ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XIX əsr > Mirzə Həsən Qarabaği

Mirzə Həsən Qarabaği (Yüzbaşov)

(1824-1904)

 

Mirzə Həsən Qarabaği (Yüzbaşov) 1824-cu ildə Suşa şəhərində doğulmuşdur. O, zəmanəsinə görə yaxşı təhsil almış, ərəb, fars dillərini oyrənmiş, klassik poeziyanın qayda-qanunları ilə tanış olmuşdur.

Gənc yaşlarından xırda alverə başlayan Mirzə Həsənin həyatı zəhmətlə kecmişdir. O, ticarət məqsədilə doğma yurdundan ayrılaraq, qürbət elləri şəhərbəşəhər gəzir, dolanışıq qayğıları ilə yaşamalı olurdu.

Şuşada olduğu vaxtlarda ilə "Məclisi-uns"un yığıncaqlarında iştirak edirdi.

Şair 1904-cu ildə Şuşada vəfat etmiş və orada dəfn olunmuşdur.

* * *

Mirzə Həsən bəy Səadət xanımla ailə qurmuşdu. Xəlil bəy, Qasım bəy adlı oğulları vardı.

Mirzə Həsən bəy şair idi. Öz adı ilə könül açan şeirlər qələmə almışdı. Mir Möhsün Nəvvab ona “Kaşif” təxəllüsünü vermiş, lakin o bunu qəbul etməmişdi. Məhəmmədəli Tərbiyət onu Kaşif təxəllüsü ilə oxucu önünə çıxarmışdı.

Şuşada Xurşidbanu Natəvanın rəhbərlik etdiyi “Məclisi-üns” ədəbi yığnağının üzvü idi.

Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə və başqa təzkirəçilər, tədqiqatçılar ondan bəhs etmişlər.

Mirzə Həsən Qarabağinin lirik şeirləri divanı dövrümüzə qədər gəlib catmışdır. Həmin "Divan" əsasında şairin "Secilmiş əsərləri" hazırlanmış və birinci dəfə 1973-cu, ikinci dəfə isə 2000-ci ildə Bakıda nəşr edilmişdir.

Burada verilən nümunələr həmin kitabın ikinci nəşrindən göturülmüşdür.

* * *

Qəzəllər

 

Gözlərin mayil olubdur yenə xünxarlığa,

Bəli, sərxoş olu amadə sitəmkarlığa.

Kufri-zülfün dinu imanıma cox şaiq olub,

Bilirəm ki, salacaq rəxnə bu dindarlığa.

Yoxdu hicranına könlümdə dəxi tabu təvan,

Nə belə talib olubsan bu dilazarlığa?

Qamətinlə nə rəva sərv bərabər ola kim,

Xeyli muşkuldu o gəlsin belə rəftarlığa.

Gül cəmalınla əgər bəhsə gəlibsə, nə əcəb,

O səbəb salmış ozun gulşən ara xarlığa.

Etməzəm şikvə gozundən nə qədər qılsa

Məst olan mail olar cünki cəfakarlığa.

Fələyin mahın edib mehri-ruxun sərkərinə,

Gah verir nur ona, gah salır tarlığa.

Olma divanə, o zulfi-xəmə meyl etmə,

Həsən, Əqlin olsun, özünü salma o şahmarlığa.

* * *

Sən, ağa, bizlər ucun ruhi-rəvansan, getmə,

Nə həmin bizlər ucun, aləmə cansan, getmə.

Sənsiz aram nə mumkundu tapılsın bizdə,

Sən bizə quti-rəvan, tabu tavansan, getmə.

Bu yəqinimdi ki, aləm olu viran sənsiz,

Dolanım başına, sən cani-cəhansan, getmə.

Arizum oldu ki, cox omr edəsən aləmdə,

"Məhfili-uns"də sən virdi-zəbansan, getmə.

Biz səninlə edirik aləm ara fəxr həmin,

Sən bizim izzətimiz, fəxri-zəmansan, getmə.

Səndən ancaq yetişir qəlbimizə zövqü səfa,

Sən səfabəxşi-dili-piru cəvansan, getmə.

Vird edir şamu səba sidq ilə bu şeri Həsən,

Fuqəra əhli ucun darul-əmansan, getmə.

İtmişdi dili-qəmzədə viranələr icrə,

Səd şukr ki, tapdım onu meyxanələr icrə.

Yarəb, yenə əl silsileyi-zulfə kim urdu,

Aşub düşübdür yenə divanələr icrə?!

Tari-səri-zulfünmüdü kim, şanə üzübdür,

Ya rişteyi-candır dolaşıb şanələr icrə?

Əfsaneyi-Fərhad ilə Qeys oldu fəramuş,

Yazıldı cu halım mənim əfsanələr icrə.

Zahid, səni tan, məni öz halına qöygil,

Gəzdirmə məni məscidu butxanələr icrə.

Coxdandı konul mail olubdur meyi-nabə,

Yar əksi duşub bəs ki, o peymanələr icrə.

Müddətdi Həsən xəstədi bu gülxəni-qəmdə,

Saqi, nolu cəksən onu məstanələr icrə.

* * *

Qamətin tək boy atıb sərv xuraman olmaz,

Arizin tək, sənəma, bir guli-xəndan olmaz.

Nə olar türreyi-zülfün kimi bir sünbuli-tər,

Nə dodağın kimi bir ləli-Bədəxşan olmaz.

Nə qaşın tək fələk uzrə olu bir tazə hilal,

Nə camalın kinıi bir mehri-dirəxşan olmaz.

Nə gözün tək olu bir turki-kəmandari-cəri,

Nə müjən tək can alan navəki-peykan olmaz.

Husni-ruxsarına cox kimsənə maildi, vəli,

Ey mələkzadə, sənə mən kimi heyran olmaz.

Gər səri-küyinə zahid deməsə xuldi-bərin,

İncimə, sevdiyim, onlarda ki iman olmaz.

Nolu göstərsən, əzizim, mənə bir ləhzə üzün,

Mehri-rüxsarına bir zərrə ki, nöqsan olmaz.

Gərci aləmdə nəzakətli gozəl coxdu, Həsən,

Leyk bu işvədə, bu qəmzədə canan olmaz.

* * *

Əhvalını, ey dil, sənə yarın demədimmi?

Hər feli xətadır o nigarın, demədimmi?

Meyl etmə o zulfə, özünü salma xətayə,

Zəncirdi hər bir xəmu tarın, demədimmi?

Cək covrunu, ey dil, nə qədər var həyatın,

Bədməstliyini ceşmi-xumarın demədimmi?

Ey dil, o siyah ceşmi-xətakarə inanma,

Təzviri-bəladır, həmc karın demədimmi?

Can vermə, konul, eşqə, onun cəkmə cəfasın,

Eşq atəşinin ahu nəzarın demədimmi?

Səbr eylə, konul, eşqdə hicranına yarın,

Hicran gununun naləvu zarın demədimmi?

Vəsl ilə, Həsən, eyləmə hicrani fəramuş,

Var dalda xəzanı bu baharın, demədimmi?

* * *

Mənbə:

XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.

* * *

Ey gül, səni bilməm necə ustad çəkibdir,

Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.

 

Guya qələm-i qüdrət ilə sanə-i biçun,

Bu nəqşi özü eyləyib icad çəkibdir.

 

Min səy ilə hərgiz bələ təsvir-i dilara,

Nə Mani-yi Ərisəngü, nə Bəhzad çəkibdir.

 

Hər bir vərəqin görcək onun könlüm olur şad,

Əzbəs bu gülü ustası çox şad çəkibdir.

 

Hər divsifət görsə bunu bağrı olar qan,

Guya ki, bu təsviri pərizad çəkibdir.

 

Gördükçə bunu könlüm olur qüssədən azad,

Bu nəqşi məğər bir qəd-i şümşad çəkibdir?

 

Nəqqaşı bunu səy ilə təsvir qılan dəm,

Dil mürğünü seyd etməyə səyyad çəkibdir.

 

Tənha nə Həsən dad çəkər çərxin əlindən,

Çərxin sitəmindən hamı fəryad çəkibdir.

* * *

Mənbə:

Mirzə Həsən Qarabaği Yüzbaşov. Seçilmiş əsərləri. Bakı. “Şuşa”, 2000. 184 səh.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009