ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Aprel > 20

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 20 aprel hansı fakt və olaylarla yadda qalıb?

 

20 aprel

 

1827 - İranla müharibə (1826-1828) gedişində Azərbaycanın cənubuna doğru irəliləyən rus qoşunları Araz çayı üzərindəki Xudəfərin körpüsünü (Cəbrayıl rayonu ərazisində) tutublar.

Strateji əhəmiyyətli körpünün ələ keçirilməsi rus qoşunlarının cənubdan Naxçıvan xanlığına hücumlarına imkan yaratdı. May ayında Naxçıvan işğal olundu.

* * *

1885 - Tanınmış pediatr, Azərbaycan səhiyyə sistemində mühüm xidmətləri olmuş professor Əbülfəz Qarayev (1885-1952) anadan olub.

* * *

1894 - Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894-1980) anadan olub. ”Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, "Səbuhi", "Arşın mal alan" (1945), "Onu bağışlamaq olarmı?" filmlərinə quruluş verib.

* * *

1906 - Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Həsən bəy qızı Ağayeva (1906 - 3.12.1953) anadan olub. Dövlət Konservatoriyasında musiqi tarixindən dərs deyib.

* * *

1907 - Xalq şairi Məmməd Rahim (1907 - 6.5.1977) anadan olub. "Leninqrad göylərində", "Abşeron torpağında" poemalarının müəllifidir. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

* * *

1916 - Xalq artisti, milli teatr sənətimizin görkəmli nümayəndəsi Nəsibə Cahangir qızı Zeynalova (1916 - 10.03.2004) anadan olub.

* * *

1920 - Yazıçı-dramaturq, uşaqlar üçün çoxsaylı əsərlər müəllifi Xanımana Sabir qızı Əlibəyli (1920 - 2007) anadan olub.

* * *

1926 - Tanınmış tarzən Əlikram Həsən oğlu Hüseynov (1926- 2006) anadan olub.

* * *

1929 - Yazıçı, filologiya elmləri doktoru, professor Çingiz Hüseyn oğlu Hüseynov anadan olub. “Fətəli fəthi”, “Məhəmməd, Mamed, Məmiş” və s. məşhur romanların müəllifidir.

* * *

1944 - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlu (31.3.1861 - 1944) vəfat edib.

* * *

1991 - Ali Sovetin deputatları, tanınmış alimlər Aydın Məmmədov və Dilarə Əliyeva seçicilərlə görüşdən qayıdarkən Qax rayonu ərazisində avtomobil qəzasında həlak olublar. Hər iki deputat parlamentdə “Demokratik Azərbaycan” blokunun aktiv üzvləri idilər.

* * *

1992 - Azərbaycanla Estoniya arasında diplomatik əlaqələr yaradılıb.

* * *

1997 - Prezident Heydər Əliyev “Kitabi Dədə Qorqud”un 1300 illiyinin geniş şəkildə qeyd olunması haqqında fərman imzalayıb. “Kitabi Dədə Qorqud”un yubileyi 2000-ci ilin aprelində UNESCO səviyyəsində qeyd olundu.

* * *

2004 - Azərbaycanla Paraqvay arasında diplomatik münasibətlər qurulub.

* * *

Bax:

►19 aprel

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

20 aprel 1927 - Məşhur rus aktyoru Pavel Borisoviç Luspekayev (1927-1970) anadan olub. Ayaqları amputasiya olunmuş halda “Səhranın bəyaz günəşi” filmində (Pavel Vereşşaqin) çəkilib.

20 aprel 1949 - Tanınmış Amerika kinoaktrisası Cessika Lenq (Jessica Lange) anadan olib. İki dəfə “Oskar”a (“Tutsi”, “Mavi səma”) layiq görülüb.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009