ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Aprel > 8

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 8 aprel hansı fakt və olaylarla yadda qalıb?

 

8 aprel

 

1929 - VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə Azərbaycanda yeni ərazi-inzibati vahidlər - dairələr yaranıb. Respublika ərazisi Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa və Mugan dairələrinə bölünüb.

Bundan öncə, 1921-ci ildə Azərbaycan SSR-də ərazi-inzibati bölgüsü olaraq 17 qəza (Bakı, Gəncə, Ağdaş, Göyçay, Cəbrayıl-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Nuxa, Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) təşkil olunmuşdu.

* * *

1992 - Prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədovun fərmanı ilə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı rayonlarında və Ermənistanla sərhəd bölgələrdə birbaşa prezident üsul-idarəsi tətbiq edilib.

* * *

2000 - Bakıda türkdilli dövlət başçılarının 6-cı zirvə görüşü keçirilib. 1992-ci ildən keçirilən türkdilli ölkələr sammiti ilk dəfə Azərbaycan paytaxtında toplanmışdı. Zirvə toplantısı "Kitabi Dədə Qorqud"un 1300 illik yubileyinə həsr olunmuşdu.

Sammitdə dörd ölkənin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın prezidenləri iştirak edirdi, Özbəkistan və Türkmənistan parlament sədrləri ilə təmsil olunurdu.

* * *

2003 - Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin çəkilişinə başlanılıb. Kəmərin rəsmi təməlatma mərasimi 2002-ci ilin 18 sentyabrında (Bakı yaxınlığındakı Səngəçal terminalında) keçirildi.

Bax:

►7 aprel

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

8 aprel 1692 - İtaliya bəstəkarı, skripkaçı Cüzeppe Tartini (1692-1770) anadan olub.

8 aprel 1843 - Danimarka bəstəkarı, dirijor Asqer Hamerik (1843-1923) anadan olub.

8 aprel 1859 - Alman filosofu, fenomenologiyanın banisi Edmund Husserl (1859-1938) anadan olub.

8 aprel 1921 - Məşhur çex bəstəkarı Yan Novak (1921-1984) anadan olub.

 

Hazırladı: Vüqar Orxan



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009