ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XIX əsr > Haşım bəy Vəzirov

Haşım bəy Vəzirov

(1868-1916)

 

Haşım bəy Mir İman oğlu Vəzirov (1868, Şuşa - 4.2.1916, Bakı) - maarif, mədəniyyət və mətbuat xadimi, publisist, dramaturq və tərcüməçi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsində milli istiqlal ideyalarının yayılmasında yaxından iştirak etmişdir. İlk təhsilini Şuşada mədrəsədə almış, sonra Şuşa yeni üsullu məktəbini (üsuli-cədid) və İrəvan Müəllimlər Seminariyasını (1889) bitirmişdir. 19 il İrəvan quberniyasının Böyük Vedi, Cavanşir qəzasının Alpout, Şəkinin Göynük kəndlərində, Bərdədə, daha sonra Şuşadakı rus-müsəlman məktəbində müəllim və inspektor vəzifəsində (1887-1905) işləmişdir. Şuşa bələdiyyə idarəsinə qlasnı (vəkil) seçilmişdir.

Haşım bəy Vəzirov XIX əsrin sonu - XX əsrin əvvəllərində müəllimliklə yanaşı, publisist kimi də fəaliyyət göstərmişdir. "Kaspi", "Novəye obozreniye", "Kavkaz" qəzetlərində və "Sbornik materialov dlya opisaniya mestnostey i plemyon Kavkaza" (SMOMPK) məcmuəsində Azərbaycan xalqının milli mənafelərini təbliğ və müdafıə, XX əsrin əvvəllərində erməni-daşnak quldurlarının Qarabağda törətdiyi soyqırım vəhşiliklərini ifşa edən məqalələr dərc etdirmişdir.

Azərbaycanlılara qarşı 1905-il soyqırımlarını ifşa etdiyinə görə həmin ilin sonlarında 5 il müddətinə Şimali Qafqaza sürgün olunmuş, lakin günahsızlığını sübuta yetirdiyi üçiin vətənə qayıdaraq Bakıya köçmüş, həyatını bütünlükdə mətbuata və yaradıcılığa həsr edib, milli ictimai fıkrin görkəmli təbliğatçılarından birinə çevrilmişdir.

Vəzirovun 1907-1716-cı illərdə "Tazə həyat" (1907-08), naşiri və baş mühərriri olduğu "İttifaq" (1908-1909), "Səfa" (1909-11), "Kavkazets" (rusca, 1911), "Sədayi-Vətən" (1911-12), "Sədayi-həqq" (1912-15), "Sədayi-Qafqaz" (1915-16), "Məzəli" (1914-15) kimi qəzet və jurnallarda "Seyid Həşim Vəzirov". "Müslüm", "Birisi" imzaları ilə çarizmin müstəmləkə rejimini, millətçi-monarxist partiyaları, imperializmi tənqid, maarif və mədəniyyəti təbliğ edən məqalə və felyetonları Azərbaycanda milli ictimai şüurun inkişafında əhəmiyyətli rol oynamışdır.

Haşım bəy Vəzirov həm də tanınmış dramaturq idi. O, "Döymə qapımı, döyərlər qapını", "Evlənmək su içmək deyil" və "Xan-xan" komediyalarının müəllifıdir. Şekspirin "Otello" faciəsini və "Məktəb tərbiyəsi", "Cinlər və şeytanlar", "Çox arvadlılıq", "Sillə" kitablarını rus dilindən tərcümə etmişdir.

XX əsrin əvvəllərində Azərbaycanda mətbəə və nəĢriyyat iĢlərinin inkiĢafında Vəzirovun böyük xidmətləri olmuşdur. Azərbaycan kitab mədəniyyətinin bir sıra qiymətli nümunələri onun "Səda" nəşriyyatında işıq üzü görmüşdür.

* * *

Əsəri: Kefım gələndə (tərtib edəni və "Haşım bəy Vəzirov" adlı müqəddimənin müəllifi A.Zeynalov), B., 2001.

Ədəbiyyat: Quliyev V. Tarixdə iz qoyan şəxsiyyətlər, - B., 2000; Ağayev İ., Əliabbas Müznib. Həyatı, yaradıcılığı, əsərlərindən seçmələr., 2003.

Mənbə:

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. II cild. Bakı, "Lider” nəşriyyatı, 2005, 472 səh.

 * * *

Nazir, jurnalisti, tərcüməçi, maarifpərvər Haşım bəy Mir İman oğlu Vəzirov 1868-ci ildə Şuşada doğulmuş, 1916-cı ildə Bakıda vəfat etmişdir. İlk təhsilini atasından, Şuşanın ruhanilərindən, sonralar Şuşanın xüsusi məktəblərində, Şuşa şəhər məktəbində və İrəvan seminariyasında almışdır. Gənclik illərindən ərəb, fars, osmanlı türkcəsi, rus, alman, fransız və latın dillərini müstəqil öyrənmiş, bir neçə kiçik həcmli əsər də yazmışdır (məsələn, "Məktəb tərbiyəsi", "Evlənmək su içmək deyil" və s.).

Azərbaycanın bir neçə bölgəsində 19 il müəllim və müfəttiş işləmiş, sonrakı illərdə jurnalistliklə və tərcüməçiliklə məşğul olmuşdur. XIX əsrin 90-cı illərində "Kaspi" və "Novoye obozreniye" qəzetlərində, "Sbornik materialov dlya opisaniya plemyon i mestnostey Kavkaza" məcmuəsində məqalələrini dərc etdirmiş, həmin nəşrlərin əsas müəlliflərindən və ştatdankənar əməkdaşlarından olmuşdur. 1890-cı illərdə eyni zamanda tərcüməçiliklə də məşğul olmuş, V.Şekspirin "Otello" və s. əsərlərini Azərbaycan türkcəsinə çevirmişdir.

1905-ci ildə Bakıya gəlmiş, "İrşad" qəzetində işə başlamış, bir neçə ildən sonra qəzetin məsul redaktoru olmuşdur. 1907-ci ildən "Tazə həyat" qəzetini nəşr etmiş, lakin hökumət təqibləri səbəbindən qəzet "İttifaq", "Səda", "Sədayi-vətən" və b. adlarla çıxmışdır. 1911-ci ildə "Kavkazets" qəzetini təsis etmiş, qəzetin naşiri və redaktoru da özü olmuşdur.

Mənbə:

Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006, 248 səh.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009