ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XIX əsr > Məmo bəy Məmai

Məmo bəy Məmai

(1834-1918)

 

Məmo bəy Məmai (Məhəmməd bəy Hacı Əhməd bəy oğlu) 1834-cü ildə Şuşada doğulmuşdur. Ailədə Məmo çağrıldığından bu adla tanınmışdı.

Təhsinini Şuşada almış, ticarətlə məşğul olmuşdur. Görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin dayısıdır.

Xurşidbanu Natəvanın başçılıq etdiyi "Məclisi-üns"şairlər birliyinin fəal üzvlərindən idi. O, sənətilə əlaqədar Rusiya, Orta Asiya, Türkiyə yə İranın bir çox şəhərlərini gəzmiş, aldığı təsssüratı, gördüyü şəxslərdən eşitdiklərini qələmə alaraq "Səyahətnamə" adlı əsər yazmışdır. Lakin həmin əsər hələlik əldə edilməmişdir.

Şair 1918-ci ildə Şuşada vəfat etmişdir.

Əsərlərini klassik üslubda, Azərbaycan və fars dillərində yazan Məmainin bədii irsindən xeyli nümunə qalmışdır. Buradakı şeirlər "Poetik məclislər" (1987) kitabından götürülmüşdur.

* * *

Qəzəllər

 

Ey gözüm nuri, qarari-düi-ürfan, getmə,

"Məhfili-üns" sənin canına qurban, getmə.

Sən ilə gülşəni-ümmiddə güllər açılır,

Qönçə tək etməgilən, gəl, ürəyin qan, getmə.

Sən ilə cəm idi bu silsileyi-alinəsəb,

Etmə bu silsiləni bari pərişan, getmə.

Gər tulu etməsə Xurşid camalın bir dəm,

Olu zülmətkədə bu Şişeyi-viran, getmə.

Olmasın nərgisi-bimarın bu dəm bimar,

Qılma bu dideyi-giryanımı giryan, getmə.

Yetsə hər dərd sənə ver məni-məhzunə onu

Kim, sənin dərdin olur dərdimə dərman, getmə.

Ziynəti-bəzmi-məhəbbətdi sənin göftarın,

Olma xamuş ki, xamuş olu yaran, getmə.

Təkyə qıl balışı-izzətdə, otur izzət ilə,

Mən huzurunda olum turfə qəzəlxan, getmə.

Səninləndir səru samani Məmai zarın,

"Məhfili-uns"u qoyub bisəru saman, getmə.

* * *

Neyləyim, covr eləyir cərxi-cəfakar mənə,

Göndərib hər nə qədər covr, sitəm var, mənə.

Bəxt tək uz cevirib məndən, əzizani-cahan,

Taleim olmadı bir ləhzə mədədkar mənə.

Qoymadı dəhrdə bir dəm goz acım, iqbalım,

Necə iqbal? Sərasər olub idbar mənə.

Qəmküsarım nə qədər var idi, yeksər getdi,

Deməyə dərdimi yox bircə nəfər yar mənə.

Qalmışam Şişədə, daş icrə qalan şişə kimi,

Ləl tək qan yedirib ceşmi-guhərbar mənə.

Harı ol zövqü səfa, əhli-vəfa yığnağı?

Qalmayıb dəhrdə bir munisi-qəmxar mənə.

Ey Məmai, gedib ərbabi-vəfa aləmdən,

Xəlqdən indi yetir zəhmətu azar mənə

* * *

Bir bikəsi-zarəm, vətənimdə vətənim yox,

Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!

Mən sahibi-hər məcməi, hər əncumən oldum,

Əfsus, nə bir cəm, nə bir əncumənim yox.

Viranə qalıb "Məhfili-uns"um, dağılıbdır,

Nə yar, nə qəmxar, nə bir həmsuxənim yox.

Bir guşeyi-bağ icrə qalıb bikəsu tənha,

Nə bir soran əhvalımı, nə bir gələnim yox.

Əfsus, bu məxluq hamı kuru kar olmuş,

Nə bir gorənim var, nə bir dilbilənim yox.

Xunabi-ciyər caridi gozdən gecə-gündüz,

Ruxsara axan goz yaşımı bir silənim yox.

Goz ilə qulaqdan cəkərəm zəhməti-bihədd,

Ruhani əziyyətlər ucun tabi-tənim yox.

Bir yanda vətən təhlukəsi canımı almış,

Bir fəhra edənim, anlayanım, dərk edənim yox.

Ərbabi-kəmalat zamanı getdi, Məmai,

Qaldım bu bəla dəştdə, imdad edənim yox.

* * *

Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!

Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.

Doğruluq mədum olubdur mərdumi-afaqdən,

Qovl kəc, əfal kəc, kirdar kəc, guftar kəc.

Qalmayıb dadusitəd əhlində əsla duz əməl,

Müştəri kəc, sudkəcdir, taciri-bazar kəc.

Rastlıqdan dondərib uz cumlə mollavu keşiş,

Xirqə kəc, əmmamə kəc, təsbeh kəc, zunnar kəc.

Şeşdəri-heyrətdə mat etmiş məni nərradi-cərx,

Bağlayıb şeş xanə, oynar, pənc kəc, həm car kəc.

Hiyləvu təzviru məkrilə riya xəlqi işi,

Qövm kəcdir, xiş kəc, əbbab kəc, əşraf kəc.

Nə diyanət, nə əmanət, nə sədaqət, nə vəfa,

Görmədim bir düz əməl, gördüm nə qədri var kəc.

Ey Məmai, hər nə yazsan doğruluqdan yazgilən,

Soyləmə guftari-kəc, yazma belə əşari-kəc.

* * *

Müxəmməs

 

Düşdü yadıma kecən gunlərim, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Hanı ol gecə-gunduz zovqu səfa, işrət idi?

Hanı ol gun ki, sərapa hamıya ləzzət idi?

Hanı ol əhdu vəfa əhli ki, həmsohbət idi?

Düşdü yadıma kecən günlərim, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Noldu əxlaqi-həsən, sahibi-yarani-qədim?

Noldu ərbabi-sədaqət, hanı ol təbi-səlim?

Yox idi kimsədə əsla rəvişi-divi-rəcim,

Düşdü yadıma kecən günlərim, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Hamı ol bəzmi-səfa, noldu o ərbabi-vəfa?

Oxunurdu gecə ta subhə kimi şuru nəva,

Yox idi kimsənədə dərdu ələm, qəm əsla,

Düşdü yadıma kecən günlərim, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Malu can eylər idi sərf o yarani-əziz,

İrzu namus edib hifz rəfiqani-əziz,

İkilik yox, gorunurdu hamı bir cani-əziz,

Düşdü yadıma kecən günlərim, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Hər kəsin var idi, sərf eylər idi simu zəri,

Bir-birindən yox idi hic kəsin bir kədəri,

Yox idi hic kəsin mohnətu qəmdən xəbəri,

Düşdü yadıma kecən günlərim, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Şimdi bu şəhrdə bir əhli-sədaqət yoxdur,

Bu qədər xəlqdə bir mərdi-dəyanət yoxdur,

Nə muruvvət, nə vəfa, əhdu-əmanət yoxdur,

Düşdü yadıma kecən günlərim, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Mən səyahət elədim aləmi cox ləzzət ilə,

Gordum ərbabi-kamalatu hunər, hormət ilə,

Gormədim hic kəsi dərdu qəmu mohnət ilə

Düşdü yadıma kecən günlərim, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Şimdi məxluq olub əhli-qərəz, hasidi-dun,

Kizbu bohtanu riya xəlqi edib zaru zəbun,

Yoxdu bir yar deyim dərdi-dilim ona kunun,

Düşdü yadıma kecən günlərim, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Yoxdu, yarəb, gorəsən Şişədə bır əhli-kamal?

Oturub aqibəti-karı edə bircə xəyal,

Qoymuya milləti-islamın ola əmri mahal,

Düşdü yadıma kecən günlərim, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Şimdi olmuş cuhəla firqələri rəhbərimiz,

Cahilu nakəsu naəhl olub sərvərimiz,

Gizlənibdir uləma, əhli-qələm, hər birimiz,

Düşdü yadıma kecən günlərim, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Dovreyi-cardəhhomdur qəmərin dövranı,

Nə yaman dövrdi, dərhəm elədi dünyanı,

Məhv edib cövru cəfa, zülmü sitəm hər yanı,

Düşdü yadıma kecən günlərim, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Qəmlərdir bu iki firqə, bu ovladi-vətən,

Bir-birilə dolanırdı necə kim, can ilə tən,

Nə küdurət, nə ədavət, nə qəmu dərdu mihən,

Düşdü yadıma kecən günlərim, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Ermənilərlə musəlman calışıb leylu nahar,

Qıldılar səy ki, abad ola bu mülkü diyar,

Nə gözəl olmuş idi mulki-vətən axir kar,

Düşdü yadıma kecən günlərim, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Ah, o gundən ki, bu gulustana gəlib necə qurab,

Verdilər səs-səsə avaz eyləyib misli-kəlab,

Bu gozəl gulşəni onlar elədi boylə xarab,

Payimal oldu vətən gülləri, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Rumdan Qafqaza uz qoydu axır daşnaqiyun,

Düşdü ortalığa aşubu bəla, fitnə, cunun,

Bu qədər qanlara bais olar oldu əknun,

O axan qan, o gedən canlara əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Saldı fursət əlinə düşmənu əğyari-vətən,

Qıldı tədbir ki. aşub ola əşrari-vətən,

Gör nə xunxar elədi xəlqi bu xunxari-vətən,

Bir deyən olmadı bu qanlara əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Tarümar oldu vətən gülşəni, pamal oldu,

Bulbulani-vətən avarə qalıb, lal oldu,

Bir deyən olmadı, "yarəb, niyə bu hal oldu?"

Düşdü yadıma kecən günlərim, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Əyyuhel-qovm, kifayətdi bu qəflət, bəsdir,

Tarümar oldu vətən, bəsdir ədavət, bəsdir,

Bu qədər bəsdir həqarət, bu rəzalət bəsdir,

Bir cəkin bari xəcalət, deyin: əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Şimdi aləm yığışıb səy edər azad olsun,

Ki, gərək bir-birinə xəlqdən imdad olsun,

Qalmasın zulmu sitəm, evləri abad olsun,

Bu qədər zulmu sitəmlər olub. əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Bir baxın dumda nə fəryad edərdi vukəla,

Sizdən ötrü bu qədər səy edərdi uqəla,

Verməyin duşmənə fursət, dəxi bəsdir, cuhəla,

Siz də bircə ayılın, söyləyin əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Vətən övladı gərəkdir cəkə dərdi-vətəni,

Ta qəbul eyliyə hər cövru cəfavu muhəni,

Ola mohkəm bu məmalikdə fəlah əncuməni,

Soyliyə, kecmiş olan işlərə əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

İndi vacibdi verin əl-ələ, ey əhli-vətən,

İndi lazımdı həmavaz ola murğani-vətən,

Qoymaya gulşən ara məskən edə zağu zəğən,

Soyulur bülbüli-can, ah, səd əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

 

Ey Məmai, elədi diltəng səni tərhi-suxən,

Yuxudan indi acıb gozlərini əhli-vətən.

Bir deyən varmı nədən ötrüdü bu zülmü fitən,

Yuxudan göz acıban seyr elə, əfsus olsun,

Bizi məyus edən dəhrdə məyus olsun.

* * *

Mənbə:

XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009