ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XIX əsr > Aşıq Mahmud

Aşıq Mahmud

(1792-1882)

 

XIX əsrdə Qarabağda – Cəbrayılda yaşayıb-yaratmış başqa bir el sənətkarı Aşıq Mahmuddur. Aşıq Mahmud təxminən 1790-1792-ci illərdə Quşçular kəndində anadan olmuş, 1882-ci illərdə vəfat etmişdir.

Aşıq Mahmudun savadı olmamışdır. Lakin onun şeirləri öz müasirləri və həmkəndliləri tərəfindən sevilərək ağızdan-ağıza yayılırdı. Ona görə da aşığın şeirləinin az bir qismi təxminən 20-yə qədər şeir əlimizə çatmışdır. “Aşıq Mahmudun şeirlərinin çox hissəsini onun dostu və müasiri, ədəbiyyat həvəskarı Yəhya Çələbi toplamışdır” (“Ədəbiyyat qəzeti” 1936. №21).

Şöhrəti mahalın hər tərəfinə yayılmış, hətta Arazın o tayına gedib çatmış bu kəndli aşığın bir tərəfdən gözəl saz çalması, məclis aparması, digər tərəfdən qoşduğu xalqın ürəyindən xəbər verən şeirləri onu müasirlərinə sevdirirdi.

Aşığın yaradııcılığının əsas hissəsini ictimai motivli lirik şeirləri təşkil edir. Onun bu mövzuda yazdığı qoşma, gəraylı, təcnis və bayatılarda xalqın ağır həyatını görən yalnız sazına və sözünə gücü çatan vətənpərvər bir el sənətkarının qəmli fəryadları eşidilməkdə, feodal zülmünə məruz qalan silahsız, lakin qorxmaz bir kəndlinin üsyankar ruhu duyulmaqdadır:  

  Aqil bəndələr, sizə ərz eyləyim,

 Dünyada gün gördüm damıdan betər,

 Ağır dağarcıqdır, nazik bir eşmə,

 Kəsibdi boynumu samıdan betər.

 - deyən aşıq bu dünyada kəndlinin gününün cəhənnəmdən betər olduğunu göstərir və artıq belə yaşayışın çox getməyəcəyini dolayı yolla da olsa çatdırırdı.

Bildiyimiz kimi XIX əsrin ikinci yarısı kəndli-mülkədar ziddiyyətlərinin ən kəskinləşdiyi bir dövr idi. Çar hökuməti ucqarlardakı torpaq sahələrini ayrı-ayrı dərəbəylərə həvalə etmişdi. Aşıq Mahmudun yaşadığı Əhmədli-Quşçular kəndi də belə dərəbəylərin əlində idi. (Bu yerlərin hakimi Qarabağ xanı Mehdiqulu xanın yaxın qohumu Rüstəm bəy idi). Onlar da bu torpaqlardan istədikləri kimi istifafdə edir, vergiləri artırır, daha çox gəlir götürməyə çalışırdılar.

Bütün bu maddi təzyiqlər, məhrumiyyətlər Aşıq Mahmudun şeirlərində öz əksini tapırdı. Kəndli aşıq zülm və istismar dünyasının yaramazlıqlarını qamçılayır, xalqın ağır həyatını üərk ağrısıyla təsvir edirdi:

  Bağban oldum qönçə gülüm dərmədim,

 Bülbül kimi düşdüm zarə, günbəgün.

 Dünya, sənin ağ gününü görmədim,

 Ömrüm keçdi səndə qarə günbəgün.  

 

 Hara gedək Əhmədlinin əlindən,

 Baş açmadım tövcikarın felindən,

 Neçə nəfər məafların əlindan,

 Biz fağırlar gəldik zarə günbəgün.

Lakin aşıq bu qaranlıqlar içindən nə vaxtsa bir ağ günün gələcəyini böyük bir nikbinliklə tərənnüm edir, işıqlı gələcəyə aydın inamla baxırdı.Aşıq Mahmud daha çox ictimai motivli şeirlər yazsa da, onun məhəbbət mövzusuna dair çoxlu şeirləri vardı. Bu şeirlərdə dərin bir məhəbbətlə sevən, sevdiyinin yolunda canını qurban verməyə hazır olan sədaqətli, etibarlı bir aşiqlə tanış olur, onun iztirablarına şərik oluruq:  

 Düşdüm bir dərmansız dərdə,

 Yetən yox dada, mən neynim.

 Dərin dəryada qərq oldum,

 Görünməz ada, mən neynim.  

- deyən aşıq sevgilisinin yolunda gecə-gündüz pərvanə kimi yanmağa hazır olduğunu, heç olmazsa onun qapısı ağzında olmağın özü üçün bir xoşbəxtlik, bəxtəvərlik olacağını poetik dillə ifadə edir:

 Könül istər gecə-gündüz hey yana,

 Camalı oduna misli-pərvana.

 Aşıq Mahmud, çox dolanma hər yana,

 Dərində gəz dolan gahi dilbərin.  

Aşıq Mahmud maddi təzyiqlərdən əlavə mənəvi təhqirlərə də məruz qalır, ölümlə təhdid edilirdi. Mahalın şəriət hakimi olan Çələbi Əfəndi ona şeir deməyi qadağan esir, guya şeir deməyin günah iş olduğunu, şəriət qanunları ilə bir araya sığmadığını göstərir, ona hədə-qorxu gəlirdi. Buna görə də aşıq Mahmud dostu və müasiri şair seyid Mir Həmzə Nigariyə mürəziət edir, ondan kömək istəyir. Nigari onu yaradıcılığa daha da ruhlandırır və şeir deməkdə davam etməyini tövsiyə edir.

Qeyd etdiyimiz maddi çatışmazlıqlar, mənəvi təhqirlər yüzlərlə əkinçini-kəndlini öz doğma yurdlarından baş götürüb Osmanlı torpaqlarına pənah aparmağa məcbur edirdi. Bir neçə gecənin içərisində kəndlilərin böyük əksəriyyətinin qaçdığını görən mülkədarlar məsələni çar hökuməti nümayəndələrinə xəbər verir, bu işin təşkilatçılarından birinin də Aşıq Mahmud olduğunu deyirlər. Ona görə də aşığı çağırıb incidir, yenə hədə-qorxu gəlirlər. Bundan hiddətlənən aşıq aşağıdakı həcvi yazır:  

 Məni işdə başdır deyən,

 Özü, görüm ayaq olsun

 At tapmasın heç minməyə,

 İl uzunu yayaq olsun.

Bundan bir qədər sonra Aşıq Mahmud da gecənin birində öz həmkəndliləri ilə Osmanlı torpaqlarına üz tutur və orada da qoca yaşlarında facianə bir surətdə vəfat edir.

Tariyel Abbaslı,

filologiya üzrə fəlsəfə doktoru

Mənbə:

http://www.fact-info.az/ts_general/azl/aktual_az/musahibe/musahibe-71.htm

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009