ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XIX əsr > Həsən bəy Hadi

Həsən Hadi Qarabaği

(1826 (35) - 1900)

 

Həsən bəy Rzaqulu bəy oğlu Əlibəyov (Hadi) 1835-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini Mirzə Kərim bəy Hacı Mirzə Məhəmməd bəy oğlundan almışdı. Ticarətlə məşğul idi. Əsasən Qaryagin (indiki Füzuli) şəhərindəki bazarda dükan işlədirdi.

Təzkirəçi Mir Möhsün Nəvvab öz ünlü əsəri "Təzkireyi-Nəvvab"da deyirdi: "Ağa Həsən bəy Rzaqulu bəy oğlu Qarabağın Şuşa əhalisindən, Hacıyusifli məhəlləsındəndir. Şuşada da anadan olub. Düz əxlaqlı, qarasifət, qaragöz bir kişi idi. Təxəllüsü Hadi, alverlə məşğuldu, həcvlər, satiralar, qəzəllər və pərakəndə şerləri var".

Həsən bəy dövrünün tanınan şairlərindən idi. “Hadi” təxəllüsü ilə şeir yazırdı. O, eyni zamanda, nüfuzlu, tanınmış din xadimi idi. Həsən bəy Hadi "Əkinçi" qəzetinin redaktoru Həsən bəy Zərdabi ilə çəkişirdi. Həsən bəy Zərdabinin mətbu yazılarında dindarlar əleyhinə sərt çıxışlar olduğundan, Həsən Qara Hadi də belə yazılar dərc edilən qəzeti ciddi tənqid edirdi.

Qəzetin aşura sataşmalarına həcvlərlə cavab verirdi. Seyid Əzim Şirvani onu Həsən bəy Zərdabiyə görə tənqid etmişdi.

Həsən bəy Hadi 1900-cü ildə Qaryagin (indiki Füzuli) şəhərində vəfat edib. Bərdə şəhərində İmamzadə qəbirstanlığında dəfn edilib.

* * *

Yaradıcılığı

 

Könül nə zülfünə bel bağlayaydı, xürrəm olaydı,

Nə cövri-şanə çəkəydi, nə zarü dərhəm olaydı.

 

Nə hərgiz elmi-mümma olaydı ələmdə,

Nə nöqteyi-dəhənin böylə sirri-mübhəm olaydı.

 

Nə gözlərin olaydı qəza ciyər qanı,

Nə kipriyin ona xəncərmisal həmdəm olaydi.

 

Nə tiri-qəmzəyə talib olaydı suzani-dil,

Nə ahi-şölə çəkəydi, nə didə pürnəm olaydı.

 

Nə arizin ərəqbus edəydi məhrəm tək,

Nə həşir olunca gözüm gül üzündə şəbnəm olaydi.

 

Nə əmrü nəhyədən eraz edəydi bir aşiq,

Nə rövzə içrə o bietibar adəm olaydı.

 

Nə xubrilər adı bivəfalıqda məşhur,

Nə əhli eşq məcazi hərimə məhrəm olaydı.

 

Olaydı xəlqi cahan cümlə qüssədən azad,

Tamami dərdi zəmanə mənə müəəlləm olaydı.

 

Nə Hadi vəsli sənə üz verəydi aləmdə,

Nə də rəqibi-siyəhdil hərifi-aləm olaydı.

* * *

Mənbə:

Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.

* * *

►Mövzuya dair:

Viranələr küncündə qalan şair

 

Bədii irsi əsasən, həcvlərdən və klassik üslubda yayılmış qəzəllərdən ibarət olan Həsən bəy Rzaqulu bəy oğlu – Həsən Hadi Qarabaği 1826-cı ildə Şuşanın Hacı Yusifli məhəlləsində dünyaya gəlmişdir. İlk təhsilini mollaxanada alan Həsənbəy lap kiçik vaxtlarından olduqca dindar və mühavizəkar bir aləmdə böyümüşdü. Gənc yaşlarından poeziya vurğunu olnuş, sonralar “Məclisi-fəramuşan” ədəbi dərnəyinin əsas uzvlərindən sayılmışddır. 1900-cu ildə 74 yaşında vəfat etmişdir.

İlk Azərbaycan milli qəzeti “Əkinçi”nin 1877-ci il 4 yanvar tarixli 1-ci nömrəsində qəzetin əməkdaşı Əhsənül-Qəvaidin məhərrəmlik təziyədarlığında başyarma mərasimi əleyhinə ifşaedici yazısı Qafqazın bütün müsəlman əyalətlərində böyük əks-səda doğurdu, geniş mübahisələrə səbəb oldu, hər yerdən qaraguruçu, cəhaləpərəst adamlar qəzetə və onun əməkdaşlarına qarşı aramsız hücuma keçdilər. Zaqafqaziya şeyxülislamı, axund Əhməd Hüseynzadə kapitan Sultanov, Həsən Qara Hadi kimi mühavizəkar ruhlu ziyalılar da mürtəce qüvvələrə qoşulub, qəzetin ünvanına ardı-arası kəsilmədən hədə-qorxu məktubları, həcvlər yazıb göndərirdilər.

“Əkinçi”nin redaktoru Həsənbəy Zərdabi də sırf dindar cəbhədən yazılmış həmin yazılara qəzetin səhifələrində səxavətlə yer ayırır, bununla da bu məsələni ümumxalq müzakirəsinə çıxarırdı. əzetin amakdaşları da növbələrində həmin adamlara əsaslı və tutarlı cavablar verirdilər. Həsən Qara Hadinin həcvinə Tiflisdən Mirzə Fətəli Axundov, Şamaxıdan Seyid Əzim Şirvani cavab vermiş, onu bərk tənqid atəşinə tutmtşdular. Seyid Əzim satirik dillə hadiy ül-Müzəllin Qarabağiyə - Həsən Qara Hadiyə deyirdi ki, “can sənin, xəncər sənin, başını çap, qoy bu oyunbazlığa aləm tamaşa eləsin”. Həsən Qara Hadi isə qəzəblənərək Seyid Əzim Şirvani əxlaqdan kənar bir həcv yazıb göndərmişdi. Özü demişkən, “viranələr küncündə qalan” şairin yaradacılığından nümunələr hələlik əlimizdə çox azdır.

Vasif Quliyev,

yazıçı-jurnalist

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009