ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > Orta əsrlər > Əbusəid Əhməd Bərdəi

Əbusəid Əhməd Bərdəi

(? - 929)

 

Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi (? - 929) filosof, hüquqşünas və ilahiyyatçı alimdir. O, Bərdə şəhərində doğulub boya-başa çatmış və ömrünün bir hissəsini vətəndən uzaqlarda keçirmişdir.

Xətib Bağdadi yazır: “O (Əbusəid Əhməd Bərdəi – red.), ziyarətçi kimi Bağdada gəlmiş, sonra isə orada yaşamışdır. Qazi Əbu Abdulla Səyməri söhbət edib mənə dedi ki, Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi Əbuəli Dəqqaq və Musa ibn Nəsirdən elm öyrəndi, ondan isə Əbülhəsən Kərxi, Əbutahir Dəbbas, Əbuəmir Təbəri və başqaları təhsil alırdılar”.

Əbusəid Əhməd Bərdəi  illərlə Bağdadda qalıb dərs dedi.

İbn-əl-Nadim (? - 1047) Əbusəid Əhməd Bərdəidən söz açarkən onun kitabları olduğunu qeyd edir. Başqa müəlliflər isə müsəlman hüququna dair bir çox əsərlər yazmış Əbülhəsən Kərxinin (874-952) tez-tez Azərbaycan aliminin yanına gedib-gəldiyini və ondan çox faydalandığını göstərirlər.

Əbusəid Əhməd Bərdəi mənbələrdə hənəfiliyin və mütəzilliyin görkəmli  nümayəndəsi kimi səciyyələndirilir.

* * *

Mənbə:

Закир Мамедов. «Азербайджанские философы и мыслители Средневековья». – Баку, 1993.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009