ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XIX əsr > Mirzə Həsən bəy Mirzə

Mirzə Həsən Vəzirov

(1791-1840)

 

Şair Mırzə Həsən bəy Mirzə Cəfər ağa oğlu Vəzirov 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Rus, ərəb, fars dillərini bilirdi.

Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar.

F. Köçərli yazır: "Mirzә Hәsәn İbrahim xanın müqәrriblәrindәn Әlimәhәmmәd ağanın nәvәsi vә Mirzә Cәfәrin oğludur. Mirzә Hәsәn ziyadә mәrifәtli, xoşxülq vә sahibcamal bir zat imiş vә tәbi-şeiriyyәsi dә var imiş. Әvaili-sinnindә tәrki-vәtәn edib Şәki xanlığına müsafirәt edir vә orada Nuxa şәhәrindә yeni açılmış rus dәftәrxanasında münşilik әmrinә mәşğul olur.

Vәli ömrünün hәnuz cavan çağında haman sәrzәmindә dari-bәqaya rehlәt edir. Öz vәsiyyәtinә görә, cәnazәsi әsl vәtәni Şuşa şәhәrinә nәql olunur vә şәhәrin şimali-şәrqisindә bir verst kәnarda dәfn olunur vә o mәrhumun adı ilә mәzarıstan әlan adlanır ki, "Mirzә Hәsәn qәbristanlığı" deyilir.

Mirzә Hәsәnin qürbәtdә vәfatı öz qohum-әqrәbasına vә xüsusәn, şüәravü ürәfa silkinә artıq dәrәcәdә tәsir elәyir vә hәr birisi bir növ növhә ilә o mәrhumun övsafi-cәmilәsini zikr elәyir.

O cümlәdәn Mirzә Әbülhәsәn Şәhid tәxәllüs bu fәrdi onun maddeyi-tarixindә demişdir:

Şәhid qoft besale-vәfatәş in mesrә:

Hezar ah in qamәt hezar әfsus.

Tərcüməsi:

Şәhid onun vәfatı ilinә bu misranı dedi:

Bu qamәtә min ah, min tәәssuf".

Mirzə Həsən 1840-cı ildə vəfat edib.

* * *

Yaradıcılığı

 

Lalә yanağında badi-sәbadәn

Ucu tәr cıqqalı tellәr oynaşır.

Süzgün baxışından xumar gözlәrin

Hiylәlәr, fitnәlәr, fellәr oynaşır.

 

Cәm olubdur hüsnün, bu vәcahәtin,

Yetmәsin zәvalә çeşmi-afәtin,

Yayınsa bir zaman sәrvi-qamәtin,

Gözüm içrә qanlı sellәr oynaşır.

 

Boyun yaraşıqda qiyamәt eylәr,

İşvәni, qәmzәni bu babәt eylәr,

Ağ mәmә köynәyә zәrafәt eylәr,

Kәmәr ilә nazik bellәr oynaşır.

 

Mum tәk incәlmişәm incә belindәn,

Sövdayә düşmüşәm siyәh telindәn,

Titrәdikcә zülfün sәhәr yelindәn,

Sanasan gülşәndә güllәr oynaşır.

 

Etdikcә vәsfini Mirzә mükәrrәr,

Tazәlәnib ruhum olur müәttәr,

Gülüstanda zülfün kimi müәnbәr

Nә susәnlәr, nә sünbüllәr oynaşır.

* * *

Mənbə:

Ənvər Çingizoğlu. Vəzirovlar soyu. Bakı: "Soy" dərgisinin xüsusi buraxılışı, 2008, 88 səh.

* * *

►Mövzuya dair:

“Mirzə Həsən”in ilk sakini

 

Şuşanın girəcəyində “Gəncə qapısı”ndan bir az aralıda bir qəbristanlıq var. Bu məzarıstana “Mirzə Həsən qəbristanləğə” deyirlər. Son yüz əlli ildə bura adi adamlardan tutmuş neçə-neçə tarixi şəxsiyyətin – yazıçı, alim, şair, memar, xəttat və s. Sənət adamlarının son məskəni, əbədi yurdu olub. Bəs Mirzə Həsən kimdir və nə üçün bu müqəddəs yer onun adıyla adlanır?

Mirzə Həsən Mirzə Cəfər oğlu Vəzirov məşhur Cavanşirlər nəslinin Vəzirlilər qolundandır. XVIII əsrin sonlarında Şuşada doğulmuş, 1840-cı ilin may ayında vəfat etmişdir. O, dövrünün lirik, aşiqanə səpkidə yazan sənətkarlarından olmuş, Qasım bəy Zakir, Məhəmməd bəy Aşiq, Cəfərqulu xan Nəva, Aşiq Pəri, Kərbəlayi Abdulla Canızadə, Mirzəcan Mədətov, Mirzə Əbülhəsən Şəhid, Səba kimi tanınmış Qarabağ şairləri ilə bir dövrdə yaşayıb-yaratmışdır.

“Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahib-camal bir zat imiş və təbi şeriyyəti də var imiş... Mirzeyi-mərhum – müasirləri arasında sahibi-kəmalü mərifət bir şəxs sayıldığından xatiri artıq dərəcədə əziz tutularmış”. Bu kəlamlar məşhur Azərbaycan pedaqoqu, alimi və tənqidçisi Firidun bəy Köçərlinin sözləridir. Mir Mohsun Nəvvab isə özünün “Təzkireyi-Nəvvab” adlı əsərində yazır: “O, Qarabağda böyük hörmət-izzət sahibi, yaxşı görkəmli, xoş qamətli və şirindilli bir cavan imiş”.

“Dürr mənalı şerlər yazan”, “qələmindən Çin müşkünün ətri səpilən” (Abdulla Canızadə) Mirzə Həsən Vəzirov şerlərini əsasən, “Mirzə” və “Mirzə Həsən” təxəllüsü ilə imzalayırdı. O, Vaqif ədəbi məktəbinin davamçısı idi və müasirlərinin çoxundan fərqli olaraq sırf Azərbaycan dilində yazırdı. Şairin şerlərində ərəb, fars, türk tərkiblərinə çox az-az rast gəlmək olar. Mirzə Həsənin ədəbi irsi bizə tam gəlib çatmasa da, əldə olan nümunələr onun istedadlı bir şair olduğunu göstərir.

Şair gənc yaşlarında Şuşada bir qız sevmiş və onların bu sevgiləri daşa dəymişdi. Ona görə də uğursuz məhəbbət onu baş götürərək vətənindən uzaqlara, qürbət bir elə üz tutub getməyə məcbur edir. Nuxaya göçür və burda dövlət qulluğunda – rus dəftərxanasında işləməyə başlayır.

Mirzə Həsən Nuzada yaşayarkən doğma Şuşasını və keçmiş qələm yoldaşlarını də unutmur. Həmyerliləri ilə müntəzəm əlaqə saxlayırdı. Arabir onlara məktubla şer yazıb göndərirdi. Yuxarıda adlarını çəkdiyimiz şairlərin demək olar ki, hamısı ilə Mirzə Həsənin şerləşməsi məlumdur.

Bir müddət Huxada yaşayandan sonra Vətəninin və sevgilisinin həsrəti onu ağır və sağalmaz xəstəliyə düçar edir. Artıq dünyadan tezliklə köçəcəyini duyay zəstə və nakam şair vəsiyyət edir ki, onu Şuşada, bir vaxtlar sevhilisi olmuş qızın gəlib-getdiyi yolun kənarında ləfn etsinlər. Təxminən əlli yaşında həyatdan köçən Mirzə Həsənin cənazəsini Şuşaya gətirdilər. Onun ölümü bütün həmyerlilərinə, o cümlədən də, şair dostlarına bərk təsir edir. Çoxları onun vəfatına növhə yazır, bayatı qoşur, şer həsr eləyirlər. Şuşalılar sevimli şairlərini, əziz və istəkli adamlarını şəhərin şimal-şərqində, qala divarlarından bir qədər aralı, yol üstündə dəfn edirdilər.

Bununla Şuşada yeni bir qəbristanlıq salınır və onun ilk “sakini” də Mirzə Həsən olur. Həmin vaxtdan bugünəcən də ora “Mirzə Həsən qəbristanlığı” adlanır.

Vasif Quliyev,

yazıçı-jurnalist



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009