ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XIX əsr > Əbdüssəməd bəy Aşıq

Əbdüssəməd bəy Aşıq

(1845 - ?)

 

Əbdüssəməd bəy Aşiq (Əbdüssəməd bəy Məhəmməd bəy oğlu Sarıcalı-Cavanşir) 1845-ci ildə Şuşa qəzasının Muğru sahəsinin Zəngilan kəndində anadan olmuşdu. Şair Məhəmməd bəy Aşiqin oğludur.

İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Ordubad şəhərindəki məktəbdə rus dilini öyrənmişdi. Özəl mülkünü idarə etməklə güzəran keçirirdi.

Əbdüssəməd bəy Şirinbəyim xanım Zal bəy qızı Səfiyarbəyova ilə ailə qurmuşdu. Cavad bəy, Xosrov bəy adlı oğulları vardı.

Əbdüssəməd bəy atasının təxəllüsü Aşiqlə ürək oxşayan şeirlər yazırdı. "Məclisi-üns" ədəbi yığnağın üzvü idi. Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə və başqa təzkirəçilər, tədqiqatçılar ondan bəhs etmişlər.

Dövrünün bir çox şairləri ilə yazışmaları qalıb. Ən çox İskəndər bəy Rüstəmbəyov və Mir Mehdi Xəzani ilə müşairələri var.

 * * *

Yaradıcılığı

 

Eşq-i dildar edib aşiq-i divanə məni,

Yandırıb şölə-yi ruxsarı çü pərvanə məni,

Xassə şimdi qəm-i dilbər, dil-i divanə məni,

Eyləyib, çərx salıb çün qəm-i hicranə məni.

 

Var idim qəbl bərin bir nəcə gün mehmani,

Söhbət-i nazik urub, gülər idik pünhani,

Salsalar istəməzəm, canm üçün, qılmani,

Yardan ayrı əğər cənnət-i rizvanə məni.

 

Çeşm-i şəhlası ahb əldən iman ü dinimi,

Tar ədib zülf-i siyahı, yəqin əylə günümü,

Daima xeyr-i duadan sənə kəsməm dilimi,

Çünki sənsən yetirən bir bələ cananə məni.

 

Çərdənim silsilə-yi zülfdə zəncirə düşüb,

Kördüm ol həlqə-yi kakilidə təsxirə düşüb,

Şükr kim, yaxşı kəməndində könül girə düşüb,

Gəzdirir Qeyssifət zar bu hər yana məni.

 

Qan töküb Qanlıcada təşnə-yi didar varanı,

Ol səbəbdən gecələr sübhə kimi zar varanı,

Leyk hicran-i siyah çeşmilə bimar varanı,

Yetiribdir qəm-i qüssə, yəqin et, canə məni.

 

Əfv qıl, çünki bəsi şimdi pərişanam mən,

Yad-i ləlin edibən daima giryanam mən,

Hamıdan qət-i nəzər, kudək-i nadanam mən,

Bir siyah danə salıb cah-i zənəxdanə məni.

 

Nə deyim zülf-i piç ü ariz-i gülnarı üçün,

Tarını üzsün onun bad-i səba tarı üçün,

Çün o kafər yaranıbdır könül azarı üçün,

Oldu daim ki, edib Aşiq-i nalanə məni.

* * *

Mənbə:

Ənvər Çingizoğlu. Behbudovlar. Bakı: Mütərcim, 2008, 164 səh.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009