ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Aprel > 1

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 1 aprel hansı fakt və olaylarla yadda qalıb?

 

1 aprel

 

1916 - Şair Ənvər Əliverdi oğlu Əlibəylinin(1916 - 7.5.1968) doğum günüdür. 1964-1968-ci illərdə Azərbaycan Radiо və Televiziya Verilişləri Kоmitəsinin sədri оlub.

* * *

1953 - Tanınmış yazıçı və jurnalist, ictimai xadim Aqil Abbas (Aqil Məhəmməd oğlu Abbasov) Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 2005-ci ildən Milli Məclicin deputatıdır.

* * *

1954 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) (5.1.1884, Şuşa - 1954) vəfat edib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin xalası oğlu olub.

Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda (o cümlədən "Leyli və Məcnun"da Leyli rolu) qadın rollarını oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tardan müəllimi işləyib.

* * *

1981 – XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, ictimai xadim Rəsul Rza (19.5.1910, Göyçay – 1981) vəfat edib.

Şair vətənpərvərlik, humanizm üzərində köklənən, fəlsəfi ruhlu şeir və poemaların müəllifidir. Rus və Avropa şairlərinin əsərlərini dilimizə tərcümə edib. Azərbaycan Yazıçılar Birliyinin sədri olub.

* * * 

1992 - Azərbaycanla Niderland Krallığı arasında diplomatik münasibətlər qurulub. Niderland Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanımışdı.

* * *

1994 - Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsə nail olmaq təşəbbüsü ilə Bakıya gəlib.

Qırğızıstan parlamentinin spikeri M.Şerimkulovun başçılıq etdiyi heyətin Azərbaycan və Ermənistanda apardığı müzakirələrin nəticəsində tərəflərin uzunmüddətli atəşkəs rejimi barədə ilkin razılığı əldə olundu.

Bax:

►31 mart

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

1 aprel bir sıra ölkələrdə qeyri-rəsmi şəkildə “gülüş və zarafat günü” kimi qeyd olunur. Avropada bu gün XVI əsrdən qeyd olunmağa başlayıb. 1564-cü ildə Fransada IX Karl yeni təqvim ilinin ənənəvi olaraq qeyd edilən 1 apreldən 1 yanvara keçirilməsi barədə fərman vermişdi. Buna rəğmən uzun illər insanlar zarafatla 1 apreli “yeni il bayramı” kimi qeyd ediblər. Sonradan bu tarix yalançı (aldatma) günü kimi ənənə halını alıb.

 * * *

1 aprel 1809 - Görkəmli rus yazıçısı, dramaturqu, publisisti Nikolay Vasilyeviç Qoqol (Yanovski) (1809 – 4.3.1852) anadan olub. “Ölü canlar” romanı, “Müfəttiş”, “Evlənmə” pyesləri və s. əsərlərin müəllifidir.

1 aprel 1866 - İtalyan bəstəkarı, yazıçı və pedaqoq Ferruçço Buzoni (Dante Michelangelo Benvenuto Ferruccio Busoni, 1866-1924) anadan olub.

1 aprel 1873 — Məşhur rus bəstəkarı, pianoçu Sergey Vasilyeviç Raxmaninov (1873-1943) anadan olub. 1917-ci ildə Rusiyadan mühacirət edib, Amerikada yaşayıb.

1 aprel 1921 – Fransanın kommunist təmayüllü tanınmış yazıçısı Andre Stil (1921- 2004) anadan olub.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009