ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > Orta əsrlər > Məkki Bərdəi

Məkki Bərdəi

(X əsr)

 

X əsri Qarabağın mədəni və siyasi mərkəzi olan Bərdədə elmi intibah dövrü adlandırsaq, səhv etmərik. Göstərilən yüzillikdə burada yetişmiş alimlərdən Əbubəkr Məhəmməd ibn Abdullah Bərdəinin, Əbdüləziz ibn-əl Həsən əl-Bərdəinin, Əbu Səid Əhməd ibn Hüseyn Bərdəinin, Səid ibn Qasım Bərdəinin, Məhəmməd İbn Xalid Bərdəyinin, Əbülhəsən Əhməd ibn Ömər ibn Abdullah Bərdəinin və digər görkəmli elm, sənət və peşə adamlarının adlarını çəkmək olar.

O dövrün sadaladığımız alimləri içərisində öz elmi, savadı, biliyi və saf məfkurəsi ilə böyük ad-san qazananlardan biri də Məkki ibn Əhməd ibn Sadəvə əl-Bərdəi olmuşdur. Bu görkəmli alim IX əsrin sonu - X əsrin əvvəlində orta əsr müəlliflərinin bu vilayətin Bağdadı adlandırdığı qədim tarixli Bərdədə anadan olmuşdur.

Məkki Bərdəi ilk təhsilini də o Bərdədə, öz doğma şəhərində almışdır. Sonrakı illərdə isə gənc Məkki təhsilini davam etdirmək məqsədi ilə Şərqin mədəni mərkəzlərindən sayılan Bağdada getmişdir.

Bərdəli gənc Məkki ibn Əhməd bu böyük elm mərkəzində elmin bir çox sahələrini dərindən öyrənmişdir. Onun diqqətini daha çox o dövr əhalisinə sirr kimi görünən səma səltənəti və planetlərin hərəkəti qanunundan bəhs edən elm daha çox cəlb edirdi. O, astronomiya və nücum elmlərini dərindən öyrənir və təbii ki, xalq arasında onun qanunauyğun hərəkətindən söhbətlər açırdı.

Özünün səyahətləri zamanı o, Şərqin bir çox ölkələrini – İranı, İraqı, Orta Asiya və bir çox ölkələri gəzmişdir. Elm və mədəniyyət mərkəzi olan Bağdad, Dəməşq, Nişapur, Xorasan və digər şəhərlərində xeyli yaşamışdır. Bu ölkə və şəhərlərdə Məkki Bərdəi yerli xalqların adəti, ənənəsi və sənətkarlığı, tarixi və etnoqrafiyası haqqında çoxlu məlumatlar toplamışdır.

Məkki Bərdəi həm də dövrünün görkəmli yazıçısı idi. O çox da uzun olmayan ömrü boyu bir çox kitablar yazmışdır. XIII əsrdə yaşamış görkəmli ərəb tarix və coğrafiya alimi Yaqud Həməvi yazırdı: “Məkki ibn Əhməd əl-Bərdəi ağılasığmaz dərəcədə çoxlu kitablar yazmışdı”. Salnaməçiyə görə, bu əsərlər elmin müxtəlif sahələrini əhatə edirdi.

Çox mənalı ömür keçirən Məkki 965-ci ildə vəfat edib. Onun əsərləri üzərində müəyyən qədər iş görülür və şübhəsiz ki, o öz səmərəsini gələcəkdə verəcək.

Alimin elmi və ədəbi-fəaliyyəti haqqında görkəmli tarixçilər, coğrafiya alimləri, şəqşünaslar qismən iş aparmışlar. Belə alimlərdən mərhum tarixçi Z.İ.İbrahimi, coğrafiya alimi N.K.Kərəmovu göstərmək olar. Şərqşünas-filosof  Z.C.Məmmədov, arxeoloq Q.M.Əhmədov da yeri gəldikcə Məkki haqqında öz qiymətli mülahizələrini söyləmişlər.

* * *

Mənbə:

Nuriyеv A. «Kоmmunizm yоlu» - 1986 - 5 iyun

“Bərdə və bərdəlilər”. – Bakı, «Nərgiz» nəşriyyatı, 2010, 448 səh.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009