ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XX əsr > Xosrov Axundzadə (Şaiq)

Xosrov Axundzadə (Şaiq)

(1889-1960)

 

Şair, maarif xadimi, publisist Xosrov Mirzə Əli oğlu Axundzadə 1889-cu il iyulun 13-də Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini musiqişünas və şair kimi tanınan atası Mirzə Əli Aşiqdən almışdır. Sonra Şuşa rus-tatar məktəbində təhsil aldığı illər atasını itirmişdir. Ona görə də ibtidai sinif müəllimi hazırlayan kursu bitirib müəllimlik fəaliyyətinə başlamışdır (1905).

Şuşada ibtidai məktəblərdə, Xocavənddə ümumtəhsil məktəblərində müəllim, müdir vəzifələrində çalışmışdır (1905-1932). Sonra Şuşada yeddiillik və orta məktəblərdə müəllimlik etmişdir (1932-1956). 67 yaşında təqaüdə çıxsa da, elmi mühazirələr oxumuş, metodiki tövsiyələr verməklə ictimai-fikrə, maarifə xidmət etmişdir.

Pedaqoji və ədəbi fəaliyyətlə gənclik dövründən məşğul olmuşdur. Dövri mətbuatda külli miqdarda məqaləsi, şerləri, tövsiyələri çıxmışdır. Şerləri Şaiq təxəllüsü ilə dərc olunmuşdur.

Onun zəngin ədəbi irsi vardır: «Xatirələrim», «Qarabağın tarixi», «XIX əsrdə Şuşada yaşamış Azərbaycan şair və yazıçılarının yaşadıqları tarixi yerlər haqqında məlumat», 12 min misradan ibarət «Məcmueyi-əşarı» əlyazması AMEA-nın Əlyazmaları İnstitutunda hifz olunur. «Pedaqoji mülahizə və təcrübələrim» kitabı 2000-ci ildə Bakıda «Maarif» nəşriyyatında kütləvi tirajla buraxılmışdır.

1960-cı il mayın 10-da Şuşa şəhərində dünyasını dəyişmiş, orada dəfn olunmuşdur. Bakı şəhərindəki 102 saylı orta məktəb onun adını daşıyır.

http://www.kataloq.net/v2/shexsler/Mirzə-Xosrov-Axundzadə-292

* * *

Xalqın mədəniyyəti naminə çalışanlar:

Xosrov Axundzadə

 

Xalqının mədəniyyət və maarifi yolunda yorulmadan çalışan ziyalılarımız çox olub. Onlardan biri də XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan ziyalıları arasında öz dəst-xətti ilə seçilən və “Şaiq“ təxəllüsü ilə tanınan Xosrov Axundzadə olub.

O, 1889-cu il iyulun 13-də Şuşada doğulub. Atası Mirzəli Zeynalabdin oğlu (Aşiq) dövrün mütərəqqi fikirli ziyalısı, şair və gözəl səsə malik musiqişünas olub. Ona görə də oğluna yüksək təhsil vermək məqsədilə onu əvvəlcə Şuşa şəhər (keçmiş “Nikolayevski”) məktəbinə qoyur. O, bu məktəbdə Üzeyir və Zülfüqar Hacıbəyli qardaşları ilə birlikdə oxuyur. Xosrov 1905-ci ildə orta məktəbi qurtarır, Avropada təhsil almağa getmək istəsə də, qismət olmur. Atası Mirzəli dünyasını dəyişir. Altı nəfərlik ailə üzvünün ağırlığı-dolanışığı Xosrovun üzərinə düşür. 1906-cı ildən 1917-ci ilədək Şuşada müəllimlik edir.

Xosrov Axundzadənin yaradıcılıq fəaliyyətinin bir sahəsi də ədəbi irsimizlə bağlıdır. O, ömrünün əlli dörd ilini ədəbi yaradıcılığa həsr edir. Ədəbiyyat aləmində “Şaiq“ təxəllüsü ilə tanınır. Onun bu sahədə geniş qol-qanad atmasında XIX əsrin qabaqcıl şair və yazıçılarından Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Üzeyir bəy Hacıbəylinin də böyük təsiri olur.

1919-cu ilin fevralında Həmidə xanım ondan Mirzə Cəlilin “Ölülər“ və “Anamın kitabı“ əsərlərinin üzünü köçürməsini xahiş edir. O, bu xahişi məmnuniyyətlə qəbul edir və həmin əsərlərin tez bir zamanda üzünü köçürüb Həmidə xanıma təqdim edir. Həmidə xanım sonra “Mirzə Cəlil haqqında xatirələrim” adlı əsərində bunu qeyd edib.

Onu ədəbiyyat aləmində tanıdan əsərlərindən biri də “Xatirələr“ adlı kitabıdır. XIX əsr Azərbaycan yazıçı və şairlərinin Şuşanın tarixi yer adları ilə bağlılığından bəhs edən bu kitab, bir çox cəhətdən təqdirəlayiqdir. Əsər təxminən yetmiş illik bir dövrü əhatə edir. Xosrov Şaiq bu əsərində Azərbaycan xalqının maarif və mədəniyyətinin inkişafında böyük rol oynayan ziyalıların fəaliyyətini gözəl bir dillə qələmə alıb. Eyni zamanda ailə-məişət, adət-ənənə, keçmişin ağrılı-acılı günləri, köhnə dini məktəblərdə tədris “üsulları “ təsvir edilib. O, eyni zamanda Qarabağın tarixçisi kimi də tanınıb.

Mərhum professor Əliyar Qarabağlı “Xosrov Axundov-Şaiq haqqında“ xatirə kitabında yazır: “Cəlil Məmmədquluzadə və Həmidə xanımla, Üzeyir bəy Hacıbəyli və Süleyman Sani Axundovla şəxsən dost və tanış olan Xosrov Şaiq ümumiyyətlə Qarabağ, xüsusən Şuşa şəhəri haqqında ən dərin məlumata sahib idi. Buna görə də Şuşanın tarixi ilə maraqlananlar həmişə ona müraciət edər və aydın cavab alardılar“.

O, Mir Möhsün Nəvvabın “Məclisi-Fərəmuşan" ədəbi dərnəyinin üzvü olub. Bu görkəmli şəxsiyyətlə yaxın ünsiyyət qurur, onun həyatı və yaradıcılığı ilə yaxından tanış olur, xeyli material toplayır. Sonra həmin fakt və materiallar AMEA-nın Əlyazmalar İnstitutuna verilir.

İlk dəfə olaraq Mir Möhsün Nəvvab haqqında monoqrafik əsəri də o yazıb. Çünki atası Mirzəli Aşiq Nəvvabla yaxın dost olublar. Onlar ədəbiyyata və musiqiyə dair bir çox məsələləri daim birgə həll ediblər. Bu dostluqdan irəli gələn fakt və xatirələr onu bu addımı atmağa imkan verib. 1913-cü ildə Orucov qardaşları mətbəəsində çap olunan "Təzkireyi-Nəvvab" kitabında 100-ə yaxın Qarabağ şairi haqqında məlumat verilib. Həmin kitabda Xosrov Şaiqin maarif və mədəniyyətin inkişafından bəhs edən "Ey vətəndaşlar, gəlin elm əxz edib aqil olaq" misrası ilə başlanan şeiri də var. Onu da deyək ki, Mirzə Xosrovun şəxsi arxivində Mir Möhsün Nəvvabın xatirəsinə həsr etdiyi "Şuşanın çayı" poeması qorunub saxlanılır.

Xosrov Axundzadə ömrünün son günlərində böyük bir həvəslə ədəbi yaradıcılığını - şeir və qəzəllərini bir yerə toplayır. Lakin çap etdirmək ona qismət olmur. 1960-cı il mayın 10-da Şuşada dünyasını dəyişir. Ancaq o, “Məcmueyi-əşari“ əsərini (şeirlər məcmuəsinin) əlyazma şəklində olsa da, gələcək nəsillər üçün bir mənbə olaraq qoyub gedir.

Savalan Fərəcov,

“Mədəniyyət” qəzeti, 15.07.2011



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009