ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Aprel > 29

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 29 aprel hansı fakt və olaylarla yadda qalıb?

 

29 aprel

 

1916 - Bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hacağa qızı Hüseynzadə (1916-2005) anadan olub.

* * *

1918 - Erməni-daşnak quldur dəstələri Gümrü (o vaxtkı Aleksandropol) şəhəri yaxınlığında azərbaycanlı türklərə qarşı kütləvi qətliam həyata keçiriblər. Əksəriyyəti qadın və uşaqlar olmaqla 3 min nəfər qətlə yetirilib.

İki gün sonra (1 may) erməni dəstələri Qars yaxınlığındakı Şiştəpə və Düzkənd kəndlərində 600 azərbaycanlını öldürüblər.

* * *

1919 – Tanınmış kinorejissor, Azərbaycan və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (1919 - 20.9.1993) anadan olub.

“Bakı” kinostudiyasında, "Mosfilm"də işləyib. “Onun böyük ürəyi”, "Ulduzlar sönmür”, Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərə quruluş verib.

* * *

1992 - Azərbaycan Cənubi Afrika Respublikası ilə diplomatik əlaqələr qurub.

* * *

1993 - İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana hərbi təcavüzünü və Azərbaycan torpaqlarının işğalını pisləyən qətnamə qəbul edib.

* * *

2002 - Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan prezidentləri Əhməd Necdət Sezər, Heydər Əliyev və Eduard Şevardnadzenin iştirakı ilə təhlükəsizlik məsələlərinə həsr olunmuş zirvə görüşü keçirilib. Sammitin yekunu olaraq üç ölkənin daxili işlər nazirləri "Terrorizmin və ekstremizmin digər təzahürləri ilə mübarizə sahəsində əməkdaşlıq haqqında" saziş imzalayıblar.

* * *

2004 - Prezident İlham Əliyev Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edib. Dövlət başçısı AŞPA-nın fəxri üzvü diplomu və xatirə medalı ilə təltif olunub.

* * *

Bax:

►28 aprel

* * *

Tarixdə bu gün: dünya

(mədəniyyət bölümü)

29 aprel 1842 - Avstriya bəstəkarı, Vyana klassik operettasının banisi Karl Milleker (Karl Joseph Millöcker, 1842-1899) anadan olub.

29 aprel 1899 - Məşhur Amerika caz ifaçısı, bəstəkar və dirijor Dük Ellinqton (Edward Kennedy Ellington, 1899-1974) anadan olub.

29 aprel 1907 - Avstriya mənşəli Amerika kinorejissoru Fred Sinneman (Fred Zinnemann, 1907-1997) anadan olub.

29 aprel 1931 - Sovet İttifaqında (Moskva) ilk televiziya yayımı sınaqdan keçirilib. Moskva televiziyası 1935-ci ildən yayımlara başlasa da, II Dünya müharibəsi bu işləri yarımçıq qoyub. Televiziyanın fəaliyyəti 1945-ci ildə bərpa olunub. Azərbaycanda televiziya (Bakı studiyası) 1956-cı ildə fəaliyyətə başlayıb.

29 aprel 1957 - Hollivud ulduzlarından kinoaktrisa Mişel Pfayffer (Michelle Marie Pfeiffer) anadan olub. Filmləri: “Təhlükəli əlaqələr”, “Canavar” və s.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009