ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı > Xronoqraf > Layihə haqqında

Qarabağ ədəbiyyatı

(ensiklopedik xronoqraf)

 

Layihə Effektiv Təşəbbüslər Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı hesabına həyata keçirilir.

Layihə təşkilatımızın QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə 2008-ci ildən həyata keçirdiyi "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti mərhələsidir.

1. Layihədə qoyulan problemin təsviri

Hər bir xalqın yaşadığı torpaqdakı tarixinin əzəli və qədimliyini sübut edən başlıca meyarlardan biri onun yaratdığı mədəni irsdir. Azərbaycan xalqının qədim tarixi, zəngin mədəniyyəti var. Həmin mədəni zənginliyin mühüm bir qolunu Vətənimizin ayrılmaz hissəsi olan Qarabağın mədəni və ədəbi irsi təşkil edir. Bu baxımdan xalqımızın əsrlər boyu Qarabağda, özəlliklə Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının başlıca hədəfi olan Dağlıq Qarabağda yaratdığı mədəni sərvətin, bu torpağın mütəfəkkir və ədiblərinin həyat və yaradıcılığının tədqiq və təbliği, dünyaya çatdırılması müstəsna əhəmiyyət kəsb edir.

Bu istiqamətdə son illərdə dövlət və qeyri-dövlət xəttilə işlər görülməkdədir. O cümlədən 2008-ci ildən fəaliyyət göstərən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı sayəsində Qarabağın tarixindən, xalqımızın bu torpaqdakı zəngin mədəniyyətindən bəhs edən müxtəlif nəşrlər, internet saytlar hazırlanıb. Bununla yanaşı, hələ çox işlər görülməlidir. Təqdim olunan layihə də bu fəaliyyətə əlavə töhfə vermək məqsədi daşıyır.

Qarabağ tarixən Azərbaycanın mədəniyyət beşiyi olub. Bu torpaqda Azərbaycan ədəbiyyatının da zəngin tarixi var.

X-XI əsrlərdə Qarabağda müsəlman Şərqinin görkəmli mütəfəkirləri - Səid Əmirül Bərdəyi, Məhəmməd Abdulla Bərdəyi kimi mütəfəkkirlər yaşayıb. XI əsrin qarabağlı şairi Məsud Namidar "İncil"i ərəb, fars və türk dillərinə tərcümə etməsi ilə məşhurlaşıb. XVI əsrin filosof-yazarı Məhəmməd Qarabağinin əsərləri Qahirə (Misir) kitabxanasında saxlanılır. Azərbaycan ədəbiyyatında yeni milli şeir məktəbinin əsası XVIII əsrdə Qarabağda Molla Pənah Vaqif tərəfindən qoyulub və Qasım bəy Zakir tərəfindən inkişaf etdirilib.

XIX əsrdə Qarabağ ədəbiyyatı “qızıl dövrünə” qədəm qoyub, Şuşa Qafqazın mədəniyyət mərkəzinə çevrilib. Şuşalı rəssam, şair, alim Mir Möhsün Nəvvabın tərtib etdiyi "Tərkireyi-Nəvvab" əsərində bu şəhərdə yaşamış 100-dək ədibin adı çəkilir. Böyük şairə Xurşudbanu Natəvan, Aşıq Pəri, “Qarabağnamələr”in müəllifləri olan tarixçi yazarlar Mirzə Adıgözəl bəy, Mirzə Camal Cavanşir, Mirzə Mehdi Xəzani, Əhməd bəy Cavanşir və s. bu dövrün tanınmış simalarıdır.

XIX əsrin sonu – XX əsrin əvvəlində Şuşada Azərbaycanın görkəmli ədibləri – Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov kimi yazıçı və dramaturqlar yetişib. Müasir Azərbaycan ədəbiyyatında da qarabağlı yazarların yaradıcılığı özünəməxsus yer tutur.

Onu da qeyd etmək lazımdır ki, Qarabağ tarixən həm coğrafi-ərazi baxımdan, həm də mədəni zənginliyinə görə geniş bölgəni əhatə edib. Buraya həm Yuxarı (Dağlıq) Qarabağ adlanan ərazilər (Xankəndi, Şuşa, Ağdərə, Xocalı, Xocavənd), həm Aran (Düzən) Qarabağ (Ağdam, Bərdə, Füzuli, Cəbrayıl), həmçinin Laçın və Kəlbəcər bölgələri daxildir. Hazırlanması nəzərdə tutulan ensiklopedik xronoqraf əsasən Dağlıq Qarabağı, eləcə də vaxtilə Şuşa qəzasının tərkibinə daxil olmuş əraziləri (Ağdam və s.) əhatə edəcək. Topluda əslən Dağlıq Qarabağdan olan və Azərbaycandan kənarda yaşayıb-yaradan ədiblərə də (C.Hacıbəyli, Ə.Ağaoğlu və s.) yer veriləcək. Materiallar xronoloji qaydada veriləcək və ədiblərin həyat-yaradıcılığı, əsərləri (o cümlədən əsərlərinin elektron resursları) əhatəli, ensiklopedik şəkildə əksini tapacaq.

Qarabağdakı Azərbaycan tarixini saxtalaşdırmağa çalışan ermənilər işğal etdikləri ərazilərdə mədəniyyət abidələrimizi məhv ediblər. Bu torpağın yetirdiyi mədəniyyət xadimlərimizin, ədiblərimizin yazılı əsərləri isə yaşamaqdadır.

Ermənilərin bu əsərləri qəsb etməsi mümkün deyil. Odur ki, bu diyarda Azərbaycan ədəbi irsinin geniş təbliği, “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafın (həm elektron, həm də nəşr) gələcəkdə xarici dillərdə yayılması vacib məsələdir.

Təqdim olunan layihə təşkilatımızın 2008-ci ildən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti mərhələsi olaraq nəzərdə tutulur.

Azərbaycanın tarix və mədəniyyəti ilə bağlı informasiya resurslarının hazırlanmasını ehtiva edən çoxmərhələli layihə çərçivəsində 2008-ci ildə www.azerbaycanli.org veb-saytı (Azərbaycan versiyası) yaradılıb, “Azərbaycan tarixi günbəgün” kitab-təqvimi hazırlanıb və nəşr edilib, 2009-cu ildə www.azerbaycanli.org saytının rus və ingilis versiyaları işə salınıb, saytda “Bizim təqvim” elektron xronoqrafı hazırlanıb. 2010-cu ildə “Qarabağ tarixinin salnaməsi” elektron xronoqraf hazırlanıb. Yeni layihə təşkilatımızın indiyədək gördüyü işlərə və bu sahədə qazandığı təcrübəyə müvafiq olaraq tərtib edilib.

3. Layihənin məqsəd və vəzifələri   

Layihənin məqsədi:  Azərbaycanın milli mədəni sərvətinin mühüm qolunu təşkil edən Qarabağ ədəbi irsini, bu torpaqda yaşayıb-yaratmış şair, yazıçı və mütəfəkkirləri xronoloji qaydada təqdim edən, onların həyat və yaradıcılığı, əsərləri haqqında məlumatları sistemli və əhatəli şəkildə əks etdirən “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafın (elektron və nəşr variantı) hazırlanması.

Bu məqsədə çatmaq üçün yerinə yetiriləcək vəzifələr:

  • Qarabağlı Azərbaycan ədiblərinin həyat və yaradıcılığı, əsərləri haqqında məlumatların (çap və elektron resurslar üzrə), mövcud biblioqrafiyanın toplanması, xronoloji qaydada sistemləşdirilərək “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafın elektron versiyasının hazırlanması (www.azerbaycanli.org saytında ayrıca link və banneri olan veb-səhifə);

  • “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafın (elektron) hazırlanması;

  • “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafın veb ünvanının (link və bannerinin) internet məkanda yayılması, müxtəlif sayt, portal və elektron resurslarda yerləşdirilməsi;

  • “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafın (elektron) hazırlanması” layihəsi ilə bağlı kütləvi informasiya vasitələrində xəbər və materialların dərc olunması.

4. Layihədən faydalananlar

Layihədən həm ölkəmizdə, həm də xaricdə Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, ədəbiyyatı, ayrı-ayrı şair və yazıçıları, mütəfəkkirləri, publisist-yazarları barədə məlumatlar almaq istəyən, habelə Azərbaycanın mədəni sərvətinin ayrılmaz hissəsi olan Qarabağ ədəbi irsinin dünyada tanınması və təbliğinə töhfə vermək istəyən hər kəs faydalana bilər:

  • kütləvi informasiya vasitələri, jurnalistlər;

  • yazarlar, ədəbiyyatşünaslar, tarixçilər;

  • təhsil müəssisələri - müəllimlər, tələbələr, şagirdlər;

  • qeyri-hökumət təşkilatları, ictimai birliklər, gənclər təşkilatları;

  • ilgili dövlət qurumları, diplomatlar, millət vəkilləri;

  • xaricdəki soydaşlarımız, diaspora təşkilatları;

  • Qarabağın tarixi və mədəniyyəti ilə bağlı yeni elektron resurslar, nəşrlər hazırlayan qurum və şəxslər.

5. Layihə çərçivəsində görüləcək işlər

Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:

  • “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafın ümumi biblioqrafiyası və adlar göstəricisinin (150-dək şair, yazıçı, mütəfəkkir, ədəbiyyatşünas, publisist-yazar) toplanması. Bu iş həm çap nəşrlərini (kitab, qəzet, jurnal və s.), həm də elektron resursları əhatə edəcək.

  • “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafın veb-səhifəsinin proqram təminatı (www.azerbaycanli.org saytında ayrıca link və banner yaradılması, hostinq həcminin ayrılması və s.

  • “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafın əsas materiallarının toplanması (çap və elektron resurslar):

  • Qədim dövrdən XIX əsrədək. 40-50 yazarın həyat və yaradıcılığı, əsərləri barədə əhatəli məlumat (o cümlədən əsərlərinin elektron resursları). Ümumilikdə 200-250 kompyuter səhifəsi material.

  • XIX əsr. 50-60 yazarın həyat və yaradıcılığı, əsərləri barədə əhatəli məlumat (o cümlədən əsərlərinin elektron resursları). Ümumilikdə 250-300 kompyuter səhifəsi material.

  • XX əsr və müasir dövr. 30-40 yazarın həyat və yaradıcılığı, əsərləri barədə əhatəli məlumat (o cümlədən əsərlərinin elektron resursları). Ümumilikdə 150-200 kompyuter səhifəsi material.

  • “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqraf üzrə rus dilində mənbələrdə olan materailların tərcüməsi. 20-dək yazar (qədim dövr və orta əsrlər) haqqında – təxminən 50 kompyuter səhifəsi materaial.

  • “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqraf üzrə toplanan materialların kompyuter emalı, redaktəsi.

  • Hazır materialların müntəzəm olaraq veb-səhifədə (www.azerbaycanli.org saytında ayrıca link) yerləşdirilməsi, veb-səhifənin dizaynı (foto, illüstrasiya və s.).

  • Layihənin kütləvi informasiya vasitələrində işıqlandırılması; “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafın veb-səhifəsinin internet məkanda yayılması.

7. Layihənin icra müddəti

Layihənin icra müddəti 4 (dörd) aydır. 2011-ci ilin aprel-iyul aylarında icra olunması nəzərdə tutulur.

8. Gözlənilən nəticələr

Layihənin icrasından əldə ediləcək nəticələri belə sıralamaq olar:

  • Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın ədəbi irsini, bu torpaqda yaşayıb-yaratmış şair, yazıçı və mütəfəkkirlərin həyat və yaradıcılığı, əsərləri (o cümlədən əsərlərin mövcud elektron resursları) haqqında əhatəli məlumatları əks etdirən “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafı (elektron) yaradılacaq. İndiyədək belə bir toplu hazırlanmayıb.

  • “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafı (www.azerbaycanli.org saytında ayrıca link) Qarabağın tarixi, bu torpaqda Azərbaycan mədəniyyətinin, ədəbiyyatının keçdiyi inkişaf yolu, ayrı-ayrı yazarlar, onların əsərləri barədə məlumatlar almaq istəyən hər kəsin faydalana biləcəyi mənbə olacaq.

  • Ensiklopedik xronoqraf Azərbaycanın mədəni sərvətinin ayrılmaz hissəsi olan Qarabağın ədəbi irsinin, bu diyarın azərbaycanlı şair, yazıçı və mütəfəkkirlərinin dünyada tanınması və təbliğinə töhfə verəcək.

  • “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafı Azərbaycanın tarix və mədəniyyətinin tədqiq və təbliği məqsədilə yaradılmış (QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə) www.azerbaycanli.org saytının daha da zənginləşməsinə, əhatə dairəsinin böyüməsinə vəsilə olacaq və bu da öz növbəsində internetdə “Virtual Azərbaycan” məkanının genişlənməsinə xidmət edəcək.

  • Layihənin kütləvi informasiya vasitələrində işıqlandırılması bu mövzuda maarifləndirmə işinə əlavə zəmin olacaq.

 * * *

Qeyd: Layihənin davamlılığının təmin olunması üçün gələcəkdə yeni fəaliyyətlərin həyata keçirilməsi, o cümlədən “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafın kitab halında nəşr olunması, xarici dillərə tərcüməsi və yayılması nəzərdə tutulur.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009