ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XIX əsr > Mirzə Ələsgər Növrəs

Mirzə Ələsgər Növrəs

(1836-1912)

 

Mirzə Ələsgər Növrəs (Mirzə Ələsgər bəy Kərbəlayı Abdin bəy oğlu Əhmədbəyov) 1836-cı ildə Şuşa şəhərində anadan olmuşdu.

Əslən Cavanşir-Dizaq mahalının Zərgər obasındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. “Növrəs” təxəllüsü ilə xoştəb şeirlər yazırdı.

Ərəb, fars dillərini kamil bilməklə, rus dilini də tamam-kamal öyrənmişdi, Şuşada qəza idarəsində kargüzar vəzifəsində çalışmışdı.

Mirzə Ələsgər Növrəs 1912-ci ildə vəfat etmiş və Şuşada Mirzə Həsən qəbristanlığında dəfn olunmuşdur.

Onun Camal bəy adlı oğlu, Fatma xanım adlı qızı vardı.

* * *

Bədii yaradıcılığa gənclik illərində başlayan Novrəs Xurşidbanu Natəvanın "Məclisi-uns" ədəbi cəmiyyətiin fəal uzvlərindən olmuş, eyni zamanda Mir Möhsün Nəvvabın təşkil etdiyi "Məclisi-fəramuşan"ın yığıncaqlarında iştirak etmişdir.

Mirzə Ələsgər Növrəs Xurşidbanu Natəvan, Seyid Əzim Şirvani və dövrün başqa tanınmış şairləri ilə yazışırdı.

Onun əsərlərindən numunələr muxtəlif əlyazma və cap kitablarında qalmışdır. Şeirləri toplu halında ilk dəfə 1985-ci ildə Bakıda nəşr olunmuşdur.

Buradakı nümunələr həmin kitabdan götürülmüşdür.

* * *

Qəzəllər

 

Könlüm elə pünhandır, keysulər arasında,

Şanə gəzibən tapmaz yüz mulər arasında.

İstər ki, çəkə Mani tərhini qaşın bilməz,

Peyvəstə kəşakəşdir əbrulər arasında.

Məstanə xumar gözlər hərdəm mənə al eylər,

Qaldım nə yaman yerdə cadulər arasında.

Bimar gözüm, cana salmış məni bir halə,

Səhrayə düşüb gəzdim bədgulər arasında.

Ta mən ki, cüda düşdüm ol yar vüsalindən,

Varmı görəsən söhbət bədgulər arasında?

Əğyarə vəfa etmək, üşşaqə cəfa, növrəs,

Bilməm bu nə adətdir məhrulər arasında.

* * *

Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,

Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.

Yenə ey şuxi-nuşinləb, xəyali-tari-zülfündən,

Əcəb olmuş pərişan haləti-sünbül cəmənlərdə.

Acılmaz həşrədək, ey qoncələb, yüz min bahar olsa,

Görübdür xəndeyi-psnhanini növgül cəmənlərdə.

Vüsalə həsrət oldum, mübtəlayi-hicrdir künlüm,

Tutam aranı sənsiz, ey gulum, müşkül cəmənlərdə.

Fəğanu naleyi-dil munisimizdir, bir tərəhhum qıl,

Deyil tənha, əzizim, Növrəsi-bidil cəmənlərdə.

* * *

Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm,

Ah, qəm ləşgərinin şövq ilə sərkərdəsiyəm,

Necə müddətdi könül bəzmi-səfa təşnəsidir,

Zindədil hal bilən əhli-vəfa mürdəsiyəm.

Şəhr əhli necəsi eylədi cox zülm mənə,

Qeybətu töhmətin axir belə pəjmurdəsiyəm.

Hər dənizadə mənim ustumə qalxızdı ayaq,

Deməzəm bir soz ona bəs ki, həya pərdəsiyəm.

Növrəsa, rövnəqi-əyyami-cavanlıq getdi,

Zövq əhli deyiləm, pirilik əfsurdəsiyəm.

* * *

Gel, ey dili-bimarimə olan təbib, ölürəm,

Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.

Cəmalın ayinəsin dutgilən nəfəs sari,

Ki, gör nə növ ilə hicrində bişəkib, ölürəm.

Xəyali-zulfin ilə cismin-natəvan əriyib,

Məriz edibdi məni ceşmi-dilfirib, ölürəm.

Bərabərimdə bu halimə bir qiyam eylə,

Ki, ruzi-məhşər ola bəlkə ənqərib, ölürəm.

Nə qəmkusar, nə yar, nə bir vəfalı nigar,

Nə bir ənis, nə munis, nə bir həbib, ölürəm.

Bu Növrəsin rəhi-eşqində bilmədin qədrin,

Get, indi zovqi-səfa eyləsin rəqib, ölürəm.

* * *

Məni-bimarə müddətdir olub yaği qara gözlər,

Könüldə tari-mujganın qalıb baqi, qara gözlər.

Töküb peyvəstə qanım mərdumu, dunyayə faş olmuş,

Olubdur ogri qaşının qan ortaği, qara gözlər.

Dəgil eymən xətasından nəzər ərbabı, ondandır,

Olub məkri-fusuni-hiylə yığnağı qara gözlər.

Əzizim, məhvəşim, şuxim, nigarım, bəs nədir bais,

Qara gundə qoyubdur əhli-uşşaqi qara gözlər?!

Nə curm etmiş, nəzərdən saldın axır rüzgar icrə,

Dəmadəm Növrəsi-məhzuni-muştaqi, qara gözlər.

* * *

Təxmis (Fuzuliyə)

 

Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,

Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.

Aşiqəm yuz min bəlayə "əlbəla-ul-livəla",

"Qəd ənarəl-eşqə lil uşşaqi-minhacəl huda,

Saliki-rahi həqiqət eşqə eylər iqtida".

Fükri-zikrim dəmbədəm hərfu kəlami-eşqdir,

Eyləyən sərxoş məni hər dəmdə cami-eşqdir,

Aşiqi-sadiq cahan icrə imami-eşqdir,

"Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir

Kim, muşəxxəs olmaz ol vadidə sultandan gəda".

Sərxoşam cami-məhəbbətdən, ayə, qovmi-zəlam,

Badeyi-eşq aşiqə huşyarlıq eylər həram,

Şövqu zövqu eşqi-canan aşiqə olmuş həram,

"Eşqdir ol nəşəyi-kamil kim, ondandır mudam,

Meydə təşviqi-hərarət, neydə təsiri-səda"

Ey deyən hər dəm mənə, sidqi-iradət tərkin et,

Eşqə, gəl qoyma qədəm, rahi-səlamət tərkin et,

Hər iki dunyadə sən rahi-səadət tərkin et,

"Ey ki, əhli-eşqə soylərsən: məlamət tərkin et,

Sğylə kim, mümkünmüdür toğyiri-təqdiri-xuda?"

Mərhəba kuyi-məhəbbətdə sucudi-aşiqə,

Qıl nəzər ruzi-qiyamətdə numudi-aşiqə,

Tənə qılma, baş verib cananə cudi-aşiqə,

"Eşq kilki cəkdi xət hərfi-vucudi-aşiqə

Kim, ola, sabit həqq isbatında nəfyi-maəda".

Əlqərəz, mehru vəfadır xəstə dilər mərhəmi,

Mən kənar etməm qədəm rahi-məhəbbətdən dəmi,

Olmuşam mən sakinani-kuyi-eşqin həmdəmi,

"Eyləməz xəlvətsərayi-sirri-vəhdət mərhəmi

Aşiqi məşuqdan, məşuqi aşiqdən cuda".

Ey könül, rəncu ənasir zövq buldun eşqdən,

Aşiqi-həqsən, cəfasız zövq buldun eşqdən,

Fəxr qıl, Novrəs, bəhasız zövq buldun eşqdən,

"Ey Fuzuli, intəhasız zövq buldun eşqdən,

Böylədir hər iş ki, həqq adilə qılsan ibtida".

* * *

Mənbə:

XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.  

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009