ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ ədəbiyyatı: xronoqraf > XIX əsr > Ağa Hüseyn Arif

Ağa Hüseyn Arif

(? - 1813)

 

XVIII əsrin sonu - XIX əsrin əvvəlində Qarabağ şairləri arasında tanınan Ağa Hüseyn Arif əslən Cənubi Azərbaycandan idi. Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl mədrəsə təhsili görmüşdü.

Arif təxəllüsü ilə incə təbli şeirlər yazırdı. İbrahimxəlil xan Cavanşirin Təbrizə yürüşünü şeirlərində pisləmişdi.

Ağa Hüseyn Arif bu yürüşlə bağlı yazırdı:

 

Vurhavur, zülmi-Cavanşirə dəxi qalmadı tab,

Dağılıb hər biri bir guşədə pünhan оldu…

 

Ağa Hüseyn bu şeirindən sonra Təbrizdə Dünbililərin zülmünə dözməyib, tənqid etdiyi İbrahimxəlil xan Cavanşirə pənahlandı. Köçüb Şuşa şəhərində məskunlaşdı. Qarabağ xanı onu Şuşada evlə, hər cür şəraitlə təmin etdi.

Ağa Hüseyn Arif Şuşada yaradıcılığını davam etdirdi. Divan bağladı.

Ağa Hüseyn Arif 1813-cü ildə vəfat edib.

Ağa Hüseyn Bədirlə ailə qurmuşdu. Əbdürrəzzaq, Baba, Əzim, Həzrətqulu adlı оğulları, Səkinə adlı qızı vardı.

* * *

Mənbə:

Ənvər Çingizoğlu. Ağa Hüseyn arifin törəmələri. "Soy", 9 (17). Bakı, 2008.

* * *

►Bax həmçinin:

 

Ağahüseyn "Arif" təxəllüs

 

Mәhәmmәd ağa Müctәhidzadә[nin] "Riyazül-aşiqin" ünvanı ilә tәrtib etdiyi "Tәzkirәtüş-şüәra"sında verdiyi mәlumata görә, Arif Molla Pәnah dövrünün şüәrasındandır.

Nişatın vә Ağamәsih Şirvaninin müasiri imiş. Әsli vә nәsәbi İrana mütәәlliqdir. Tәvәllüd edib Tәbrizdә, sonraları Qafqaziya torpağına hicrәt edib vә Şuşa şәhәrini mәhәlli-iqamәt etmişdir. Çox arif, danişmәnd vә bәzi elmlәrә dara bir şәxs imiş. Tәbii şeriyyәsi dәxi var imiş.

Hicrәti-rәsulun 1220-ci sәnәsindә ömrünün şüşәsi Şuşa şәhәrindә daşa toxunub sınmışdır.

Aşağıda yazılan qәzәllәr onun әsәrlәrindәndir:  

 

Sәba, qәmxarım ol, qәmxarıma dәrdi-dil izhar et,

Xәbәrdar olmayan qәmxarımı qәmdәn xәbәrdar et!

 

Yetişcәk sayәvәş toprağә düş, qәmxarıma söylә,

Qәmi-hicrindә hali-zarımı izhari-qәmxar et -

 

Ki, ey peymanşikәn, mehrü vәfası olmayan dilbәr,

Tәrafül eylәmә, bir lәhzә әzmi-kuyi-dildar et!

 

Әlindәn öp, ona şәrh eylә әhvali-pәrişanı,

Әyağına düşüb öz başın üçün yarә izhar et -

 

Ki, gәlmiş aşiqi-biçarә yanından sәba, söylәr -  

Ki, ey qәmxar, xabi-nazdәn cananı bidar et.

 

Әcәl vermәz aman, can nәqdini almaq dilәr sәndәn,

Bu fәrdi naleyi-fәryad ilә hәr lәhzә tәkrar et -

 

Ki, hәsrәt getdi Arif, görmәdi yarın bu dünyada,

Rәqibi, bar ilaha, mәn kimi mәhrumi-didar et!

* * * * *

Mümkün olmaz yarı görmәk bir zaman әğyarsız,

Gülşәnin dövründә kim görmüş gül olsun xarsız?!

 

Dövri dönmüş dövri-dövran bulmadı kamımca seyr,

Çәrxi-kәcrәftarı bir dәm görmәdim azarsız.

 

Qәdrü qiymәtlәr tapıb kuyindә yarın qeyrlәr,

Leyk mәn qaldım qәmi-hicran ara qәmxarsız.

 

Qәm mәni pamal qıldı, ey müsәlmanan, haray,

Olmasın kafir dә, ya rәb, mәn kimi qәmxarsız.

 

Qәbrimin daşına yaz, ey әhli-dil, bu misrәi:

Verdi Arif canını min hәsrәt ilә yarsız.

* * * * *

Günәş nuru deyil pәrtöv salıb kövnü mәkan üzrә,

Yüzün nurudur ol, ey mәh, düşüb әks asiman üzrә.

 

Rәvan ol canibi-bostanә, ey sәrvi-rәvan, ta gör,

Üzün toprağә qoymuş sәrvi-sәrkeş busitan üzrә.

 

Saraldı nәrgisi-mәstin qәmindәn natәvan nәrgis,

Üzün gül gördü, xiclәtdәn qızardı gülsitan üzrә.

 

Götürgәc pәrdә yüzdәn şurişü qovğa bülәnd oldu,

Qiyam etdi qiyamından qiyamәtlәr cahan üzrә.

 

Qәdәm bas başına, ta payimal et, sәrfәraz olsun,

Qoyub baş xәstә Arif pasiban tәk asitan üzrә.

 

Bu qәzәllәrdәn Arifin zәrif vә xoştәb bir şair olduğu anlaşılır. Heyfa ki, tәqazayi-zaman elә imiş ki, Arif kimi şairlәrimiz dilbәrin vәsfindәn, rәqibin sitәmindәn, fәraqın әlәmindәn çәrxi-kәcrәftarın cövrü zülmündәn başqa bir şey vücuda gәtirmәyә qadir deyilmişlәr. Vә necә ki, o vaxtın şairi Nabi әfәndi deyibdir:

 

Çıxamaz daireyi-dilbәrdәn,

Qәddü xәddü lәbü çeşmi-tәrdәn.

 

Gәh baharә dolaşur, gәh çәmәnә.

İlişür sәrvü gülü yasәmәnә.

 

Rәhi-narәftәdә cövlan edәmәz,

Sapa vadilәri seyran edәmәz.

 

Arifin yuxarıda yazılan qәzәllәrindәn sәva yenә bir çox әsәrlәri alicәnab müfti әfәndi Qaibzadәnin "Mәcmuә"sindә mәsturdur.

* * *

Mənbə:

Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı: 2 cilddə. –Bakı: Elm. I cild. - 1978. -599 s.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009