ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 23

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 23 mart hansı fakt və olaylarla yadda qalıb?

 

23 mart

 

1914 - Şair Zeynal Xəlil (Zeynal Rza oğlu Xəlilov, 1914 - 11.8.1973) Gəncədə anadan olub.

* * *

1915 - Xalq artisti, rəqqas, baletmeyster Əlibaba Əbdül oğlu Abdullayev (1915 - ) anadan olub.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub, bir sıra flimlərdə (“Görüş”, “O olmasın, bu olsun”, “Əhməd haradadır?”) rəqslərə quruluş verib.

* * *

1920 - Bəstəkar, musiqişünas, pedaqoq Əşrəf Cəlal oğlu Abbasov (1920-1992) anadan olub.

* * *

1920 - Xalq Cümhuriyyətinin koalisiya hökumətində (1919-cu ilin dekabrında qurulmuş 5-ci hökumət) növbəti ixtilaf başlanıb.

Sosialist Əhməd bəy Pepinov (əmək və torpaq işləri naziri) hökumətdən istefa verib. Ondan sonra partiyadaşı Camo Hacinski (poçt-teleqraf naziri) istefa verib və sosialist fraksiyası hökumət koalisiyasını tərk edib.

Onun ardınca «İttihad» fraksiyası (iki nazir) da koalisiyanı tərk etdiyini bəyan edib.

* * *

1942 – Şair, yazıçı, uşaq üçün çoxsaylı əsərlərin müəllifi Zahid Abdulla oğlu Xəlil Yevlax şəhərində anadan olub.

* * *

1944 - Azərbaycanın Milli Qəhrəmanı Viktor Vasilyeviç Seryoqin (1944-28.1.1992) anadan olub.

* * *

1946 – Yazıçı, şair Seyran Səxavət (Seyran Əsgər oğlu Xanlarov) Füzuli rayonunun Yağlıvənd kəndində doğulub.

* * *

1949 - Azərbaycanın Milli Qəhrəmanı Paşa Qurban oğlu Təhməzov (1949 -24.8.1993) anadan olub.

* * *

1992 - Azərbaycanın Koreya Respublikası, Salvador və Somali dövlətləri ilə diplomatik münasibətləri qurulub.

* * *

2000 - Prezident Heydər Əliyevin Gürcüstana səfəri gedişində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tranzit məsələsi ilə bağlı Gürcüstanla yaranmış problem çözülüb.

Azərbaycan layihənin reallaşması naminə boru xəttindən öz payına düşəcək nəql tarifi haqqından Gürcüstanın xeyrinə imtina etdi.

* * *

2004 - Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri gedişində ikitərəfli sənədlər, o cümlədən "Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzalanıb.

Daşkənddə Azərbaycan səfirliyinin yeni binasının, Nizami Gəncəvinin abidəsinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Heydər Əliyev adına küçənin açılışı keçirilib.

* * *

Bax:

►22 mart

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

23 mart 1826 - Çex əsilli Avstriya bəstəkarı Lüdviq Minkus (Ludwig Minkus, 1826-1907) anadan olub. “Don Kixot”, “Qızıl balıq” və s. baletlərin müəllifidir.

23 mart 1875 - Məşhur türk şairi, yazıçısı və mütəfəkkiri, türk millətçiliyi məfkurəsinin yaradıcısı Ziya Göyalp (Mehmet Ziya Gökalp, 1875 - 25.10.1924) Diyarbəkirdə doğulub.

23 mart 1881 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1937) laureatı Roje Marten dü Qar (Roger Martin du Gard, 1881-1958) anadan olub.

23 mart 1900 - Alman əsilli Amerika filosofu, psixoanalitik, neofreydizmin banilərindən biri Erix Fromm (Erich Seligmann Fromm, 1900-1980) anadan olub.

23 mart 1910 - Dünya şöhrətli yapon kinorejissoru Akira Kurosava (1910-1998) anadan olub. “”Yeddi samuray”, “Dersu Uzala” və s. flimlərə quruluş verib.

Hazırladı: Vüqar Orxan

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009