ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Yanvar > 23

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün” bölməsi elektron xronoqraf formatında tərtib olunub.

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 23 yanvar hansı fakt və olaylarla yadda qalıb?

 

23 yanvar

 

1920 - RSFSR-in xarici işlər naziri Çiçerin Azərbaycan Xalq Cümhuriyyəti hökumətindən general Denikinə qarşı müharibəyə qoşulmağı tələb edən ikinci notanı Bakıya göndərib. Azərbaycan bolşevik Rusiyasının tələbini növbəti dəfə rədd etdi.

* * *

1927 - Xalq artisti, tanınmış rəqqas Böyükağa Məmmədov anadan olub.

* * *

1935 - Şair, dramaturq Cahangir Atakişi oğlu Məmmədov anadan olub.

* * *

1945 - Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması barədə qərar verilib. 1920-ci illərdə respublikada elmi tədqiqatlar Bakı Dövlət Universitetində mərkəzləşmişdi. 1925-ci ildə Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyəti yaranmış, 1929-cu ildə onun əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil edilmişdi.

1932-ci ildə institutun bazasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edilib, 1936-cı ildə qurum SSRİ EA-nın Azərbaycan Filialına çevrilib.

SSRİ Xalq Komissarları Sovetinin 23 yanvar 1945-ci il tarixli qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialının bazasında Azərbaycan Elmlər Akademiyası yaradıldı. 1945-ci ilin martında Akademiyaya ilk üzvlər seçildi, akademik heyət və rəhbərlik formalaşdı.

2001-ci il mayın 15-də prezident Heydər Əliyevin imzaladığı fərmana əsasən, respublikanın ən böyük elm müəssisəsi Azərbaycan Milli Elmlər Akademiyası adlanır.

* * *

1951 - Kamança ifaçısı, sənətşünaslıq doktoru Rafiq Hüseyn oğlu İmrani anadan olub.  

* * *

1992 - Çexiya Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasından diplomatik əlaqələr 1993-cü il yanvarın 29-da qurulub.

* * *

2011 - Əməkdar jurnalist Valid Möhsün oğlu Sənani (12.5.1935-2011) vəfat edib. Azərbaycan televiziyasının ilk futbol şərhçisi idi.

* * *

Hazırladı: Vüqar Orxan

* * *

Əlavə bax:

►Bizim təqvim ►Yanvar  



Baku

World time




Xəbərlər

QHT-lər Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı bəyanat qəbul ediblər [2012-05-04]

“Şuşaya azadlıq!” - beynəlxalq kampaniyaya başlamaq təklif olunur


ətraflı

Adil olmaq çətindir [2012-05-04]

"...bir də görürsən ki, yaşamaq olmur. Ətrafda hər şey yerindədi, amma nəsə, KİMSƏ çatmır..."


ətraflı

Tarix və mədəni irsimiz vətəndaş cəmiyyəti müstəvisində [2012-04-11]

Azərbaycanın tarixi həqiqətlərinin, mədəniyyətinin dünyaya layiqincə təqdim olunmasında QHT-lərin üzərinə böyük məsuliyyət düşür


ətraflı

Kəlbəcər rayonunun işğalından 19 il ötdü [2012-04-02]

1993-cü ilin aprelində ermənilər Qarabağla Ermənistan arasında ikinci dəhliz açdılar


ətraflı

Avropa Birliyinin “paytaxtı”nda Xocalı həqiqətləri [2012-03-02]

Dağlıq Qarabağın azərbaycanlı icması Brüsseldə tədbir keçirib


ətraflı

“Püskürən vulkana bənzəyən emosiyalar” [2012-02-27]

Almaniyanın “Die Welt” qəzetində Xocalı faciəsi və Qarabağ münaqişəsi haqqında  məqalə dərc olunub


ətraflı

Xocalı - qan yaddaşımız [2012-02-26]

Erməni silahlı qüvvələrinin 613 azərbaycanlını qətlə yetirdiyi müdhiş gündən 20 il ötdü


ətraflı

Ermənistan ilk növbədə beş rayonu azad etməlidir [2012-02-24]

Almaniya Bundestaqı Xocalı qırğını və Qarabağ münaqişəsi barədə sənəd qəbul edib


ətraflı

Azərbaycanlı deputatlar Yerevanda səfərdə olublar [2012-02-24]

Azay Quliyev: “Serj Sarkisyanla görüşdə sülhə yaxınlaşacaq mövqenin şahidi olmadıq”


ətraflı

“Xalq diplomatiyası”: növbəti görüş [2012-02-22]

Azərbaycan və Ermənistan ziyalıları Moskvada bir araya gəldilər


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009