ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XVIII əsr > Musa Kəlimullah

Qarabağlı şair Musa Kəlimullah

(XVIII əsr)

 Qarabağ içrə bir şair Kəlimullah Musadır”

Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin dövründə Şuşa qalası özünün parlaq bir dövrundə - çiçəklənmə, tərəqqi, mədəniyyat dövründə başlamışdı. Şəhərdə əsas ictimai qüvvəyə çevrilmiş sənətkarlar ordusu əmələ gəlmiş, burda xalq təfəkkürünün ən gözəl abidələrini yaradan mahir söz, qələm, fırça ustaları, müxtəlif zövqlü zəka sahibləri, yaradıcı qüvvələr yetişmişdi.

Şuşa həm də poeziya mərkəzi kimi formalaşmağa başlamış, Molla Pənah Vaqif başda olmaqla Qarabağ ədəbi mühiti yaranmışdı. Molla Əli Xəlifə, Molla Zeynalabdin və bir çox başqa şairlər Vaqif ədəbi məktəbinin davamçıları kimi hələ o dövrdə tanınırdılar.

Böyük şair Molla Pənah Vaqif 1759-cu ildə Şuşanı özünə vətən çəkərkən İbrahimxəlil xana yazdığı bir fəxriyyədə deyirdi:

Qarabağ içrə bir şair Kəlimullah Musadır,

Cavanşir içrə bir mövzun bayati dəsti beyzadır.

Bu misralardan mə`lum olur ki, Vaqif Qarabağa köçən zamana qədər Şuşa qalasında Musa Kəlimullah adlı bir şair yaşayıb-yaradırmış. Və o da aydın olur ki, Musa Kəlimullah XVIII əsr Qarabağ poeziya məktəbinin ilk rüşeymini yaradanlardan biri olmuş və bu məktəb sonralar inkişaf edərək özünün ən yüksək pilləsinə qalxmışdır.

Musa Kəlimullahın həyat və yaradıcılığı haqqında əlimizdə kifayət qədər məlumat yoxdur. Yalnız şuşalı müəllim, 1910-cu ildən “Molla Nəsrəddin” jurnalının Qarabağ üzrə fəal müxbirlərindən biri Həsən İxfa Əlizadənin (1893-1972) “Qarabağ tarixi” əsərində onun barəsində azacıq da olsa məlumata rast gəlirik. Həsən İxfa Əlizadə bu əsərində şairin yaddaşlarda hifz olunub saxlanılan bir şeirini nümunə gətirir. Elə bu poeziya nümunəsi onun yaradıcılığı haqqıda fikir söyləmək imkanı verir.

Şeirin məzmunundan göründüyü kimi, şairin yaşadığı keşməkeşli dövrün ağır anları uzun müddət ona böyük təsir bağışlamışdır. O, baş vermiş şahidi olduğu hadisələrə biganə qalmamış, ən mühümlərini, yaddaqalanlari olduqça real və aydın şəkildə əks etdirmişdir.

Şair yadelli qəsbkarların bəlasız başları daim qalmaqalda olan Qarabağ camaatının başına gətirdikləri müsibətləri canlı lövhələrlə, elə təsirli bədii səhnələrlə canlandırır ki, şeiri oxuyan hər bir kəsdə istər-istəməz Şuşaya göz dikən, qarabağlıların toy-düyünlərini yasa döndərən bütün yağıları nifrət hissi ilə yada salır. Oxucu Hacı Çələbi xan, Məhəmmədhəsən xan Qaçar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qaçarın Qarabağın iqtisadi və mədəni həyatına vurduqları yaralara, ümumiyyətlə, bu müqəddəs torpaqda törədilən vəhşiliklərə dərin nifrət və qəzəblə lənətlər yağdırır və müəllifin Qarabağın faciəli həyatına nə qədər acıdığını hiss edir.

Vasif Quliyev, yazıçı-jurnalist



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009