ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Tarix

► Qədim dövrdən Rusiya işğalınadək

  • Qarabağ qədim çağdan Ərəb xilafəti dövrünədək

  • Qarabağ Ərəb xilafəti dövründə. Arsaxda qriqorianlaşdırma və erməniləşdirməyə dair

  • Qarabağ Azərbaycan siyasi həyatının mərkəzlərindən biri kimi (XIII-XVIII əsrin 40-cı illəri)

  • Qarabağ xanlığı: Qarabağda Azərbaycan dövlətçilik ənənəsinin bərpası

  • Rusiyanın Qarabağ xanlığını işğal etməsi. Kürəkçay müqaviləsi (1805)

  • Qarabağ məliklikləri

► Qarabağ XIX-XX əsrlərdə

  • Qarabağ Rusiya imperiyasının tərkibində

  • Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920)

► Qarabağ sovetləşmə dövründə (1920-1923)

  • Qarabağın ərazisinin bölüşdürməsi

  • Dağlıq Qarabağa muxtariyyət verilməsi

► Dağlıq Qarabağ Muxtar Vilayəti (1923-1980-ci illər)

  • Sovetlərin Dağlıq Qarabağda "erməniləşdirmə siyasəti"

  • Dağlıq Qarabağ Muxtar Vilayəti və Qarabağın aran (düzən) hissəsi


Qarabağ: etimologiyası və tarixi-coğrafi ərazisi

Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. "Qara" və "bağ" söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. 1

Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir.

Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. 2

Yeri gəlmişkən, bu hal Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri - Naxçıvan bölgəsi, Şəki şəhəri - Şəki bölgəsi, Gəncə şəhəri - Gəncə bölgəsi, Lənkəran şəhəri -Lənkəran bölgəsi və i.a.

"Qarabağ"ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır.3

Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb edir.4

Beləliklə, Qarabağın özü kimi "Qarabağ" sözü də Azərbaycan xalqına məxsusdur.

Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir?

Bu sualın cavabı bu gün daha aktualdır və erməni separatçıları tərəfindən törədilmiş "Dağlıq Qarabağ problemi"nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək.

Vaxtı ilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin - Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir özünün "Qarabağ tarixi" (1847) əsərində bu məsələdən bəhs edərkən yazırdı:

"Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".5

Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki,

1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür;

2) digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk mənbələrlə də sübut olunur.

Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə "Dağlıq Qarabağ" deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini - dağlarını, düzənlərini əhatə edən ümumi bir "Qarabağ" anlayışı olmuşdur.

Başqa sözlə, "Dağlıq Qarabağ" anlayışı çox sonraların "məhsuludur", separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır.

Adicə məntiq də bunu sübut edir: əgər Dağlıq Qarabağ varsa, deməli düzən və ya aran Qarabağ da var! Reallıq da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, həm də Aran Qarabağ (yəni düzən Qarabağ)!

Özü də həm düzən (aran), həm də dağlıq Qarabağ həmişə, bütün tarixi dövrlərdə bir xalqın - Azərbaycan xalqının Vətəni olmuşdur, dilində "qara" və "bağ" sözləri olan xalqın! Azərbaycan xalqının yüzlərlə ən qədim, ən nadir folklor nümunələri, musiqi inciləri məhz Qarabağda yaranmışdır, Qarabağla bağlıdır.

Qeydlər (biblioqrafik istinadlar):

 1. Sədiyev Ş. "Qarabağ" sözünün mənası // Elm və həyat, 1963, 13

2. Qarabağın da ilk zamanlar şəhər adı olması fikri vardır. Coğrafiyaşünas-toponimist R.Yüzbaşova görə Araz çayının qırağında Qarabağ şəhəri olmuşdur. O, yazırdı: "Bu şəhərin XVII əsrin birinci yarısına qədər mövcud olması haqqında dəqiq kartoqrafik məlumat əldə edilmişdir . XVII əsrin birinci yarısında alman səyyahı Adam Olearinin tərtib etdiyi "İran səltənəti" adlı xəritədə Qarabağ yaşayış məntəqəsi 39° şimal en dairəsi ilə 82° 20 şərq uzunluq dairəsinin kəsişdiyi nöqtədə göstərilir… Zənn edildiyinə görə, həmin şəhər XVII-XVIII əsrlərdə baş vermiş müharibələr nəticəsində dağılıb məhv olmuşdur" Yüzbaşov R. Dağlıq Qarabağ Muxtar Vilayətinin toponimikası // Azərb. SSR EA Xəbərləri. Yer haqqında elmlər ser.,1969, 12, s.92

3. R.Yüzbaşov da bu problemə diqqəti cəlb edərək yazmışdır: "Son zamanlarda Azərbaycan toponimikası sahəsində aparılmış işlər nəticəsində "qara"nın bir neçə mənası müəyyən edilmişdir, onlardan biri də "qalın", "sıx" deməkdir. Buna əsasən, demək olar ki, Araz çayının qırağındakı Qarabağ şəhəri son dərəcə bağlı-bağatlı olduğundan belə adlandırılmışdır" // yenə orada

4. Piriyev V. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, 2002, s.98

5. Mirzə Camal Cavanşir. Qarabağ tarixi. Bakı,1959, s.9

Mənbə: Azərbaycan MEA-nın A.Bakıxanov adına Tarix İnstitutu (www.azerbaijan.az portalı)


Bax həmçinin:



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009