ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Aprel > 22

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 22 aprel hansı fakt və olaylarla yadda qalıb?

 

22 aprel

 

1831 - Talış (Lənkəran) xanlığı ərazisində çar Rusiyası müstəmləkəçiliyi əleyhinə üsyan məğlub olub. Üsyan mart ayında keçmiş Talış xanı (xanlıq 1826-cı ildə ləğv olunmuşdu) Mir Həsən xanın rəhbərliyi ilə başlanmışdı.

* * *

1905 - Azərbaycanın mətbuat və ictimai-siyasi tarixində mühüm rol oynamış «Həyat» qəzeti nəşrə başlayıb. Qəzetin naşiri tanınmış vəkil və publisist, sonradan Xalq Cümhuriyyəti parlamentinin sədri olan Əlimərdan bəy Topçubaşov, redaktorları Cümhuriyyət qurucularından olan yazıçı-jurnalist Əhməd bəy Ağaoğlu (Ağayev) və böyük türkçü mütəfəkkir Əlibəy Hüseynzadə idi.

* * *

1911 - Görkəmli fırça ustası, Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 - 25.5.1991) Qərbi Azərbaycanda, indiki Ermənistanın Sisyan rayonunun Comərdli kəndində anadan olub.

* * *

1918 - Zaqafaziya Seyminin azərbaycanlı, erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan ediblər. Seymdə azərbaycanlı (44 nəfər) deputatların fraksiyasına M.Rəsulzadə rəhbərlik edirdi. Gürcü A.Çxengelinin başşılıq etdiyi hökumətə Azərbaycandan F.Xoyski, K.Məlik-Aslanov, N.Usubbəyov, M.H.Hacinski və M.Heydərov daxil idilər. Federasiya bir ay sonra dağıldı. Mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistan müstəqilliyini elan etdi.

* * *

1920 – Azərbaycan Xalq Cümhuriyyətinin sayca altıncı hökumət kabinetinin təşkili iflasa uğrayıb. Parlamentdəki fraksiyalar arasında ciddi fikir ayrılığı səbəbindən Məmmədhəsən Hacinski (“Müsavat”) yeni kabinetə rəhbərlik etməkdən imtina edib və bolşeviklərin sırasına (Azərbaycan K(b)P) keçib.

* * * 

1940 - Folklorşünas, tənqidçi, publisist Çərkəz Əli oğlu Quliyev (1940-1994) anadan olub.

* * *

1942 - Görkəmli aktyor, bədii qiraət ustası, rejissor Həsən Əbluç (1942 – 13.3.1994) Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Teatr, televiziya tamaşalarında, kinoda maraqlı obrazlar yaradıb.

* * *

1996 - Prezident Heydər Əliyevin Brüsselə səfəri gedişində Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb.

* * *

Bax:

►21 aprel

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

22 aprel dünyada Yer Günü (Earth Day) kimi qeyd olunur. Dünyada sülhün, Yer üzündə ekoloji sabitliyin qorunması devizi altında qeyd olunan gün ilk dəfə 1970-ci ildə ABŞ-da keçirilib. 2009-cu ildə BMT Baş Assambleyası tərəfindən beynalxalq gün kimi təsis oluub.

* * *

22 aprel 1724 - Böyük filosof, klassik alman fəlsəfəsinin banisi İmmanuel Kantın (1724 - 12.2.1804) doğum günüdür.

22 aprel 1766 - Məşhur fransız yazıçısı Anna Luiza Jermena de Stal (Anne-Louise Germaine de Stael-Holstein, 1766-1817) anadan olub.

22 aprel 1899 - Dünya şöhrətli rus yazıçısı Vladimir Nabokov (1899 – 2.7.1977) anadan olub. 1919-cu ildə Avropaya, oradan Amerikaya (1940) mühacirət edib, sonra yenidən Avropaya qayıdıb. Əsərləri: “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s.

22 aprel 1907 — Rus-sovet fantast-yazıçısı İvan Antonoviç Yefremov (1907-1972) anadan olub. Əsərləri: “Andromedanın dumanlığı”, “Ülgücün tiyəsi” və s.

22 aprel 1922 - Amerika caz musiqisinin görkəmli nümayəndəsi Çarlz Maqnus Charles Mingus) (1922-1979) anadan olub.

22 aprel 1937 – Məşhur Amerika kinoaktyoru, rejissor Cek Nikolson (Jack Nicholson - John Joseph Nicholson) anadan olub. Üç dəfə “Oskar”a layiq görülüb. Filmləri: “Çin məhəlləsi”, “Qu quşunun yuvası üzərindən uçuş”, “Canavar” və s.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009