyini təşviq etmək və yox olmaqda olan dilləri poeziya vasitəsilə dəstəkləməkdir.

* * *

1735 - Səfəvi dövləti ilə Rusiya arasında Gəncə müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, rus qoşunlarının Xəzəryanı Azərbaycan torpaqlarından çıxması başa çatıb.

Səfəvilər 1723-cü ildə Osmanlı ilə müharibədə Rusiyanın dəstəyini qazanmaq üçün Dərbənddən Ənzəliyədək Xəzəryanı əraziləri rusların müvəqqəti nəzarətinə vermişdi.

* * *

1747 - Təbrizdə və Ərdəbildə III Sam Mirzənin başçılığı altında Nadir şah əleyhinə üsyan başlanıb. Səfəvi dövlətinin (Abbasilər sülaləsi) faktiki süqutundan sonra İran taxtına sahib olan (1736) Nadir şah Əfşar türk soylu olsa da, onun Azərbaycan torpaqlarını İran dövləti tərkibində birləşdirmək siyasəti yerlərdə etiraz doğururdu.

1738, 1741-1744-cü illərdə Şirvandan Təbrizədək müxtəlif bölgələrində Nadir şah əleyhinə üsyanlar olmuşdu. 1747-ci ilin yayında Nadir şah öldürüldü.

* * *

1864 - Xalq Cümhuriyyətinin qurucularından biri, sovetləşmədən sonra Azərbaycanda səhiyyə sisteminin təşkilatçısı olmuş Məmmədrza Vəkilov (1864-1944) anadan olub.

 * * *

1896 – Məşhur aktyor Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə, 1896-20.11.1956) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub.

Teatr tamaşalarlında çoxsaylı obrazlar yaradıb, “Səbuhi” (Şeyx Əli), “Fətəli xan” (Mirzə Nadir) filmlərində çəkilib.

* * *

1898 - Xalq artisti, aktyor İsmayıl Talıbzadə (1898-1967) anadan olub.

* * *

1900 - Dilçi alim, filoloq Muxtar Hüseyn oğlu Hüseynzadə (1900-1985) anadan olub.

* * *

1906 - Böyük şair, dramaturq, ictimai xadim Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov) (1906 - 27.5.1956) Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub. Azərbaycanın ilk Xalq şairidir, Azərbaycan Elmlər Akademiyasının üzvü, Yazıçılar İttifaqının sədri (1941-1948) olub.

"Muğan", "Aygün" poemalarının (ümumilikdə 20-dən çox poema), "Vaqif", "Fərhad və Şirin" və s. mənzum dramların müəllifidir. Rus şairi A.S.Puşkinin "Yevgeni Onegin" poemasını, N.Gəncəvinin "Leyli və Məcnun" poemasını (fars dilindən) dilimizə tərcümə edib.

1914 - Xalq artisti, aktyor Hüseynağa Ələsgər oğlu Sadıqov (1914 -23.2.1983) anadan olub.

* * *

1920 - Qarabağda və Gəncəbasarda erməni silahlılarının Xalq Cümhuriyyətinə qarşı qiyamı başlanıb. Cümhuriyyət hökuməti həmin bölgələrə əlavə qüvvələr göndərib. Paytaxt faktiki müdafiəsiz qalmışdı və bu, XI rus ordusunun Bakıya maneəsiz daxil olmasına imkan verdi.

* * *

Bax:

►20 mart

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

21 mart 1685 - Dahi alman bəstəkarı və orqan ifaçısı Yohann Sebastyan Bax (Johann Sebástian Bach, (yeni təqvimlə 31) 1685 - 1750) anadan olub.

21 mart 1839 - Məşhur rus bəstıkarı Modest Petroviç Musoqrski (1839-1881) anadan olub. “Boris Qodunov” operasının müəllifidir.

21 mart 1895 - SSRİ Xalq artisti, məşhur rus müğənnisi, aktyor Leonid Osipoviç Utyosov (1895-1982) anadan olub.

21 mart 1946 - İngilis kinoaktyoru, Ceyms Bond obrazının yaradıcılarından biri Timoti Dalton (Timothy Dalton) anadan olub.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009