ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 22

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 22 mart hansı fakt və olaylarla yadda qalıb?

 

22 mart

 

1752 - Gürcü çarları - Kartli hakimi Teymuraz və onun oğlu, Kaxeti hakimi II İrakli Şəki xanlığına qarşı ittifaq qurmaq üçün Qarabağ, Naxçıvan, İrəvan və Gəncə xanlarını, Borçalı və Qazax sultanlarını Qızılqaya görüşünə (Gəncə yaxınlığında) dəvət edərək sonradan onları əsir götürüblər.

Bu hadisə tarixə «Qızılqaya xəyanəti» adı ilə düşüb. Azərbaycan xanlarını əsirlikdən Şəki hakimi Hacı Çələbi xan xilas edib. O, gürcü qoşunları məğlub edərək Qazax və Borçalını Şəki xanlığına birləşdirib.

* * *

1895 - Nasir Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli (1895-28.1.1938) anadan olub.

* * *

1900 - Xalq yazıçısı, ictimai xadim Süleyman Hüseyn oğlu Rəhimov (1900 - 11.10.1983) anadan olub.

"Şamo", "Saçlı", "Mehman", "Medalyon", "Qafqaz qartalı" və s. əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur.

* * *

1909 - Xalq yazıçısı Mehdi Hüseyn (Mehdi Əli oğlu Hüseynov) (1909 - 10.3.1965) Qazaxın Şıxlı kəndində doğulub.

"Səhər", "Abşeron", "Qara daşlar" romanları, «Alov» pyesi və s. əsərlərin müəllifidir.

* * *

1910 - Şair İsmayıl Məcid oğlu Soltan (1910-1963) anadan olub.

* * *

1913 - Xalq artisti, tanınmış aktyor Əlağa Ismayıl oğlu Ağayev (1913 -21.12.1983) anadan olub.

* * *

1913 - Dramaturq, yazıçı Məhərrəm Əlizadə (1913-1983) anadan olub.

* * *

1913 - Yazıçı, ədəbiyyatşünas Mirzə Müştaq (1913-2001) anadan olub.

* * *

1913 - Yazıçı Qəhrəman Qəhrəmanzadə (1913-1990) anadan olub.

* * *

1914 - Xalq artisti, məşhur komediya aktyoru Lütfəli Əmir oğlu Abdullayev (1914 - 9.12.1973) Şəkidə doğulub.

* * *

1919 - Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı (1919 - 6.7.1995) Qazax rayonunun II Şıxlı kəndində anadan olub.

«Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı olub.

* * *

1919 - İlk azərbaycanlı təyyarəçi qadın Züleyxa Həbib qızı Seyidməmmədova (1919-1999) anadan olub.

* * *

1925 - Xalq artisti, aktrisa Zəroş Mirzəbağır qızı Həmzəyeva (1925 -5.6.2004) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində doğulub.

* * *

1930 - Şair İdris Abbasəli oğlu Zamanlı anadan olub.

* * *

1931 – Məşhur şair Əli Kərim (Əli Paşa oğlu Kərimov, 1931 - 30.6.1969) anadan olub.

* * *

1933 - Xalq artisti, tanınmış xanəndə Rübabə Xəlil qızı Muradova (1933-1983) Ərdəbildə doğulub. 1954-cü ildən Azərbaycan Opera və Balet Teatrının solisti olub.

Əsas partiyaları: Leyli, Əsli ("Leylı və Məcnun", "Əsli və Kərəm", Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev), Şahsənəm ("Aşıq Qərib", Z.Hacıbəyli) və s.

* * *

1933 - Əməkdar mədəniyyət işçisi, professor Zöhrab Hüseyn oğlu Əliyev anadan olub.

* * *

1938 – Yazıçı, tərcüməçi Sabir Əli oğlu Azəri (1938 - 28.1.2010) Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub.

«Dalanda», “Qorxu” və s. romanların müəllifidir. “Köhnə bərə” filminin (1984) ssenari müəlliflərindən biridir.

* * *

1970 - Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasım oğlu Qasımov (1970 - 14.7.1992) anadan olub.

* * *

2002 - Prezident Heydər Əliyevə "Mətbuatın dostu" mükafatı təqdim edilib. Dövlət başçısı "RUH" Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsinin 2001-ci ilin yekunları üzrə keçirdiyi sorğunun nəticələrinə əsasən bu mükafata layiq görülmüşdü.

* * *

Bax:

►21 mart

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

22 mart 1394 - Böyük özbək astronomu, mütəfəkkir, sərkərdə Məhəmməd Taragay Uluqbəy (1394-1449) anadan olub. Əmir Teymuryun nəvəsidir, Teymurilər dövlətinə başçılıq edib. Səmərqənd yaxınlığında məşhur rəsədxananı yaradıb.

22 mart 1842 - Ukrayna milli bəstəkarlıq məktəbinin banisi Nikolay Vitalyeviç Lısenko (1842-1912) anadan olub.

22 mart 1915 - SSRİ Xalq artisti, aktyor Georgi Stepanoviç Jjenov 1915-2005) anadan olub. “Avtomobildən qorun”, “Ekipaj” və s. flimlərdə çəkilib.

22 mart 1949 - Fransız kinoaktrisası Fanni Ardan (Fanny Ardant) anadan olub.

 

Hazırladı: Vüqar Orxan

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009