ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Aprel > 6

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 6 aprel hansı fakt və olaylarla yadda qalıb?

 

6 aprel

 

1717 - Görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqif (1717-1797) Qazax mahalının Qıraq Salahlı kəndində doğulub.

Vaqif Qarabağ xanı İbrahim xanın vəziri olub. Yaradıcılığı Azərbaycan poeziyasının mühüm mərhələsini təşkil edir.

* * *

1939 – Tanınmış kinorejissor, Xalq artisti Tofiq Hüseyn oğlu İsmayılov 4.1939) anadan olub.

Rejissor “Gilas ağacı”, “Mən mahnı qoşuram”, “Musiqi müəllimi”, “Vulkana doğru” və s. filmlərə quruluş verib.

* * *

1993 - BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ilə bağlı (Kəlbəcərin işğalından sonra) Təhlükəsizlik Şurasının sədrinin bəyanatı qəbul olunub.

Bu, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı BMT çərçivəsində qəbul edilmiş ilk sənəd idi.

* * *

1995 - Azərbaycanla Panama arasında diplomatik münasibətlər qurulub. Panama ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 3-də tanıyıb.

Bax:

►5 aprel

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

6 aprel 1812 - Görkəmli rus yazıçısı, filosof, publisist Aleksandr İvanoviç Gersen (1812-1870) anadan olub.

6 aprel 1826 - Fransız rəssamı, simvolizmin nümayəndəsi Qustav Moro (Gustave Moreau, 1826-1898) anadan olub.

6 aprel 1942 - Amerika rejissoru və ssenaristi Barri (Barry) Levinson anadan olub. “Yağış adamı” və s. filmləri ilə məşhurluq qazanıb.

 

Hazırladı: Vüqar Orxan

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009