ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XIX əsr > Rzaqulu bəy Vəzirov

Rzaqulu bəy Vəzirov

(1814-1875)

 

Tarixçi-yazar Rzaqulu bəy Mirzə Camal bəy oğlu Vəzirov 1814-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi. "Qarabağnamə”lərin müəlliflərindən olan Mirzə Camal Cavanşir Qarabağinin (1773-1853) oğludur.

Əslən Cavanşir-Dizaq mahalının Hacılı camaatındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Şuşa qəzasının Çıləbörd sahəsidə murov yardımçısı, sonra murov vəzifələrində çalışmışdı. 1842-ci ildə praporşik rütbəsi almışdı. O, Mirzə Fətəli Axundovla dost idi. Yazışırdılar.

Rzaqulu bəy Vəzirov 1875-ci ildə vəfat edib.

Rzaqulu bəy Hacı Ağalar xan Qasım bəy oğlu Sarıcalı-Cavanşirin qızı Dürnisə bəyimlə ailə qurmuşdu. Həşim bəy, Məhəmmədşəfi (Məmiş) bəy, Camal bəy adlı oğulları, Nənəxanım xanım, Güllü xanım və Züleyxa xanım adlı qızları vardı.

* * *

Rzaqulu bəy Vəzirov Azərbaycan tarixini və ədəbiyyatını gözəl bilirdi. Bu sahələrdə qələmini işlətmişdi. Bioqraf kimi də çalışmışdı.

Onun qələmindən “Dəftəre vəqaye və keyfiyyəte hökumət və istiqlale xəvanin məğfurun, mərhumun Pənah xan, İbrahim xan dər vilayəte Qərabağ” adlı tarixi əsər, “Müqəddimati keyfiyyəti bəzi əhvalat və sərgüzəştü Axund Molla Əlipənah Vaqif təxəllüs” və Müqəddimati-sərgüzəştü Qasım bəy Zakir təxəllüs” adlı bioqrafik əsərlər çıxıb.

Rzaqulu bəy Vəzirovun tarixi dərindən bilməsində təəccüblü heç nə yoxdur. Onun ilkin informatoru görkəmli tarixçi olan atası Mirzə Camal Cavanşir idi. Qocaman tarixçi oğlunu bu sahədə qələm çalmağa həvəsləndirirdi.

Rzaqulu bəy atasının “İran tarixi” adlı əsərini redaktə etmiş, üzünü köçürmək üçün katiblərə təqdim etmişdi.

* * *

Mənbə:

Rzaqulu Vəzirov. Əsərləri. “Soy” dərgisinin özəl nəşri, 2005, 88 səh.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009