ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Aprel > 25

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 25 aprel hansı fakt və olaylarla yadda qalıb?

 

25 aprel

 

1841 - Çar Rusiyasının Qafqaz Baş İdarə Şurasının qərarı ilə Qazax, Şəmsəddil və Borçalıda azərbaycanlı bəy və ağalar torpaq sahibliyindən məhrum edilib, mülkləri müsadirə edilib.

Eyni qərar həmin ilin mayında Xəzəryanı bölgələr üçün də verildi. Bunun ardınca bölgələrdə kəndli çıxışları başlandı və 1842-ci ildə ağa və bəy torpaqlarının müsadirəsi dayandırıldı.

* * *

1905 – Tanınmış ədəbiyyatşünas alim, professor, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 – 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub.

A.Puşkin, L.Tolstoy, V.Hüqo, O.Balzakın əsərlərini (rus dilindən) tərcümə edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.

* * *

1911 - Əməkdar artist Elmira Axundova (1911 - 26.11.1998) anadan olub. Tamaşa və operettalarda (“Arşın mal alan”da Asya) maraqlı obrazlar yaradıb.

* * *

1914 - Xalq artisti, aktyor Məmməd İsmayıl oğlu Bürcəliyеv (1914-25.11.1994) Şəkidə anadan оlub.

Şəki Teatrında, 1935-ci ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrında çalışıb, 300-dən çox rol oynayıb, tamaşalara quruluş verib, "Yadigar" pyesinin müəllifidir. “Dəli Kür”, “Gözlə məni”, “Köhnə bərə” və s. flimlərdə çəkilib.

* * *

1918 - Bakıda hakimiyyəti ələ almış “Bakı Soveti”nin hökuməti - Stepan Şaumyanın sədrliyi ilə Xalq Komissarları Soveti yaradılıb. Tarixə “26 Bakı komissarı” adı ilı düşən qurum Leninin tapşırığı ilə Azərbaycanı sovetləşdirmək əzmində idi.

“Bakı Kommunası”nda aparıcı vəzifələri ermənilər tuturdular, hökumətdə yeganə azərbaycanlı Məşədi Əzizbəyov idi. Bakı Kommunası Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Seyminə qarşı yaradılmışdı. Hər iki qurumda təmsil olunan ermənilər isə əslində əlbir fəaliyyət göstərirdilər.

* * *

1919 - Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin Xalq Cümhuriyyətinə qarşı qiyamı başlanıb. Qiyamçılar bölgəni «Muğan Sovet Respublikası» elan ediblər. Qiyam iyulun sonunda hökumət qüvvələri tərəfindən yatırıldı.

* * *

1925 - Nasir Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925 –1994) anadan olub.

* * *

1957 – Xalq artisti, tanınmış kinoaktrisa Həmidə Ömərova anadan olub.

Əlavə bax:

http://www.azadliq.org/content/article/1779868.html

* * *

1997 - Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşulub. Avropa Mədəniyyət Konvensiyası 1954-cü il dekabrın 19-da Avropa Şurasında qəbul olunub. 22 aprel 1997-ci il tarixdə Milli Məclis ölkəmizin konvensiyaya qoşulması barədə qanun qəbul edib. Prezident Heydər Əliyev tərəfindən imzalanan qanun 25 apreldə dərc olunaraq qüvvəyə minib.

* * *

1999 - Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Özbəkistan prezidentlərinin görüşü keçirilib, Özbəkistan GUAM əməkdaşlıq qrupuna qəbul olunub. Özbəkistan 2002-ci ildə GUAM-da fəaliyyətini dayandırdı, 2005-ci ildə qurumu tərk etdi.

* * *

Bax:

►24 aprel

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

25 aprel 1840 – Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (1840-1893) anadan olub. 80-dən çox musiqi əsərinin, 10 opera (“Yevgeni Onegin”, “Qaratoxmaq qadın” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”) müəllifidir.

25 aprel 1907 — Məşhur rus bəstəkarı, SSRİ Xalq artisti Vasili Pavloviç Solovyov-Sedoy (1907-1979) anadan olub. Sovet dövrünün populyar mahnılarının, kinofilmlərə musiqilərin müəlllifidir.

25 aprel 1928 — SSRİ Xalq artisti, tanınmış rus aktyoru Yuri Yakovlev anadan olub. “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

25 aprel 1940 – İtalyan əsilli məşhur Amerika aktyoru Al Paçino (Alfredo James Pacino) anadan olub. Filmləri: “Xaç atası”, “Qadın ətri” (“Oskar” mükafatı) və s.

25 aprel 1941 — Fransız kinorejissoru və ssenaristi Bertran Tavernye (Bertrand Tavernier) anadan olub.

 

Hazırladı: Vüqar Orxan



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009