ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XX əsr > Aşıq Humay

Aşıq Humay

(1893-1971)

 

Qarabağ ədəbi mühitinin aparıcı bir qolu olan Cəbrayıl torpağında XX əsrdə də aşıq yaradıcılığı inkişaf edirdi. Bu dövrdə yaşamış el nəğməkarlarından biri aşıq Humaydır.

Humay Qüdrət oğlu Əsgərov 1893-cü ildə Daşkəsən kəndində anadan olmuşdur. Kənddə təşkil edilmiş rus-tatar məktəbində oxuduqdan sonra bir müddət Rusiya şəhərlərində olmuş, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə kəndə qayıdaraq ömrünü əbədilik sədəfli saza bağlamışdır. 1921-ci ildən isə peşəkar aşıq kimi fəaliyyətə başlamışdır.

Ağsaqqalların dediyinə görə, kamil saz ustası olan Aşıq Humay el havalarını tarda və qarmonda da eyni məharətlə ifa edirdi. O, sinədəftər idi, saz götürərkən qoşma qoşmaq üçün fikirləşməyə, kağız-qələm götürməyə ehtiyac duymurdu.

Aşığın 20-ci illərdə yazdığı şeirlərinin cüzi bir hissəsi əlimizə çatmışdır. Bu şeirlərin nə vaxt yazıldığı məlum deyil. Lakin qoşmaların məzmunundan onların hansı illərin məhsulu olduğu aydın olur. Məsələn, aşığın “Ay ellər” adlı qoşmasını sovet hakimiyyətinin ilk illərinə aid etmək olar. Aşıq yeni dövranı belə tərənnüm edir:  

 Ay ellər, obalar eşidin məni,

 Humayam əhdimə çatan günümdür.

 Fəryadı, naləni, qəmi, qüssəni,

 Kasıblıq daşını atan günümdür.  

Aşığın “Demirəm hələ” isə qoşması kolxoz quruculuğu ilə əlaqədardır. Kolxozlaşmanın xalqa verdiyi səmərədən, kolxozçuların maddi vəziyyətinin yaxşılaşmasından bəcdə gələn aşıq yazır:  

 Balabançı, dayan, zilə çəkmə sən,

 Böyük bir dastanı demirəm hələ.

 Öz doğma obamdan deyəcəyəm mən,

 Quycaq, Maralyanı, demirəm hələ.

 

 Evlərimiz buludlarla öpüşür,

 Baxçamızda şux bülbüllər ötüşür,

 Yüz əmək gününə bir pud yağ düşür,

 Arpanı, buğdanı demirəm hələ.

1930-cu illər Aşıq Humayın yaradıcılığında, demək olar ki, ən məhsuldar dövrdür. Bu illərdə qoşma və gəraylılardan əlavə, aşıq 12 dastanın özünəməxsus variantlarını işləyib hazırlamışdır. Bu dövrdə yazdığı şeirlərin çoxu Vətənə, doğma yurdun təsvirinə həsr olunmuşdur.

Aşıq Humay 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında verilən konsertlərdə də iştirak etmişdir. Sovet İttifaqının paytaxtında olduğu müddətdə bir neçə qoşması rus dilinə tərcümə olunmuşdur.

Ağır sınaq illərində - müharibə illərində Aşıq Humay şeirlərinin çoxunu vətən uğrunda mübarizəyə həsr etmişdir. Bu mövzuda ilk qoşmasını 1941-ci ildə oğlunu cəbhəyə yola salan gün yazmışdır:

 Gəl, bir öpüm, oğul, o gözlərindən,

 Get hərb meydanına düşmən xar olsun.

 Qisas al vətənin düşmənlərindən,

 Qoy ellər, obalar bəxtiyar olsun.

Müharibə illərində aşığın yazmış olduğu iki şeirə - “Olsun” və “Dənizçi” şeirlərinə bəstəkar Ağabacı Rzayeva musiqi bəstələnmiş və o illərin ən çox sevilən nəğmələrindən olmuşdur.

Aşıq məhəbbət mövzusuna da tez-tez müraciət edirdi. Onun müxtəlif illərdə məhəbbət mövzusunda yazdığı lirik şeirlər özü tərəfindən ayrıca dəftərçəyə köçürülmüşdür. Təəssüf ki, baxımsızlıq ucundan burada yazılanların bir hissəsi pozulmuşdur. Bu qoşmaların ayrı-ayrı bəndlərində aşığın səmimi duyğuları göstərilir. “Bir canan dərdi” qoşmasında oxuyuruq:

 Sevdim bir mələyi, yarı bağçada,

 Cəfa çəkib əkdim narı bağçada,

 Xəzan qənim çıxdı, barı bağçada,

 Tökdü nübarımı bir canan dərdi.   

 

 “Qara qaşlar” şeirində isə deyilir:   

 

 Nədir rəqs edirsən bir kaman kimi,

 İşvəli, qəmzəli bir canan kimi,

 Alırsan canımı can alan kimi,

 Məftunu olduğum, ay qara qaşlar.

Həyatının son illərinə qədər yaradıcılığını davam etdirən Aşıq Humay 1971-ci ildə vəfat etmişdir. Məzarı Daşkəsən kənd qəbristanlığındadır.

Tariyel Abbaslı,

filologiya üzrə fəlsəfə doktoru

Mənbə:

http://www.fact-info.az/ts_general/azl/aktual_az/musahibe/musahibe-71.htm

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009